Ana səhifə »  Siyasət »  Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib
A+   Yenilə  A-
Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə özünün rəsmi “facebook” səhifəsində “Azərbaycanın dünəni, bu günü və gələcəyi” sərlövhəli məqaləsini paylaşmışdır.
Əli Əhmədov qeyd etmişdir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Özünün yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixində yerini məhz bu cür müəyyənləşdirmişdi. Partiyanın yaranmasından artıq 27 il keçir. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü qeyd olunacaq. Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib”.
Baş Nazirin müavini məqalədə daha sonra qeyd edir: “Keçən əsrin 90-cı illəri Azərbaycanın tarixinə həm şanlı, həm də qara səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması onun qara səhifəsidir. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, dərəbəylik, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.
Yeni Azərbaycan Partiyası belə bir zamanda yarandı, onun qurucusu və lideri Heydər Əliyev ümidsizliyə qapanmış ölkəyə ümid verdi, tarixi xilaskarlıq missiyasını Öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ayaq üzərinə qalxdı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə, insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladılar, xalq isə, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu”.
Əli Əhmədov daha sonra bildirir ki, Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi və yaxşılaşması, ordumuzun qüdrətinin artması, dünya miqyasında nüfuzunun yüksəlməsi və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir: “2003-cü ildən bu yana keçən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ağlagəlməz sosial-iqtisadi və mədəni sıçrayışı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, çiçəklənən ölkəsi adını qazanması, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələri kimi yaddaşlara həkk olunub. Azərbaycan indi bütün yer kürəsində bu cür tanınır, sayılır və hörmət edilir”.
“Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir. Həyatımızın ən böyük neməti olan müstəqillik və təhlükəsizlik göz bəbəyi kimi qorunur. Ölkəmizin dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri olması insanlarımızın qürur və rahatlıq mənbəyidir. İnkişaf, tərəqqi, müasirləşmə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər yerdə inkişaf, hər yerdə yeniləşmə müşahidə olunmaqdadır. Şərəfli tarixi, parlaq bu günü ilə qürur duyan Yeni Azərbaycan Partiyasının ən böyük avantajı onun gələcəyidir. 27 il bundan əvvəl insanlarımız Azərbaycanın gələcəyini Yeni Azərbaycan Partiyasında gördükləri kimi, indi də parlaq gələcəyini onunla bağlayır. Prezident İlham Əliyevə olan inam, Onun siyasətinin uğurları Azərbaycanın gələcəyə doğru inamlı addımlarının sınanmış yol xəritəsidir. Bu yol bizi daha böyük nailiyyətlərə, daha firavan gələcəyə, daha qüdrətli dövlətə doğru aparır. İnamla getdiyimiz yolda qarşımıza tör-töküntülər də çıxır. Onların əksəriyyəti tariximizin qaranlıq səhifəsini təşkil edən 1992-1993-cü illərdən qalmadır, alaq otu kimi ayaqlara dolaşır. Xalqın etimadını qazana bilməyən bu zatlar böhtan atmağı, qara yaxmağı, yalan və şayiələr uydurmağı özlərinə peşə seçiblər. Heç bir işıqlı ideyaların daşıyıcısı olmamaları bir yana qalsın, cəmiyyətdə mənəviyyatsızlığın baş təbliğatçısına çevriliblər. Müasir informasiya texnologiyalarının yaratdığı fürsətdən istifadə edərək anonim şəkildə insanlara qarşı mənəvi terror təşkil edir, şəxsiyyətini və ləyaqətini aşağılamağa çalışır, sanki bundan həzz alırlar. Qeyri-ixtiyari yadıma onların natamamlıq kompleksi və bir də Azərbaycanın müasir məğrur yüksəlişində ayaqlara dolaşan o zamandan qalan tör-töküntülərə 1993-cü ildə xalqın mütləq əksəriyyətinin dərin nifrəti düşür. Aradan 26 il keçməsinə baxmayaraq, o nifrət hələ də unudulmayıb.
Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində qərar tutub yüksəlir. Bu sağlam kökləri isə özündə Yeni Azərbaycan Partiyası ehtiva edir. Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır”, -məqalədə belə qeyd olunub.
Baş Nazirin müavini Əli Əhmədov məqaləsini təbriklərlə yekunlaşdırıb: “Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə başda partiyanın Sədri cənab İlham Əliyev, Sədrin müavini Mehriban xanım olmaqla, bütün təşkilat üzvlərini təbrik edir, ölkəmizin firavan gələcəyi naminə onlara yeni-yeni nailiyyətlər arzulayıram”.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  21-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4