Ana səhifə »  Siyasət »  “Türkiye” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
A+   Yenilə  A-
“Türkiye” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb

Türkiyənin nüfuzlu “Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik ruzigarı” adlı geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, publisist Yücəl Koçun müəllifi olduğu məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən gələn səsləri diqqətlə dinlədi, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi ilə dəyişikliklərin düyməsi sıxıldı. Ölkədə köhnəlmiş idarəetmə bir tərəfə qoyuldu və tamam başqa bir siyasət aparılır.
Müəllif yazır: “Azərbaycan sənəti, mədəniyyəti, ənənələri, qədim tarixi və ədəbiyyat zənginliyi ilə Qafqazın göz bəbəyidir... Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, öz sistemini, dövlətçilik ənənələrini nizama salmağı bacaran ölkədir...
Azərbaycan erməni lobbisi və onun dünyadakı tərəfdarlarının gücünə, torpaqlarının bir qisminin işğalda olmasına baxmayaraq, dünya birliyində özünə layiqli yer qazanmaq üçün əhəmiyyətli layihələrə imza atıb. Prezident İlham Əliyevin siyasi iradəsi, çevikliyi və qətiyyəti bu məsələlərdə Azərbaycanı addım-addım uğurlara aparmaqdadır”.
Məqalədə qeyd olunur ki, Gürcüstan, Ermənistan və Ukraynadakı vəziyyətlərə nəzər yetirdikdə Rusiya ilə ciddi qarşıdurmada olan güclərin regiondakı ölkələri təsirdə saxladıqlarını və belə də davam edəcəklərini gördükdə Azərbaycanın indiki siyasi addımlarının mənasını analiz etmək daha asandır.
İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın coğrafi mövqeyi və rolu fərqli şəkildə təhlil edilməlidir. İran əhalisinin böyük hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə təsir etmək cəhdlərini açıq şəkildə göstərir.
Karbohidrogen ehtiyatlarının Azərbaycanı böyük enerji oyunlarının mərkəzinə gətirməsi və bu fırtına içində özünü necə qoruya bilməsini anlamağımız lazımdır. Bu vəziyyət Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətinin necə həssaslıqla dizayn olunduğunun göstəricisidir.
Yücəl Koç yazır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliklərin davamlı hal alması üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir. “Prezident İlham Əliyev cəmiyyətin hansı dəyişiklik arzuladığını bilir və sözün əsl mənasında, bu məsələdə dinləmək siyasətini genişləndirib. Fərqindədir ki, liderə və dövlət başçısına dəstək olan yeganə amil öz xalqı ilə ittifaq içində olmaqdır. Sosial və digər bütün növ mediadakı xəbərləri, xalqdan gələn səsləri və hətta ən ucqarlardakı səsləri belə eşitmək, bu səslərə qulaq asmaq və mövcud vəziyyətdən sui-istifadə etmək istəyən böyük güclərin narazılıqlardan istifadə etməsinə imkan verməmək bir siyasətçi və dövlət başçısı üçün misilsiz bacarıqdır”.
Müəllif əlavə edir ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları ötmüş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. Günün tələbi idi ki, qapılar yeni nəsil üçün açılsın və mövcud vəziyyətdə milli dəyərlər gücləndirilsin. Bu mənada Birinci vitse-prezident vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdiyi yol və idarəetmə üsulu prosesi daha da irəli apardı.
Müəllif onu da yazır ki, uzun illərdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb. Azərbaycana ciddi beynəlxalq təsiri olan layihələr gətirmək sayəsində dünyada Azərbaycanla bağlı lobbilərlə münasibətlər qurmağa nail oldu. Hər tərəfdən blokadaya alınan Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün mədəni layihələr işə salındı və bununla da blokadaların aradan qaldırılmasına başlanıldı. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi qeyd olunan istiqamətlərdə qazanılan nəticələri şərh etmək üçün həqiqəti ortaya qoydu. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva tamamilə fərqli bir yolu sınaqdan keçirməyə başladı. Cəmiyyətin fərqli siyasi təbəqələrini, hətta narazıları belə mərkəzə çəkməklə, onları dinləmək və etiraz etdikləri məsələlərin çarəsini tapmaq siyasəti birinci xanımın siyasi uzaqgörənliyini, güclü zəkasını və idarəetmə qabiliyyətini nümayiş etdirdi.
Məqalədə o da vurğulanır ki, Mehriban xanım Prezident İlham Əliyev idarəçiliyinə müxalif olanlara, hətta belə demək mümkünsə, nifrət edən siyasi dairələrə qarşı “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla ictimai sabitliyin qorunmasında Azərbaycana yeni nəfəs gətirib. Azərbaycan yenidən və daha fərqli dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir. İdarəçilikdən getməsi mümkün hesab edilməyən şəxslərin təqaüdə göndərilməsi isə dövlətçilik ənənələri baxımından yeni bir mənzərə sərgiləyir.
Müəllif yazır ki, Mehriban Əliyevanın xüsusilə sabiq prezident Əbülfəz Elçibəyin xatirəsinə və onun ailəsinə göstərdiyi ehtiram ictimaiyyətdə böyük rəğbət doğurdu. Mərhum Elçibəyin evinin təmir edilib oğluna təhvil verilməsi xalq tərəfindən ehtiramla qarşılandı. Elçibəyin bir neçə ay əvvəl dünyasını dəyişən həyat yoldaşının yas mərasimi xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması onun milli dəyərlərə nə qədər hörmətlə yanaşdığını ortaya qoydu.
Yazıda qeyd olunur ki, Azərbaycan hakimiyyətinə ən ağır ittihamlar yağdıran, Əliyevlər ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən Oqtay Güləliyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmayıb. Qəzada Əliyev hakimiyyəti günahkar hesab olunsa da, Güləliyevin Birinci vitse-prezidentin tapşırığına əsasən özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanması Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir.
Yücəl Koç yazır ki, Azərbaycan özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim etməyəcək: “Çünki Azərbaycanın yeri və rolu fərqlidir. Geosiyasi baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq müharibənin başlanmasına hesablanan təxribatçı hərəkətlərin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin nümayəndələri ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq”.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  20-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir

27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq
27 Yanvar 12:20
Mixail Şvıdkoy: "İnanıram ki, Azərbaycan xalqı parlament seçkilərində də doğru seçim edəcək"
27 Yanvar 12:08
Hazırda deputatlığa namizədlərin sayı 1374 nəfərdir
27 Yanvar 11:49
Ceyhun Bayramov: Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir
27 Yanvar 11:41
Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
27 Yanvar 11:39
Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi
27 Yanvar 11:31
Məzahir Pənahov: "Hər zaman çalışırıq ki, namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin"
27 Yanvar 11:10
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib
27 Yanvar 10:43
Bu gün AŞPA-nın qış sessiyası başlayır
27 Yanvar 10:34
ATƏT-in Çexiya və Albaniyadan olan müşahidəçiləri seçki prosesini Şəki şəhərində izləyəcəklər
27 Yanvar 10:22
Türkiyənin “Mərmərə Qrupu” Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
27 Yanvar 10:18
MSK bu gündən seçki bülletenlərinin çapına başlayıb
27 Yanvar 08:58
Azərbaycan üçün öz milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir
25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+1 +4