Ana səhifə »  Siyasət »  Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

Dövlət başçısı ölkədə kadr islahatları çərçivəsində vəzifəyə yeni təyin olunan icra hakimiyyətlərinin başçılarına işlərinə peşəkarlıqla yanaşmağı, yerlərdə vətəndaşların etimadını qazanmağı, neqativ hallara qarşı ciddi mübarizə aparmağı tapşırıb
Ölkəmizdə ötən il keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlayıb. Zamanın dəyişən tələblərinə uyğun olaraq yeni yanaşmalar əsasında həyata keçirilən islahatlar müxtəlif istiqamətləri əhatə edir və özünün müsbət nəticələrini verir. O cümlədən respublikamızda reallaşdırılan islahatlar çərçivəsində kadr islahatları da davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Dövlət başçısı vəzifəyə yeni təyin olunan icra hakimiyyətlərinin başçılarına Özünün tövsiyələrini verib, onlara rəhbərlik edəcəkləri şəhər və rayonlarda işlərinə peşəkarlıqla yanaşmağı, yerlərdə xalqla sıx ünsiyyət qurmağı, vətəndaşların etimadını qazanmağı, neqativ hallara qarşı ciddi mübarizə aparmağı tapşırıb. Görüşdə Prezident İlham Əliyev kadr islahatlarını ümumi islahatların tərkib hissəsi kimi səciyyələndirərək vurğulayıb: “Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.
Kadr islahatları aparılarkən yaşlı nəslin təcrübəsindən istifadə olunur, eyni zamanda, gənclərə böyük meydan verilir
Bəhs olunan görüşdə Prezident İlham Əliyev diqqəti son 16 ildə müstəqil Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlara çəkib. Həqiqətən də, 2003-cü ildən bəri respublikamızda sürətli inkişaf dövrü yaşanıb. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Belə ki, ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artıb. Hazırda Azərbaycan beynəlxalq miqyasda milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda, regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən hörmətə layiq ölkə kimi qəbul olunur.
Son 16 ildə Azərbaycanın dövlət siyasətində bir qayda olaraq iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi təmin edilib. Bunun da nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil.
İqtisadiyyatın genişlənməsi ilə paralel şəkildə, ölkəmizin maliyyə təminatı da artır. Artıq respublikamızın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb. Halbuki, 2004-cü ildə bu rəqəm cəmi 1,8 milyard dollar civarında idi.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizin həyatı bütün parametrlər baxımından müsbət reallıqlarla səciyyələnir. Bunlar, əlbəttə ki, hər birimizi sevindirir. Ancaq qarşıda duran əsas vəzifə uğurların, dinamik inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir ki, burada da kadrların üzərinə böyük məsuliyyət düşür. Bu xüsusda fikirlərini yeni təyin olunan icra hakimiyyətlərinin başçılarının diqqətinə çatdıran dövlət başçımız “Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”, - deyə vurğulayıb.
Respublikamız üçün xarakterik olan cəhət ondan ibarətdir ki, ölkəmizdə kadr islahatları, o cümlədən də gənclərin məsul vəzifələrə irəli çəkilməsi yalnız dəyişkənlik görüntüsü yaratmaq üçün edilmir. Bu məsələdə dövlətin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsi bəllidir. Dövlət başçısı dəfələrlə bildirib ki, yaşlı nəslin gənc kadrlarla əvəzlənməsi prosesinin kampaniya xarakteri almasına imkan verməyəcək. “Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada da təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Yeni mərhələdə kadr siyasətində Prezident İlham Əliyevin gənclərə üstünlük verməsi, onlara güvənməsi isə heç də təsadüfi deyil. Son 16 ildə respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti eyni ardıcıllıqla davam etdirilib. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib.
Ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Aparılan belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda müasir trendləri yaxşı bilən savadlı və vətənpərvər gənclər ordusu formalaşıb. Belə gənclərdən ölkənin idarə olunmasında kadr bazası kimi istifadə olunması tam təbiidir.
Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur
Bəhs olunan görüşdəki çıxışında Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan icra hakimiyyətlərinin başçılarına xalqa ləyaqətlə xidmət etməyin onların əsas vəzifəsi olduğunu xüsusi nəzərə çatdırıb. Heç bir halda vəzifəyə yeni təyin olunan şəhər və rayon icra hakimiyyətlərinin başçılarının işi kabinet işi olmamalıdır. Onlar yerlərdə vətəndaşlarla sıx ünsiyyət qurmalı, onların dərd-sərlərini dinləməlidirlər. Vəzifəyə yeni təyin olunan kadrlara bu xüsusda ciddi tapşırıqlarını verən dövlət başçısı deyib: “Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olmalıdır. Birincisi, xalqa ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin vəzifəyə yeni təyin etdiyi kadrlara xalqa ləyaqətlə xidmət göstərməklə bağlı xüsusi tapşırıqlar verməsi heç də təsadüfi deyil. Son 16 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Deyilənlərin təsdiqi olaraq vurğulayaq ki, dövlət başçısı hər il təxminən 30-35 rayonda səfərdə olur. Elə rayonlar var ki, indiyədək Prezident İlham Əliyev ora on dəfədən çox səfər edib. Dövlət başçısının Özünün də dəfələrlə bildirdiyi kimi, Onun bölgələrə müntəzəm səfərlər etməkdə məqsədi problemləri bilavasitə vətəndaşların dilindən eşitməkdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev elə bu günlərdə Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan cəhəti həmçinin Onun regionlara son səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Öz növbəsində, Prezident İlham Əliyevin xalqa üz tutması, Özünün və komandasının fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inam yaradıb. Ölkəmizdə xalq-iqtidar həmrəyliyinin getdikcə daha da möhkəmlənməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunu nəzərə çatdıran dövlət başçımız “Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyli və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq”, - deyə bildirib.
Prezident İlham Əliyev son 16 ilin təcrübəsində özünü doğruldan bu iş üslubunu həmçinin komandasında yer alan bütün məmurlardan tələb edir. Hər bir məmur dövlət başçısının etimadını doğrultmalı, vicdanla çalışmalı, ölkədə vətəndaş məmnunluğunun yüksəlməsinə öz töhfəsini verməlidir. Prezident İlham Əliyev vəzifəyə yeni təyin olunan kadrlara xitab edərək deyib ki, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. “Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İcra hakimiyyətlərinin başçıları hər bir rayonda problemlərin həllinə nail olmalıdırlar
Son 16 ildə görülən işlər bütün ölkə üzrə müsbət reallıqların yaranması ilə nəticələnib. Məlum olduğu kimi, bəhs olunan dövrdə respublikamızın bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Son illərdə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artmasına adekvat olaraq bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur quruculuğunun geniş vüsət alması Azərbaycanın müsbət reallıqlarından biridir. Ölkəmizdə infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Bu sahədə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Hazırda respublikamızda qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Bəhs olunan dövrdə ölkəmizdə 15 min kilometr yol çəkilib, 400-dən çox körpü tikilib. Sevindirici haldır ki, bu gün müstəqil Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəyir, hətta xarici ölkələrə müəyyən həcmlərdə elektrik enerjisi ixrac edir. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb.
Regional inkişaf proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi, yaradılan müasir infrastruktur ölkə üzrə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir, eyni zamanda, insanların həyatına böyük rahatlıq gətirir. Vəzifəyə yeni təyin olunan kadrlar dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan bu imkanlardan maksimum şəkildə bəhrələnməklə rəhbərlik etdikləri şəhər və rayonların iqtisadi potensialının artmasına öz töhfələrini verməlidirlər. Yaradılan yüksək səviyyəli infrastruktur ölkəmizin investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərib. İcra hakimiyyətlərinin başçıları da rəhbərlik etdikləri şəhər və rayonların potensialını düzgün dəyərləndirməli və sərmayələrin cəlb edilməsi üçün fəallıq göstərməlidirlər. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın”.
Şəhər və rayonların icra hakimiyyətlərinin başçıları sahibkarlara dəstək verməlidirlər
Bəhs olunan görüşdə Prezident İlham Əliyevin vəzifəyə yeni təyin olunan şəhər və rayon icra hakimiyyətlərinin başçılarına verdiyi mühüm tapşırıqlardan biri yerlərdə sahibkarlığın dəstəklənməsi ilə bağlıdır. “Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər”, - deyə dövlətimizin başçısı bildirib.
Dövlət başçısının vəzifəyə yeni təyin olunan kadrlara sahibkarların dəstəklənməsi ilə bağlı tapşırıq verməsi isə heç də təsadüfi deyil. Respublikamızın son 16 ildə, o cümlədən də cari ilin 9 ayında yüksək iqtisadi inkişaf göstəriciləri qazanmasına bir sıra faktorlar öz müsbət təsirini göstərib ki, burada özəl bölmənin rolunu xüsusi qeyd etmək lazımdır. Özəl bölməyə göstərilən hərtərəfli dövlət dəstəyi bu sektorun ardıcıl şəkildə güclənməsini təmin edir. Güclü siyasi və maddi dəstək tədbirləri özəl bölmənin iqtisadiyyatımızda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədib. Qeyd edək ki, bu gün ölkə iqtisadiyyatının 85 faizi məhz özəl sektorda formalaşır.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar çərçivəsində özəl sektorun inkişafına, biznes mühitinin daha da optimallaşdırılmasına göstərilən dəstək tədbirlərinin əhatə dairəsi kifayət qədər genişdir. O cümlədən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükü azaldılıb, enerji sisteminə və digər kommunikasiya şəbəkələrinə qoşulma prosedurları, lisenziyalaşdırma mexanizmi sadələşdirilib, elektron xidmətlər şəbəkəsi genişləndirilib.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söhbət açarkən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırdığı “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramının önəmini də vurğulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan “KOB Dostu” şəbəkəsi uğurla fəaliyyət göstərir. Ölkə miqyasında Kiçik və Orta Biznesin Dostu şəbəkəsi genişlənməkdə davam edir. İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, növbəti “KOB Dostu” İmişli rayonunda fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-yə çatıb.
Yuxarıda vurğuladığımız kimi, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sayəsində özəl sektorun milli iqtisadiyyatımızda rolu artıb. Bununla belə, özəl sektorda potensial imkanlar daha böyükdür. Həmin imkanlardan daha səmərəli istifadə etməklə özəl sektorun milli iqtisadiyyatımıza töhfələrini daha da artırmaq, eyni zamanda, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara daha böyük həcmlərdə yüksək rəqabət qabiliyyətinə malik məhsullar çıxartmaq mümkündür.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7020  |  
  • Tarix:  14-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA