Ana səhifə »  Siyasət »  1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür
A+   Yenilə  A-
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

Ümummilli Liderimizin ziyalıların bu müraciətinə müsbət cavab verməsindən sonra yaranan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasında tarixi rol oynadı
Məlumdur ki, Azərbaycan 1991-ci ildə SSRİ-nin dağılması ilə ikinci dəfə müstəqilliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə qaldı. Həmin dövrdə ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ayaz Mütəllibovun tərəfdarları ilə AXC-Müsavat qruplaşması arasında gedən hakimiyyət savaşı ölkədə hərc-mərclik yaratmaqla yanaşı, cəbhədə də vəziyyəti ağırlaşdırmışdı. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti gündən-günə daha da genişlənirdi.
Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər və qruplar arasındakı mübarizə hətta separatizmə yol açmışdı. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti, səriştəsizliyi ilə seçildi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini açıq şəkildə göstərirdi. Artıq hakimiyyətin ən yüksək ranqlarında qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə qısa zamanda Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Baş verənlər xalqın maraqlarını qoruyan yeni bir siyasi qüvvənin yaradılmasını və Azərbaycan dövlətinin düşdüyü çətin durumdan çıxarılması üçün əməli fəaliyyətə keçilməsini zəruri etmişdi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti də məhz bu zərurətdən doğmuşdu. Qeyd edək ki, “Səs” qəzetində dərc edilən həmin müraciətdə bildirilirdi ki, respublikanın, xalqın vəziyyəti gündən-günə ağırlaşır, Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali Hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd fəaliyyət göstərməklə, əslində iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Müraciətdə vurğulanırdı ki, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. Ulu Öndərə müraciət edən ziyalılar bildirirdilər ki, “hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inləyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır”. Qeyd edilirdi ki, yeni yaranan siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar”.
Ulu Öndər Heydər Əliyev Öz növbəsində ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında partiyanın gələcəyinə inamını belə ifadə etdi: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Beləliklə, qısa müddət ərzində təşkilatlanma işlərinə start verildi və noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində 550 nəfər nümayəndənin iştirakı ilə təsis konfransı keçirildi. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Ümummilli Lider Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında yerli təşkilatlarının yaranmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Xüsusi olaraq vurğulayaq ki, Ümummilli Liderimizin ziyalıların müraciətinə müsbət cavab verməsindən sonra yaranan Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyimizin əbədiliyinin təmin olunmasında tarixi rol oynadı.
Bəli, vurğulandığı kimi, 1992-ci illərin sonu, 1993-cü illərin əvvəli gənc, müstəqil Azərbaycan üçün bir kabusa çevrilmişdi. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin nicat yolu idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Ümummilli Lider Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, həmin gün - 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu gün özündə tarixi bir prosesin - Azərbaycan dövlətçiliyinin əsasını əks etdirməklə yanaşı, böyük fəlsəfi məna daşıyır. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli Lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı regionun lider dövlətinə çevirdi. Beləliklə, 27 il əvvəl ziyalıların müraciəti əsasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və qısa müddətdə iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu gün də Prezident İlham Əliyevin Sədrliyi ilə Cənubi Qafqaz regionunun ən böyük partiyası olaraq proseslərin önündə getməyi bacarır.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  2940  |  
  • Tarix:  16-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək
09 Noyabr 11:08
ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub
09 Noyabr 11:02
Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər
09 Noyabr 10:58
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
09 Noyabr 10:47
Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb
09 Noyabr 10:39
Azərbaycanın Dövlət bayrağı ən yüksək zirvələrdə dalğalanır
09 Noyabr 10:34
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!
09 Noyabr 10:32
Göyçayda XIV Nar festivalı keçirilir
09 Noyabr 10:29
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib
09 Noyabr 10:20
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
09 Noyabr 10:16
Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara, əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir
09 Noyabr 10:13
“SOCAR AQŞ” Hesabatlılıq üzrə Qlobal Təşəbbüslər Cəmiyyətinə üzv olub
09 Noyabr 10:11
Radikal ünsürlərin “masa-masa” oyununda yeni pərdə...
09 Noyabr 10:03
Regionlarda yeni su layihələrinin icrası uğurla həyata keçirilir
08 Noyabr 21:09
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir
08 Noyabr 21:07
AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib
08 Noyabr 21:06
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14,2 min vakant iş yeri haqqında məlumat var
08 Noyabr 21:02
Andris Ameriks: Avropa Azərbaycanlıları Konqresinin fəaliyyəti təqdirəlayiqdir
08 Noyabr 21:00
Metropolitençilər peşə bayramlarını qeyd ediblər
08 Noyabr 20:58
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
08 Noyabr 20:55
Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib
08 Noyabr 20:51
Milli Məclisin deputatı Keniyada keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək
08 Noyabr 20:50
Ermənistan tərəfinin danışıqların formatını şübhə altına alan açıqlamaları sülh prosesinə hədədir - bəyanat
08 Noyabr 20:45
Metronun “İçərişəhər” stansiyasında tanqo festivalı keçirilib
08 Noyabr 20:34
Sərhədsiz muzey
08 Noyabr 20:31
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
08 Noyabr 20:28
Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib
08 Noyabr 20:22
DİN və Baş Prokurorluq Gəncədə törədilən qətllə bağlı KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib
08 Noyabr 20:16
Fəzail İbrahimli: Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq
08 Noyabr 20:13
YAP Nizami rayon təşkilatı imzatoplama kampaniyası uğurla başa çatdırıb
08 Noyabr 20:09
Seymur Orucov: Gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır
08 Noyabr 17:59
YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib
08 Noyabr 17:56
Dövlət Bayrağı Günü xalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA