Ana səhifə »  Siyasət »  Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılması da bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir. Komissiyanın tərkibini diqqətə çatdıran Ali Məclisin Sədri bildirib ki, dövlət sirrinin mühafizəsi sahəsində aid təşkilatların birgə fəaliyyəti bundan sonra əsas vəzifə kimi müəyyənləşdirilir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində görülən işlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini - Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov isə dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti tənzimləyən qanunvericilik barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov dövlət orqanları arasında elektron sənəd dövriyyəsinin təşkili və təhlükəsizliyin təmin olunması sahəsində görülən işləri diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Təhlükəsizliyin təmin edilməsi hər bir dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin təhlükəsizliyinin əsasında isə dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi və qanunauyğun istifadəsi dayanır. Dövlət sirri - hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yaradılmasında əsas məqsəd də dövlət sirri haqqında qanunvericiliyin muxtar respublikada həyata keçirilməsini təmin etməkdən, bu sahədə normativ hüquqi aktların və metodik sənədlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün dövlət orqanlarının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün İdarələrarası Komissiya tərəfindən bir sıra işlər görülməlidir”.
Ali Məclisin Sədri Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın fəaliyyət istiqamətləri barədə tapşırıqlar verərək deyib: “Komissiya dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısını almalı, dövlətin təhlükəsizliyinə ziyan vuran belə hal baş verdikdə fakt üzrə materiallara baxmalı və rəy verməlidir. Komissiyada təmsil olunan orqanlar əsasən dövlət sirrinə aid edilən məlumatlar barəsində Sərəncam vermək səlahiyyətlərinə malikdirlər. Ona görə də həm komissiyada təmsil olunan, həm də bu səlahiyyətlərə malik digər orqanlar dövlət sirrinə aid edilən məlumatlar siyahısına uyğun olaraq məxfiləşdirilməli məlumatların geniş siyahısını tərtib etməli və bu siyahılara daxil edilmiş məlumatların məxfilik dərəcələrini müəyyənləşdirməlidirlər”.
Ali Məclis Aparatının müvafiq şöbəsi dövlət sirrinə aid edilən məlumatların siyahısını və digər normativ aktları komissiyada təmsil olunan orqanlarla birlikdə hazırlayıb təsdiq edilmək üçün Ali Məclis Sədrinə təqdim etməlidir. Komissiya dövlət sirri təşkil edən məlumatların qanunla müəyyən edilmiş məxfilik müddətlərinə aidiyyəti orqanlarda əməl edilməsini nəzarətdə saxlamalı, zərurət olduqda həmin müddətlərin uzadılması məsələsinə baxılmalıdır.
Ali Məclisin Sədri deyib: “Muxtar respublikada dövlət sirrinin mühafizəsi sahəsində səlahiyyətlər Dövlət Təhlükəsizliyi Xidmətinə verilmişdir. Xidmət əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrlə yanaşı, həm də aidiyyəti orqanlarda məxfiləşdirilməli məlumatların siyahılarının yenilənməsini nəzarətdə saxlamalı, onların məxfilik dərəcəsinə uyğunluğunu vaxtaşırı, azı 5 ildə bir dəfə yoxlamalıdır. Dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin fəaliyyətinə metodiki köməklik göstərilməli, dövlət sirri təşkil edən məlumatların qorunmasına dair tələblərə əməl edilməsi nəzarətdə saxlanılmalıdır. Elektron sənəd dövriyyəsi və mübadiləsi bu sahədə dövlət sirri təşkil edən məlumatların mühafizəsi məsələsini zərurətə çevirmişdir. Ona görə də Dövlət Təhlükəsizliyi Xidməti Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə tərkibində dövlət sirri təşkil edən məlumatlar olan informasiya sistemlərinin ekspertizasını aparmalı, informasiyanın mühafizəsinə, məxfilik rejiminə və texniki kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər görməli, lisenziyalı proqram təminatından istifadə olunmalı, texniki vasitələrin məlumat sızmasından qorunmasını, habelə onlardan məlumat çıxarılması üçün istifadə oluna bilən elektron vasitələrin aşkarlanması və zərərsizləşdirilməsini təmin etməlidirlər”.
Qeyd olunub ki, əldə edilməsi qanunvericiliklə məhdudlaşdırılan və dövlət sirri hesab edilən informasiyaların kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə yayılmaması üçün ciddi işlər görülməlidir. Hər hansı dövlət orqanı üzrə məxfiləşməli məlumat dövlət sirrinə aid edilən məlumatlar siyahısında dəyişiklik edilməsi zərurəti yaratdıqda Komissiya tərəfindən bu məsələyə baxılmalı və müvafiq rəy verilməlidir. Muxtar respublikanın dövlət arxivlərində və ya dövlət orqanlarına məxsus arxivlərdə mühafizə edilən dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfilik vəziyyətinə nəzarət olunmalıdır.
Ali Məclisin Sədri deyib: “Müəssisə, idarə və təşkilatlarda vəzifəli şəxslərin dövlət sirri ilə işləməyə buraxılması qaydalarına ciddi riayət edilməli, dövlət sirrinin mühafizəsi işi daim yeni təhdidlərə qarşı dayanıqlı olmalı, muxtar respublikada dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi daim diqqətdə saxlanılmalıdır. Komissiya dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında məsələlərə baxmalı, qanunvericiliyin tələblərinə uyğun rəy verməlidir. Komissiyanın əsas funksiyalarından biri də dövlət sirri təşkil edən məlumat daşıyıcılarının başqa dövlət orqanları, müəssisə, idarə və təşkilatlarına verilməsini təşkil etməkdir. Dövlət sirri təşkil edən məlumata malik orqan ləğv edildikdə, mülkiyyət növü dəyişdikdə və ya orqanın dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda həmin məlumatların mühafizəsi üçün tədbirlər görülməli, Komissiya dövlət sirri təşkil edən məlumatın başqa dövlət orqanına verilməsi üçün qərar verməlidir”.
Müşavirədə tapşırılıb ki, İdarələrarası Komissiyanın qərarlarının icrası dövlət orqanları, müəssisə, idarə və təşkilatları üçün məcburidir. Ona görə də komissiyanın üzvləri səlahiyyətləri daxilində qərarların icrasına nəzarət etməlidirlər. Komissiyada təmsil olunan orqanların rəhbərləri dövlət sirrinin mühafizəsi işini təşkil etmək üçün məsul şəxsləri müəyyənləşdirməli və onlar dövlət sirrinin mühafizəsi ilə bağlı maarifləndirilməlidirlər. Eyni zamanda, dövlət sirrinin mühafizəsi sahəsində fəaliyyət göstərən əməkdaşların bilik və peşəkarlıq səviyyəsi daim artırılmalı, komissiya tərəfindən müvafiq seminarlar keçirilməli və vəzifələr izah olunmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə dövlət sirrinin mühafizəsi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların aid təşkilatlara verilməsini təmin etməlidir.
Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq deyib ki, dövlət sirrinin mühafizəsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrasında komissiya üzvləri məsuliyyətlərini artırmalı, verilən tapşırıqlar diqqətdə saxlanmalı və fəaliyyət bu istiqamətdə qurulmalıdır.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir

15 Oktyabr 23:15
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
15 Oktyabr 23:05
Xarici İşlər Nazirliyində İtaliya Senatının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 22:54
Dövlət Turizm Agentliyinin sədri türkiyəli jurnalist və bloqqerlər üçün təşkil olunmuş mediaturda iştirak edib
15 Oktyabr 22:46
Siyasi ambisiyalar üçün öz analarının ruhuna belə həqarət edənlər
15 Oktyabr 22:26
Koreya Respublikası Milli Assambleyasının Sədri Azərbaycana rəsmi səfərə gəlib
15 Oktyabr 22:02
Xarici jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
15 Oktyabr 20:56
Nizami Kino Mərkəzində görkəmli şair Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
15 Oktyabr 20:51
Azərbaycan nümayəndə heyəti Avropa Ədliyyə nazirlərinin konfransında iştirak edib
15 Oktyabr 20:46
Almaniyanın “Der Freitag” qəzeti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən yazır
15 Oktyabr 20:34
Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib
15 Oktyabr 20:31
Azərbaycanın və Özbəkistanın Təhlükəsizlik şuraları katiblərinin görüşü olub
15 Oktyabr 20:24
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Oktyabr 20:21
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
15 Oktyabr 20:18
Milli Məclisdə türk iş adamları ilə görüş olub
15 Oktyabr 20:08
Qazaxıstanlı nazirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olublar
15 Oktyabr 19:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Qazaxıstan mediasının diqqət mərkəzində
15 Oktyabr 19:48
İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə olub
15 Oktyabr 19:40
Azərbaycan ilə Qırğızıstan arasında idman və gənclər sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub
15 Oktyabr 19:36
Azərbaycan və Macarıstan alimlərinin humanitar elm sahələrində tədqiqat imkanları genişləndirilir
15 Oktyabr 19:31
Macarıstan XİN-in başçısı türkdilli ölkələrlə əmtəə dövriyyəsinin genişlənməsindən məmnun qaldığını bildirib
15 Oktyabr 19:29
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
15 Oktyabr 19:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
15 Oktyabr 19:24
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
15 Oktyabr 19:22
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 19:19
Əli Əhmədov: Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən siyasətin əsas cəhətlərindən biridir
15 Oktyabr 19:16
Azərbaycan-İtaliya münasibətləri strateji xarakter daşıyır
15 Oktyabr 19:13
YAP Suraxanı rayon təşkilatında “Qarabağ Azərbaycandır!” mövzusunda dəyirmi masa keçirilib
15 Oktyabr 19:10
Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Horadiz şəhərində YAP Füzuli rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib
15 Oktyabr 19:02
Bakıda “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib
15 Oktyabr 19:00
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb
15 Oktyabr 18:51
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
15 Oktyabr 18:49
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
15 Oktyabr 17:16
Müdafiə naziri HHQ-nin yeni radiolokasiya stansiyasının idarəetmə məntəqəsinin açılışında iştirak edib
15 Oktyabr 17:13
Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar
15 Oktyabr 17:11
Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərlə görüş keçirilib
15 Oktyabr 17:03
Özbəkistan mətbuatı: Özbəkistanın Türk Şurasına üzv olması əlaqələrin daha da dərinləşməsinə təkan verəcək
15 Oktyabr 16:56
Çinin Dünya Tarixi İnstitutunun alimləri AMEA-da olublar
15 Oktyabr 16:48
Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürülüb
15 Oktyabr 16:38
Azərbaycan Dövlət İqtisad Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
15 Oktyabr 16:13
İtaliya Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
15 Oktyabr 16:07
Naqif Həmzəyev: VII Zirvə görüşü türkdilli dövlətlərin tarixində yeni səhifə açacaq
15 Oktyabr 16:04
Eldəniz Səlimov: Ermənistanın dövlət siyasətində faşizmin əlamətləri mövcuddur
15 Oktyabr 15:59
Tahir Rzayev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ümumxalq həmrəyliyinin güclənməsinə xidmət edir
15 Oktyabr 15:54
Cavanşir Paşazadə: Son 16 il tariximizə möhtəşəm yüksəliş dövrü kimi daxil olub
15 Oktyabr 15:52
Bağdad Amreyev: Son dövrlərdə türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
15 Oktyabr 15:49
Macarıstan nəşri: Orban macarlara olan səmimi münasibətə görə Azərbaycan xalqına minnətdardır
15 Oktyabr 15:46
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:43
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib
15 Oktyabr 15:36
Vergiödəyicisi ilə vergi orqanının məlumat mübadiləsi fərdi elektron kabinet vasitəsilə aparılır
15 Oktyabr 15:22
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
15 Oktyabr 15:19
“Müstəqillik illərində Azərbaycanda din təhsili” mövzusunda konfrans təşkil olunub
15 Oktyabr 15:05
Elçin Quliyev: Ötən 16 ildə ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub
15 Oktyabr 14:53
“Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsinə doğru məqsədini daha da yaxınlaşdırır
15 Oktyabr 14:35
Yeni Azərbaycan Partiyasının rəhbərliyi Horadiz şəhərində gənclərlə görüş keçirib
15 Oktyabr 14:30
Milli Məclisin nümayəndə heyəti Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edir
15 Oktyabr 14:29
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun Bakı iclası başa çatıb
15 Oktyabr 14:26
İyirmi ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
15 Oktyabr 14:19
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
15 Oktyabr 14:16
Ceyhun Bayramov: 7 pilot peşə təhsili müəssisəsinin tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib
15 Oktyabr 14:10
Akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
15 Oktyabr 13:13
Azərbaycanla Özbəkistanın İKT sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Oktyabr 12:49
15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi
15 Oktyabr 12:44
Baş nazirin müavini Əli Əhmədov Horadiz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
15 Oktyabr 12:32
Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
15 Oktyabr 12:06
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15 Oktyabr 11:57
Özbəkistanın milli informasiya agentliyi “Azərbaycanın fəxri və millətin Ulu Öndəri” sərlövhəli məqalə yayıb
15 Oktyabr 11:50
“Jewish Journal”: Avropa Şurası Azərbaycanın təşəbbüsü ilə yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib
15 Oktyabr 11:40
Daxili işlər orqanlarının əməkdaşları ötən gün axtarışda olan 21 nəfəri saxlayıblar
15 Oktyabr 11:35
Kuhner Fondunun üzvlərinin adı Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
15 Oktyabr 11:31
Özbəkistanın informasiya agentliyində ölkəmizlə bağlı məqalə yer alıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA