Ana səhifə »  Siyasət »  Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciəti
A+   Yenilə  A-
Azərbaycan Respublikası Milli Məclisinin Amerika Birləşmiş Ştatlarının Konqresinə müraciəti
Hörmətli həmkarlar,
Bu günlərdə ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul edilməsi barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki qanunsuz rejimin simasında separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində qonşu Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmış işğalın nəticələrini təsbit etmək üçün zəbt olunmuş ərazidə dünyanın heç bir dövləti tərəfindən tanınmayan oyuncaq rejim qurulmuşdur. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon müxtəlif beynəlxalq terror təşkilatlarının fəaliyyət zonasına çevrilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədi ilə 1994-cü ildə Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmiş, Amerika Birləşmiş Ştatları,  Fransa Respublikası  və Rusiya Federasiyası Minsk qrupunun həmsədrləri təyin edilmişlər. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası müvafiq qətnamələri qəbul edərək işğalçılıq və etnik təmizləmə siyasətini pisləmiş, zəbt olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb etmişlər.
Təəssüf ki, mötəbər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin və qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.
Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi, öz ərazisində xarici hərbi bazalar yerləşdirməsi, ordusunu ən müasir dağıdıcı hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır.
Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Məhz bütün bunlara görə, hörmətli həmkarlar, ABŞ Konqresinin separatçı rejimə maliyyə yardımı ayırmaq qərarını biz həyəcan və təşviş hissi ilə qarşılayırıq. Mahiyyətcə o qədər də böyük olmayan bu maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun sırf humanitar yardım olmasında təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır: madam ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ayrılan maliyyə vəsaiti də Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməli idi. Belə halda həmin vəsaitin sonrakı təyinatı göstərilə bilərdi. Bu cür yanaşma sülh danışıqları prosesinə də müsbət təsir göstərərdi.
Ayrılan maliyyə vəsaitinin hansı məqsədlərə yönəldilə biləcəyi başqa bir məsələdir. Amma bütün hallarda bu dəstək ona dəlalət edir ki, Ermənistan rəhbərliyi arxayınlaşaraq, münaqişənin həllini bir qədər də uzatmağa səy göstərəcək, danışıqlar prosesinə əngəllər törətməkdə davam edəcəkdir.
Bir məqam da təəccüb və təəssüf doğurur. Obama administrasiyası tərəfindən təqdim edilən 2010-cu ilin büdcə layihəsində Dağlıq Qarabağa yardım göstərilməsi nəzərdə tutulmamışdı. Belə bir vəsait ABŞ Senatının qəbul etdiyi layihədə də yox  idi. Həmin yardımla bağlı müddəalar ABŞ Nümayəndələr Palatasında fəaliyyət göstərən erməni lobbisinin səyləri nəticəsində qanun layihəsinin son variantına daxil edilmişdir. Bu isə onu sübut edir ki, müəyyən hallarda erməni lobbisi ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarları qəbul etdirmək iqtidarındadır. Doğrudur, bilirik ki, ABŞ Nümayəndələr Palatasında Azərbaycanın haqq işini dəstəkləyən konqresmenlər də vardır və biz  onlara minnətdarıq.
ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək, Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması səylərinə mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaqdır.
Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın hər iki tərəfə nə qədər fayda gətirdiyini ötən illər göstərmişdir. Əməkdaşlıq etdiyimiz sahələr beynəlxalq terrorizmə qarşı mübarizədən başlamış Avropanın və dünyanın enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Bu cür halların bir daha təkrarlanmaması arzumuzu ifadə edərək, əmin olduğumuzu bildiririk ki, daim rastlaşdığımız ikili standartların tətbiqi ikitərəfli münasibətlərimizə xələl gətirməyəcəkdir.
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2009-cu il 15 dekabr tarixli iclasında qəbul edilmişdir).

 
  • Oxunub:  15270  |  
  • Tarix:  16-12-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

14 Oktyabr 23:29
Prezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib
14 Oktyabr 23:23
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
14 Oktyabr 21:44
Mədəniyyət naziri Bakı şəhərində vətəndaşları qəbul edib
14 Oktyabr 21:41
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14 Oktyabr 21:36
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
14 Oktyabr 21:31
Türk Şurasının VII Zirvə Görüşü çərçivəsində Bakıda biznes forum keçirilib
14 Oktyabr 21:23
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
14 Oktyabr 21:18
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz məktubu göndərib
14 Oktyabr 21:12
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvləri DOST Agentliyində olublar
14 Oktyabr 21:07
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm
14 Oktyabr 21:01
Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir
14 Oktyabr 20:54
Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
14 Oktyabr 20:51
MDB-nin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında Azərbaycanın tibbi-sosial ekspertiza və reabilitasiya üzrə elektron sisteminin təqdimatı olub
14 Oktyabr 20:45
Azərbaycanla Özbəkistan maliyyə və büdcə idarəetməsi sahəsində əməkdaşlığa dair müzakirələr aparıb
14 Oktyabr 20:42
Prezident: Azərbaycanla Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq
14 Oktyabr 20:32
Mələk Çakmak: FAO Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə bütün sahələrdə müvafiq dəstək göstərməyə hazırdır
14 Oktyabr 20:30
Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi imzalanıb
14 Oktyabr 20:25
Rəcəb Tayyib Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14 Oktyabr 17:55
Litvanın Druskininkay şəhərinin meri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 Oktyabr 17:49
Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir
14 Oktyabr 17:46
Nazir: Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlıdır
14 Oktyabr 17:45
Uğurlu və ardicil inkişaf illəri
14 Oktyabr 17:41
Gənclər işğaldan azad olunmuş Şıxarx qəsəbəsinə “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə yürüş ediblər
14 Oktyabr 17:39
Leyla Abdullayeva: Konstantin Zatulinin Xankəndidə keçirilən “forumda” iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır
14 Oktyabr 17:36
Bakıda Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası işə başlayıb
14 Oktyabr 17:23
İlham Əliyev Nikol Paşinyanın “tsexakronist” olduğunu necə ifşa etdi?
14 Oktyabr 17:19
Türk Şurasının VII Zirvə Görüşündə Macarıstanın Baş Naziri Viktor Orban da iştirak edəcək
14 Oktyabr 17:14
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14 Oktyabr 17:03
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilib
14 Oktyabr 17:01
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14 Oktyabr 16:51
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb
14 Oktyabr 16:48
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14 Oktyabr 16:46
Türk Şurası fəaliyyətini gücləndirir
14 Oktyabr 16:29
Azərbaycanın və Qazaxıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14 Oktyabr 16:28
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
14 Oktyabr 16:20
Mərkəzi Seçki Komissiyası seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
14 Oktyabr 16:14
Demoqrafik inkişafa dair proqnozlara uyğun olaraq pensiya sisteminin inkişaf planları işlənilir
14 Oktyabr 16:11
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib
14 Oktyabr 16:04
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
14 Oktyabr 15:59
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard dollar investisiya yatırıb
14 Oktyabr 15:52
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14 Oktyabr 15:46
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi
14 Oktyabr 15:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir
14 Oktyabr 15:22
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib
14 Oktyabr 15:16
“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
14 Oktyabr 15:15
Nazirlik rəsmisi: Azərbaycanda elektron ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək
14 Oktyabr 15:10
Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub
14 Oktyabr 15:07
Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu oldu
14 Oktyabr 15:03
Azərbaycan və Latviyanın daha iki şəhəri qardaşlaşacaq
14 Oktyabr 15:01
“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri keçirilib
14 Oktyabr 14:59
Nazir Ketevan Tsxelaşvili: Azərbaycan ilə Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur
14 Oktyabr 14:57
Polşada Azərbaycan icması ilə görüş keçirilib
14 Oktyabr 14:49
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq
14 Oktyabr 14:32
Əli Əhmədov: Torpaqlarımız işğaldan azad olunana qədər “Qarabağ Azərbaycandır!” hərəkatı cəmiyyətimizin milli ideyası olaraq qalacaq
14 Oktyabr 14:31
Səməd Seyidov: Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir
14 Oktyabr 14:24
Ağcabədidə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürüş-mitinq keçirilib
14 Oktyabr 14:21
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
14 Oktyabr 14:20
Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib
14 Oktyabr 14:17
Tural Gəncəliyev: Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir
14 Oktyabr 14:11
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14 Oktyabr 14:10
DİN post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
14 Oktyabr 14:05
Türkiyə Prezident Administrasiyası: Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir
14 Oktyabr 14:00
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub
14 Oktyabr 13:58
Ərdoğandan Bakıya səfəröncəsi bəyanat: Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir
14 Oktyabr 13:54
Əli Əhmədov: Ermənistanın faşist ideologiyasına əsaslanan siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi
14 Oktyabr 13:42
Azərbaycan nümayəndəsi Bern Konvensiyasına qoşulan dövlətlərin Assambleyasına sədr seçilib
14 Oktyabr 13:39
Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq
14 Oktyabr 13:07
Azərbaycanın Xarici İşlər naziri macarıstanlı həmkarı ilə görüşüb
14 Oktyabr 12:48
Özbəkistanın milli informasiya agentliyi Azərbaycanla əlaqələrin inkişafından bəhs edən müsahibə yayıb
14 Oktyabr 12:17
Darxan Kıdırali: Azərbaycan Türk Akademiyasının fəaliyyətinə hər zaman dəstək verir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA