Ana səhifə »  Siyasət »  “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi”
A+   Yenilə  A-
“Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi”

Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə bu mövzuda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib

 

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası ICAPP-ın fəal üzvü kimi bu təşkilatla səmərəli və sıx əməkdaşlıq edir

 

Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib. Tədbiri ICAPP-ın Baş katibi Park Ro-byug açıb və gündəlik barədə məlumat verib.
Çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbirin işinə uğurlar arzulayıb. ICAPP-ın Asiya qitəsində ictimai-siyasi proseslərin, bir sıra problemlərin müzakirəsi baxımından vacib platforma olduğunu deyən Əli Əhmədov toplantıda təşkilatın gələcək fəaliyyəti ilə bağlı faydalı qərarların qəbul olunacağına ümidvar olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın fəal üzvü kimi bu təşkilatla səmərəli və sıx əməkdaşlıq edir. Baş nazirin müavini vurğulayıb ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil. Asiya dünya iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Dünya iqtisadiyyatının böyük bir hissəsi Asiya qitəsində toplaşıb və gələcək inkişaf baxımından böyük potensial olaraq özünü təqdim etməkdədir.
Əli Əhmədov əmin olduğunu bildirib ki, ICAPP bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyanı lazımınca yerinə yetirə bilir: “Asiya həm də bir çox ciddi təzadlarla müşahidə olunan regiondur. Bir tərəfdən yüksək inkişaf prosesləri gedir, digər tərəfdən inkişafın geridə qaldığı hallar da narahatlıq yaradır. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir. Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, qitənin gələcək inkişafı ilə bağlı layihələrin hazırlanmasında ICAPP-ın üzərinə böyük iş düşür. Asiya ölkələrinin əksər siyasi partiyaları bu qurumda cəmləşib, onu dünyanın ən böyük siyasi partiyalar qrupu kimi qiymətləndirmək mümkündür. Xüsusilə də gənclər və qadınlar problemini ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan cəhətlərdən biri də əhalinin dinamik artımı ilə bağlı gənclərin xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da ICAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər böyük əhəmiyyət kəsb etdiyindən xəbər verir. Həmin fikirləri qadınlar qolu haqqında da demək olar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ICAPP-ın Qadınlar Qolu Bakıda təsis olundu. Bu təşkilat səmərəli şəkildə fəaliyyət göstərir. Qadınların rolunun, fəallığının artırılması da ICAPP-ın üzərinə düşən tarixi missiyalardan biridir. Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, bu regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsi ilə əlaqədardır. Bir tərəfdən, iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən isə geriləmələrin aradan qaldırılması ICAPP-ı düşündürən məsələlərdən biridir”.
Əli Əhmədov deyib ki, sabitliyin, əmin-amanlığın bərqərar edilməsi və möhkəmləndirilməsi, region üçün problemə çevrilən terrorizm kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunan ciddi məsələlərdir: “Terrorizm kimi hadisələr Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Təəssüf ki, bəzi ölkələrdə bu halları müşahidə edirik və onun insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Beləliklə, Asiya ölkələrinin tərəqqisində ciddi problemlərin aradan qaldırılmasında cəhdlərin göstərilməsində ICAPP öz üzərinə götürdüyü missiyanı uğurla həyata keçirir. Gələn il ICAPP-ın təsis olunmasının 20-ci ildönümü qeyd olunacaq. ICAPP nəinki təkcə Asiya ölkələrinin siyasi həyatında özünə yer tuta bilib, eyni zamanda, bütövlükdə dünyada özünü tanıtmağa nail olan siyasi partiyalar qrupuna çevrilib”.
Yeni Azərbaycan Partiyasının ICAPP-la çox sıx əməkdaşlıq etdiyini deyən Əli Əhmədov partiyamızın bundan sonra da bu təşkilatın öz üzərinə götürdüyü missiyaların həyata keçirilməsində töhfələrini verəcəyini diqqətə çatdırıb.
Sonra çıxış edən ICAPP Gənclər Qolunun sədri, Malayziya parlamentinin üzvü Seri Şahidan bin Kassim Azərbaycan xalqına yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Ölkəmizə ikinci dəfə səfər etdiyini deyən qonaq ötən dövr ərzində böyük inkişafın şahidi olduğunu, Bakının isə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini söyləyib. O qeyd edib ki, Bakıda keçirilən tədbirdə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər iştirak edirlər. Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər.
Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini bildirən qonaq tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, gənclərin cəmiyyətdə sosial ədalətin bərqərar olunması istiqamətində fəaliyyəti vacibdir və onlar bu prosesə ciddi töhfə verməlidirlər.
Daha sonra çıxış edən ICAPP Qadınlar Qolunun həmsədri, Nepal parlamentinin üzvü Sujata Koirala bugünkü iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb: “ICAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində zəruri işlər görüb. ICAPP geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarını bir araya gətirərək qitənin gələcək inkişafına, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasına çalışır. Bu iclaslar quruma üzv olan dövlətlərdə qadınların inkişafına, qarşıda duran problemlərin həllinə mühüm töhfə verir”.
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da tədbirin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, dünyada mövcud olan ictimai-siyasi durum, bütün qitələri təhdid edən təhlükələr və çağırışlar bizi ən müxtəlif formatlarda beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə siyasi partiyaların birlikləri olan ICAPP tipli təşkilatlarda birləşməyə vadar edir. Bu regionda siyası partiyaların bir araya gəlməsi və regionun inkişafı üçün, qarşıda dayanan hədəflərə nail olunması üçün yolların axtarılması çox vacibdir. Vitse-spiker söyləyib ki, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan YAP ICAPP-ın işinə hissolunacaq dərəcədə töhfələr verir. Onun sözlərinə görə, bütövlükdə ölkəmiz dünyanı düşündürən aktual məsələlərin müzakirəsinə həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu gün də edir.
B.Muradova qeyd edib ki, nəzərə alsaq ki, konfransın mövzusu “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi”dir, bu gün bütün dünya ölkələri davamlı inkişaf məqsədlərinə çatmaq üçün birgə səylərin ortaya qoyulmasına cağırış edir. Ən müxtəlif baxışları olan partiyaların bir araya gətirilib, məqsədlərə çatmağın yollarının müəyyənləşdirilməsi çox doğrudur.
“Azərbaycanın bu sahədə də təcrübəsi böyükdür”, - söyləyən B.Muradova qeyd edib ki, biz artıq könüllü olaraq ikici dəfə Dayanıqlı İnkişaf Məqsədlərinə dair hesabatı təqdim etmiş ölkəyik və çoxsaylı nəticələr vardır: “Təcrübələri bölüşmək, problemləri həll etmək, prioritetləri müəyyənləşdirmək, gənclərin və qadınların iştirakını, təmsilçiliyini artırmaq bu günümüzün əsas tələblərindəndir. İnanıram ki, ICAPP-da təmsil olunan partiyalar bu imkanlardan istifadə edərək qarşıda dayanan məqsədlərə öz töhfələrini verəcəklər”.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumat verib və deyib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 15 ildən artıq dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. O bildirib ki, ölkəmizdə gənclərlə bağlı bır sıra dövlət proqramları qəbul olunub. Əhalimizin 30 faizindən çoxunu gənclər təşkil edir. Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı üçün yaradılmış şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi xeyli artıb. Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən Azad Rəhimov son illərdə Azərbaycanda gənclər siyasəti ilə bağlı keçirilən beynəlxalq tədbirlərin sayının da dəfələrlə artdığını vurğulayıb: “Ölkə Prezidenti gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni qarşıya mühüm vəzifə kimi qoyur. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik, yüksəkkeyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Müstəqillik tariximizdə ictimai fəal gənclərin çoxlu sayda gənclər təşkilatlarında birləşməsi, həmçinin beynəlxalq gənclər qurumlarında təmsil olunması, 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi, gənclərin inkişafına xidmət edən Dövlət proqramlarının qəbulu və sair kimi bir-birindən mühüm addımlar gənclərə diqqət və qayğının dövlətin siyasətində prioritet məsələ olduğunu təsdiqləyir. Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır”.
Gənclərimizin beynəlxalq əlaqələrinin inkişaf etdiyini deyən Azad Rəhimov deyib ki, əməkdaşlıq əlaqələrinin inkişafı gənclərin zəngin təcrübəyə malik olmasında, səylərinin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaqda əhəmiyyətli rol oynayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova bildirib ki, ICAPP-ın bu toplantısında müzakirəyə çıxarılan mövzu çox aktual və əhəmiyyətlidir. Onun sözlərinə görə, gələcəyimiz olan gənclərin və cəmiyyətimizin inkişafının əsasını təşkil edən qadınların dayanıqlı inkişafa nə kimi töhfə verəcəkləri, imkan və perspektivlərin dəyərləndirilməsi olduqca mühümdür: “Azərbaycan qadınları ötən il seçib-seçilmək hüququnun əldə olunmasının 100 illiyini qeyd etdilər. 100 il əvvəl və ondan çox-çox öncə Azərbaycan qadınları xalqımıza qürur verən şərəfli bir tarix yazıblar. Bu gün ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir. Ölkəmizin iqtisadi, sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması bütün sahələrdə gender bərabərliyinin təmin olunmasına, qadınların özünü reallaşdırmasına, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır. Azərbaycan əhalisinin ümumi sayının 50,1%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Hazırda qadınlarımız həm idarəetmə, həm də qərarqəbuletmə sahəsində yetərincə təmsil olunurlar. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə də qadınlarımızın sayı ildən-ilə yüksəlir. Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Məlumat üçün bildirim ki, hazırda sahibkar qadınların xüsusi çəkisi 30%-ə çatıb. Bu isə Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan siyasi xəttin və Azərbaycan Hökumətinin həyata keçirdiyi dövlət qadın siyasətinin məntiqi nəticəsidir”.
Qadınların siyasi fəallığına gəldikdə isə, S.Qəhrəmanova qeyd edib ki, hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasının qadın üzvlərinin sayı ildən-ilə yüksələrək 46 faizə çatıb: “YAP qadın qolu ardıcıl maarifləndirici tədbirlər həyata keçirir. Bu ilin dekabrında bələdiyyələrə seçkilər keçiriləcək. Artıq ilin əvvəlindən başlayaraq qadınlarla iş aparılır. Yəqin ki, bu dəfə də yüksək nəticələr əldə edə biləcəyik. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir”.
Onun sözlərinə görə, bütün ölkələr 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün öhdəlik qəbul edib: “Hər bir ölkə çalışır ki, 17 məqsədin hamısını reallaşdırsın. Lakin bu, həmin ölkələrin inkişaf tempindən, iqtisadi, təbii və insan resurslarından asılıdır. DİM-lərin 5-ci məqsədi gender məsələlərinə həsr olunsa da, digər məqsədlərdə də gender komponenti vardır. Artıq bu bir reallıqdır ki, qadınların qərarların qəbul olunmasında və idarəetmədə təmsilçiliyinin artması, onların hər bir sferada təmsilçiliyinin təmin olunması, iştirakçılığının təşviqi və inkişafı bir strategiyaya çevrilib və bu strategiya Azərbaycanda uğurla həyata keçirilir”.
Sonra tədbir panel iclaslarla öz işini davam etdirib.
ICAPP-ın Gənclər Qolunun 5-ci iclasına moderatorluq edən YAP Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun Büro üzvü Ramin Məmmədov moderator qismində çıxış edərək deyib ki, Asiyada sülhün, təhlükəsizliyin təmin edilməsində və tərəfdaşlığın inkişafında gənclərin xüsusi rolu var. O qeyd edib ki, qloballaşan dünyada gənclərin rolu danılmazdır: “Gələcəyini fikirləşən bütün dövlətlər gənclərə xüsusi diqqət yetirir, onların fikirlərini və gələcəyə baxış konsepsiyalarını nəzərə alırlar. Bu baxımdan ICAPP-ın Gənclər Qolunun 5-ci iclasının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, hazırda sıralarında 750 minə yaxın üzvü birləşdirən partiyamızın 250 min nəfəri gənclərdir. Partiyada gənclərə bütün sahələrdə dəstək var. YAP-ın beynəlxalq əməkdaşlığından bəhs edən S.Orucov bildirib ki, Asiya gənclərini bir araya gətirən ICAPP-la əlaqələrimiz yüksək səviyyədədir: “Düşünürük ki, bugünkü tədbirimiz müxtəlif istiqamətlərdə əməkdaşlığımızım genişləndirilməsinə böyük töhfə olacaq”.
Toplantıda həmçinin Koreyanın Milli Assambleyasının üzvü Kang Hoon, Banqladeşin təmsilçisi Mohammad İmranul Hye Sajib, Malayziya nümayəndəsi Mikheil Kumsishvili, İranın İslam Əmək Partiyasının gənclər təşkilatının üzvü Payam Hamedanimojarad Asiya gənclərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması haqda fikirlərini bildiriblər.
Sonda təşkilati məsələlərə baxılıb. Malayziya parlamentinin üzvü Seri Şahidan bin Kassim və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov ICAPP-ın Gənclər Qolunun həmsədrləri seçiliblər.
ICAPP-ın Qadınlar Qolunun 6-cı iclası isə Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Meryem Gokanın moderatorluğu ilə keçirilib. İclasda qeyd olunub ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Bu prosesdə qadınların rolunun gücləndirilməsi aktual məsələdir.
Sonda ICAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının Bakı Bəyannaməsi qəbul olunub.
Tədbirin yekununda çıxış edən ICAPP Daimi Komitəsinin sədr müavini Mushahid Hussain Sayed və ICAPP-ın Baş katibi Park Ro-byug toplantının məhsuldar keçdiyini deyərək yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1830  |  
  • Tarix:  10-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 Sentyabr 11:51
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
17 Sentyabr 11:36
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib
17 Sentyabr 11:34
Strateji Elmi Tədqiqatlar Mərkəzinin yeni stendinin sınaq atışları həyata keçirilib
17 Sentyabr 11:22
Azərbaycanın Misirdəki diaspor rəhbəri əl-Əzhər Universitetinin rektoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
17 Sentyabr 11:15
Misir KİV-ləri: Azərbaycan Qoşulmama Hərəkatının XVIII Sammitinə ev sahibliyi etməyə hazırdır
17 Sentyabr 11:07
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
17 Sentyabr 11:06
SOCAR-ın Qaradağ kompleksində ağacəkmə aksiyası keçirilir
17 Sentyabr 10:59
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
17 Sentyabr 10:51
Azərbaycan neftinin qiyməti 71 dollar/barreli ötüb
17 Sentyabr 10:43
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20