Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Biz bu hadisəni qətiyyətlə pisləyirik"

"Biz bu hadisəni qətiyyətlə pisləyirik"

15.12.2009 [09:50]

Əli Əhmədov: ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırması haqsızlıq və ədalətsizlikdir
“ABŞ Konqresinin separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayırması haqsızlıq və ədalətsizlikdir. Biz hansısa dövlətin digər ölkələrə yardım etməsinə qarışmaq istəmirik. Amma separatçı rejimlərə yardım göstərilməsi dolayısı ilə həmin rejimlərin dəstəklənməsi anlamına gəlir”. Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı ayrılması haqqında verdiyi qərara münasibət bildirərkən deyib. Əli Əhmədov qeyd edib ki, ABŞ hökuməti ayrı-ayrı yerlərdə demokratiyanın, insan hüquqlarının qorunması haqqında mövqe bildirir, bu məsələyə həssaslıqla yanaşdığını bəyan edirsə, digər tərəfdən separatçı rejimlərə maliyyə dəstəyi göstərir. Beləliklə də, həmin rejimlərin ömrünün uzadılmasına şərait yaratmış olur. “Biz bu hadisəni qətiyyətlə pisləyirik. Bu cür dəstəklər və yanaşmalar olanda münaqişənin ədalətli şəkildə həll olunması prosesi ciddi şəkildə çətinləşir. ABŞ, Minsk qrupunun həmsədri kimi, bir tərəfdən münaqişənin ədalətli şəkildə həll olunmasına çalışdığını bəyan edir, amma separatçı rejimləri dəstəkləyəndə isə belə bəyanatların üzərinə əhəmiyyətli dərəcədə kölgə düşür”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31