Ana səhifə »  Siyasət »  Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
A+   Yenilə  A-
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Aparıcılar Azərbaycan Milli Mətbuatının yaranmasından, “Əkinçi” qəzetinin, eləcə də o dövr mətbu nəşrlərinin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışıblar. Qeyd olunub ki, Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və Azərbaycanda ilk milli mətbu orqanı olan “Əkinçi” öz ətrafında dövrünün qabaqcıl ziyalılarını birləşdirmişdi.
Diqqətə çatdırılıb ki, “Əkinçi” qəzeti ilə təməli qoyulan milli mətbuatımız müstəqilliyimizin bərpasından sonra özünün intibah dövrünü yaşayır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb, plüralizm, söz və mətbuat azadlığına mane olan senzura ləğv edilib, mətbuatın fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin milli mətbuata, jurnalistikaya göstərdiyi qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi ötən müddətdə dövlətin mətbuatın inkişafına göstərdiyi dəstəkdən söz açıb. Qeyd edib ki, Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 2019-cu il iyunun 8-dən iyulun 12-dək Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir. Bu, bir reallıqdır ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Müstəqil mediamızın inkişafında Ulu Öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə Ümummilli Liderin Fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, Ulu Öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ümummilli Lider media ilə bağlı bütün tənzimləmə və senzura mexanizmlərini ləğv edərək Azərbaycanda azad mətbuat üçün lazımi şəraiti yaratdı. Ulu Öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.
Mətbuatımızın bugünkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam şəffaflaşdırılması, sistemləşdirilməsi və ardıcıl olaraq həyata keçirilməsindən ibarət olduğunu vurğulayan Əli Həsənov deyib: “2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq KİVDF yaradıldı. O gündən bu günə qədər Fond bilavasitə jurnalistlərin iştirakı ilə özünün Müşahidə Şurasını formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, araşdırır, dövlət qarşısında bu və ya digər təkliflərlə çıxış edir və o təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərimiz bilavasitə və qismən dövlət tərəfindən maliyyələşdirilib. Qəzetlərin uzun müddət yaranmış borcları dövlət tərəfindən ödənilib, ayrı-ayrı sahələr üzrə dotasiyalar verilib. Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır. Mətbuat mədəniyyətin bir hissəsidir, onun əsas sahələrindən biridir. Əgər dövlət bu gün özünün milli-mənəvi simasını, milli-mənəvi varlığını nümayiş etdirən teatrına, ədəbiyyatına, şairinə, yazıçısına, teatr xadiminə, rəssamına dəstək göstərir, yardım edirsə, nəyə görə bu yardım mediaya göstərilməməlidir. Buna görə də mediamızın inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançılara da, jurnalistlərə də ev verir, onların sosial həyatının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Buna qarşı qısqanclıq, buna qarşı hər hansı fikir formalaşdırmaq, düşünürəm ki, sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bunların heç biri təmənna daşımır, bunların heç biri sizin yaradıcılıq imkanlarınızı məhdudlaşdırmır və məhdudlaşdıra da bilməz”.
Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.
Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Həsən bəy Zərdabi yolunun davamçıları olan Azərbaycan jurnalistlərini milli mətbuatımızın 144 illiyi münasibətilə təbrik edib, “Əkinçi”dən bəri keçən mətbuatımızın tarixinə qısa nəzər salıb, ölkəmizdə jurnalistlərə göstərilən dövlət qayğısının önəmini vurğulayıb.
Daha sonra jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Mətbuat Şurasının mükafatları sahiblərinə təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

 
  • Oxunub:  9750  |  
  • Tarix:  23-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18