Ana səhifə »  Siyasət »  Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
A+   Yenilə  A-
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Vaşinqtonda bir sıra görüşlər keçirib
Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 17-də amerikalı yazıçı Joel Rosenberqlə görüşüb.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri ölkəmiz, onun tarixi, dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin dövlət tərəfindən inkişaf etdirildiyini qeyd edib. M.Qurbanlı ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.
Qeyd edək ki, J.Rosenberq “Nyu-York Tayms” nəşrinin bestseller hesab olunan, 5 milyon nüsxə ilə buraxılmış 13 roman və 5 publisistik əsərin müəllifi olmaqla yanaşı, həm də “Coşua” Xeyriyyə Fonduna rəhbərlik edir.
M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-də ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Murla da görüşüb. Azərbaycanın ABŞ-dakı səfirliyində keçirilmiş görüşdə ölkəmizin nümunəvi tolerantlıq siyasətindən bəhs edən Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirdiyini vurğulayıb.
Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran A.Kuper yəhudi icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Yevangelist icmasının nümayəndəsi Conni Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.
Hər iki görüşdə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlərarası və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, bu istiqamətdə müxtəlif konfrans və forumlara ev sahibliyi etdiyini diqqətə çatdıran M.Qurbanlı cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan “Dünya dini liderlərinin II Bakı sammiti”, o cümlədən Bakı şəhəri “Şərqdə Ulduz” Xristian və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarının bu günlərdə DQİDK-da yenidən qeydiyyatdan keçmələri və onlara şəhadətnamələr təqdim edilməsi, eləcə də Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edilməsi barədə məlumatlar verib.
Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransının gedişi ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşlərin sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

 
  • Oxunub:  5940  |  
  • Tarix:  19-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18