Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Ulu öndərin adı ilə bağlıdır

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Ulu öndərin adı ilə bağlıdır

11.12.2009 [09:45]

Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı anma mərasimi keçirilib
Dünən Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı anma mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub, tər güllər düzüblər.
Sonra rayon İcra Hakimiyyətində davam etdirilən tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov bildirib ki, ümummilli lider Heydər Əliyevin vəfatından altı il keçməsinə baxmayaraq, Ulu öndərimizə olan xalq məhəbbəti heç zaman bitməyəcək: “Dahi şəxsiyyəti bizdən cismən ayıran illər ötdükcə, Onun dahiliyini daha çox başa düşürük. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Ulu öndərin adı ilə bağlıdır. Bu illər ərzində Azərbaycan köklü transformasiya dövrünü yaşayan dünyanın yeni çağırışlarına cavab verən siyasi kursa malik dövlətə çevrildi. Əlbəttə ki, Ulu öndərimizin hələ 1969-cu ildən başlayaraq, qurub yaratdığı Azərbaycanı 1990-cı illərin əvvəllərində səriştəsiz siyasətçilər uçurum kənarına atmışdılar. Amma ümummilli liderə hədsiz sevgisi, inamı olan xalqımız Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdi. Məhz, 1993-cü ildə Azərbaycanı və xalqımızı gözləyən bir çox bəlalardan, təhlükələrdən ümummilli lider Heydər Əliyev xilas etdi”.
Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu söyləyən Hüseyn İsrafilov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, ADPU-nun prorektoru, professor Vilayət Əliyev də ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasından, hərtərəfli inikşaf etdirilməsindən danışıb.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov isə əsasən, diqqəti Azərbaycanın sürətli inkişaf etməsi üçün Ulu öndər Heydər Əliyev tərəfindən iqtisadi-siyasi özülün yaradılmasına çəkib: “Bu gün uğurlu sosial-iqtiadi islahatlar siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən səmərəli şəkildə həyata keçirilir. Artıq dünyada Azərbaycan modelindən söz açılır, müxtəlif iqtisadi, siyasi məsələlərdən Azərbaycanın müəllifi olduğu metodlardan istifadə olunur”.
Tədbirdə digər iştirakçılar da çıxış edərək ölkədə həyata keçirilən uğurlu siyasi, iqtisadi siyasətdən söz açıblar.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30