Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Qaradağ rayon təşkilatı Ümid qəsəbəsində tədbir keçirib

YAP Qaradağ rayon təşkilatı Ümid qəsəbəsində tədbir keçirib

09.12.2009 [10:07]

Aydın Hüseynov: İnanıram ki, bu seçkilərdə də ümid qəsəbəsinin sakinləri YAP-ın namizədlərinə səs verəcək
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı dünən rayonun ümid qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi seçki hərəkətləri barədə məlumat verib.
Aydın Hüseynov hakim partiyanın bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əmin olduğunu deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində son illərdə respublikamız regionda aparıcı dövlətə çevrilib, əhalinin həyat şəraiti yaxşılaşıb”.
Onun sözlərinə görə, yarandığı gündən xalqa xidmət prinsipini prioritet sayan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayaraq həyata keçirdiyi tədbirlərlə ümumxalq partiyasına çevrildiyini sübut edib və xalqın etimadını qazanıb: “Əminəm ki, Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanaraq seçicilərin etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəsi ilə xalqa xidmət göstərəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. İnanıram ki, bu seçkilərdə də ümid qəsəbəsinin sakinləri YAP-ın namizədlərinə səs verəcək”.
Sonra çıxış edən qəsəbə sakinləri bələdiyyənin fəaliyyətində bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Ramil VƏLİBƏYOV


Paylaş:
Baxılıb: 900 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30