Ana səhifə »  Siyasət »  Elçin Əhmədov: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır
A+   Yenilə  A-
Elçin Əhmədov: Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri bərabərhüquqlu tərəfdaşlığa və əməkdaşlığa əsaslanır

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr əsas prioritet istiqamətlərdən biridir. Xüsusilə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda ilk növbədə qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və Ümummilli Lider Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.
Bu baxımdan, Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa qonşuluq siyasətinə” qoşulub. 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
2018-ci ilin iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Eyni zamanda, qeyd etmək vacibdir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq strateji tərəfdaşlıq sənədi üzərində hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Bu baxımdan, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf edərək bərabərhüquqlu tərəfdaşlıq səviyyəsinə qalxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun dəvəti ilə 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışında deyib: “...Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.
2019-cu il iyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Respublikasına səfəri zamanı keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq və qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik ki, bu da Azərbaycanın maraqlarına xidmət edir və uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək”.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev çıxışında qeyd edib ki, ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi qəbul olunub. Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verən dövlət başçısı diqqətə çatdırdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Əminəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk Qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbul edilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir”.
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycanın çox nadir ölkə olduğunu və özündə ənənə, müasirliyi birləşdirdiyini diqqətə çatdıraraq qeyd edib ki, bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə ölkəmiz həm Şərqə, həm də Qərbə doğru baxır. Avropa İttifaqı Şurasının Prezidenti təmsil etdiyi təşkilatın Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək deyib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır və münasibətlərimiz intensivləşib. Bununla yanaşı, 2018-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq üzrə prioritetlərin müəyyən edildiyini və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu diqqətə çatdıran Avropa İttifaqı Şurasının Prezidenti diqqətə çatdırıb ki, iqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək.
Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını bildirən Donald Tusk ölkəmizin Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümü olan Bakı limanına səfər etməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. Avropa İttifaqı Şurasının Prezidenti regionda sabitliyə istinad edərək bildirib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır və Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini, eləcə də Helsinki Yekun Aktının əsas prinsipləri əsasında münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.
Ümumilikdə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə nəzər saldıqda qeyd etmək lazımdır ki, hazırda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan artıq qlobal məkanda özünün müstəqil xarici siyasətini müəyyənləşdirməyə nail olub və əksər dövlətlərdən fərqli olaraq, ölkəmizin beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə fərqlənir. Eyni zamanda, Avropa qurumları ilə əlaqələri xarici siyasətdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikası həm Avropanın nüfuzlu təşkilatları, həm də əksər dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan uğurlu siyasi əməkdaşlığın qurulmasına nail olub.

 
  • Oxunub:  3930  |  
  • Tarix:  11-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır
13 Sentyabr 17:33
Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar
13 Sentyabr 17:32
Akademik Kamal Abdulla Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA