Ana səhifə »  Siyasət »  Eldar İbrahimov: Bu, sadəcə, təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik gündür
A+   Yenilə  A-
Eldar İbrahimov: Bu, sadəcə, təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik gündür

1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda qısa müddət sonra dərin böhran yaşanıb. 1992-ci ildə güc yolu ilə siyasi hakimiyyəti ələ keçirən AXC-“Müsavat” iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirib. Belə bir mürəkkəb zamanda - 1993-cü il iyunun 9-da Azərbaycan xalqının təkidi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olunub və ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi istiqamətində tarixi missiyasını həyata keçirib. 1993-cü il iyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Milli Məclisin Sədri seçilib. Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. O illərin ictimai-siyasi prosesləri, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda fəaliyyəti, Bakıya gəlişi, Azərbaycanın hərtərəfli inkişafı yönündə gördüyü işlərlə bağlı “Kaspi” qəzetinin suallarını Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Eldar müəllim, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki yerini necə dəyərləndirirsiniz?
- Müstəqilliyin ilk illərində Azərbaycanda olduqca gərgin vəziyyət var idi. Bu gərginliyi hər bir vətəndaş görür, müşahidə edirdi. Bir deputat kimi, mən də istər-istəməz ölkədə baş verən ictimai-siyasi proseslərin içində idim. Ulu Öndər Heydər Əliyevlə yanaşı, mən də o zamankı Ali Sovetə, indiki Milli Məclisə Naxçıvandan deputat seçilmişdim. Bu çərçivədə Ulu Öndərlə tez-tez söhbətlərimiz olurdu, Onun fikirlərini özümdə qeyd edirdim, gələcəkdə özümə lazım olacağını düşünürdüm. Heydər Əliyev uzaqgörən siyasətçi olmaqla bərabər, nə qədər yaxşı işçi idisə, bir o qədər də yaxşı insan idi. O hətta Naxçıvanın çətin illərində də çalışırdı ki, hər kəsə yaxşılıq etsin. Müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr idi. O dövrdə vəziyyəti bir qədər də mürəkkəbləşdirən amil yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi idi. Məhz bu kimi səbəblərdən 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Belə bir gərgin və böhranlı vəziyyətdə xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Ona görə də hələ 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələr, vəziyyətin silahlı qarşıdurma səviyyəsinə çatdırılması isə onsuz da ölkədə mövcud olan mürəkkəb vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında dayanmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndərə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-”Müsavat” hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Bakıya qayıdan Heydər Əliyev hadisələri araşdırmaq, baş verənlərlə yerindəcə tanış olmaq məqsədilə Gəncəyə yollandı. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, həmin vaxtlar vəziyyət çox mürəkkəb və təhlükəli idi. Hətta Heydər Əliyev Gəncəyə gedərkən, yolda avtomobili təhlükəsizlik məqsədilə dəyişmişdi. Yəni Ulu Öndər Azərbaycanın bütövlüyü, gələcəyi naminə Öz həyatını riskə ataraq işləyirdi. Gəncədə apardığı danışıqlar nəticəsində silahsız, qan axıdılmadan məsələ həllini tapdı. Bununla da Azərbaycanı fəlakətə sürükləyə biləcək vətəndaş müharibəsinin qarşısı alındı. Ardınca O, digər təxirəsalınmaz tədbirlər həyata keçirdi. Bütün bunları görən, dəyərləndirən xalqımız Ona etimad göstərdi və Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçildi. Ulu Öndərin Azərbaycan parlamentinin Sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 İyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun - Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyevdir.
- Sizin də xatırlatdığınız kimi, Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlməzdən öncə Naxçıvanda yaşayıb, orada Ali Məclisin Sədri olub. Ulu Öndərin Naxçıvanda olduğu illərdə orada ictimai-siyasi vəziyyət necə idi?
- Ötən əsrin 90-cı illərinin əvvəlində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da hakimiyyət boşluğu hökm sürürdü. Muxtar Respublikada Ali Məclisin sədri seçilməli idi. “Demblok”, “komblok” deyilən qüvvələr və bu qəbildən olan digərləri Naxçıvanda, necə deyərlər, öz adamlarını hakimiyyətə gətirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Belə gərgin vəziyyətdə muxtar respublikanın gələcəyini düşünən insanlar Ali Məclisin sədri vəzifəsinə böyük idarəçilik təcrübəsi olan Heydər Əliyevin seçilməsini tələb edirdilər. Mən Ali Məclisin sessiyasında iştirak edən bir şəxs kimi bildirmək istəyirəm ki, Ulu Öndər həmin vəzifəyə getmək istəmirdi. Mən və digərləri sessiyada çıxış edərək mövqeyimizi qəti şəkildə ortaya qoyduq, bildirdik ki, Heydər Əliyevin Naxçıvanda alternativi yoxdur, əgər O, muxtar respublikanın rəhbəri seçilməsə, ermənilər Naxçıvana təcavüz edəcəklər. Sessiyada Heydər Əliyevin namizədliyini müdafiə edənlərə, o cümlədən də mənə qarşı kəskin təzyiqlər göstərilsə də, biz 1991-ci il 3 sentyabr tarixində Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsinə nail olduq. Ulu Öndər Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvanda rəhbərliyə gəlməsə idi, hadisələrin gedişi müxtəlif cür ola bilərdi. Ulu Öndər Ali Məclisin Sədri kimi Naxçıvanda çox böyük işlər gördü. Açıq deyək, həmin dövrdə Naxçıvanı yalnız Ermənistan blokadaya almamışdı. Elə Azərbaycanda mərkəzi hakimiyyət də muxtar respublikaya son dərəcə biganə münasibət bəsləyirdi. Çətin durumda olan Naxçıvana heç bir kömək göstərilmirdi, mərkəzi icra orqanlarının təmsilçiləri muxtar respublikanın problemləri ilə əsla maraqlanmırdılar, ora ayaq basmaq belə istəmirdilər. Elə təsəvvür hasil olurdu ki, sanki Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə məqsədli şəkildə şərait yaradılırdı. Heydər Əliyev Ali Məclisin Sədri seçildikdən dərhal sonra muxtar respublikanın müdafiəsini təmin etmək məqsədilə müdafiə komitəsi yaratdı. Naxçıvanda Ulu Öndərin təşəbbüsü ilə islahatlara start verildi. Mən yaxşı xatırlayıram, respublikamızda torpaq islahatına məhz Naxçıvanda 1992-ci ilin mart ayında start verildi, özəlləşdirmə aparıldı. Beynəlxalq miqyasda böyük nüfuza malik olan Heydər Əliyev İran və Türkiyə ilə əlaqə saxladı. İranın o vaxtkı prezidenti Rəfsancani Heydər Əliyevin arxasınca öz şəxsi təyyarəsini göndərdi. Ulu Öndər İran İslam Respublikasına gedərək orada bir sıra müqavilələr imzaladı. Heydər Əliyev həmçinin Türkiyəyə səfərlər etdi, dost ölkənin prezidenti Süleyman Dəmirəllə görüşüb burada da müqavilələr bağlanmasına nail oldu. Heydər Əliyevin bu səfərlərindən sonra istər İrandan, istərsə də Türkiyədən Naxçıvana yardımlar gəlməyə başladı. Ulu Öndər 1991-1993-cü illərdə Naxçıvanı, muxtar respublikanın əhalisini bu yardımlar hesabına saxladı. Düzdür, yerli istehsal da müəyyən qədər artırdı, ancaq həmin dövrdə yardımlar olmadan Naxçıvanın müxtəlif mallara, ələlxüsus da ərzağa olan tələbatını ödəmək mümkün deyildi. Belə çətin vəziyyətdə Heydər Əliyev Naxçıvanı yalnız qoruyub saxlamadı, həm də onu inkişaf etdirdi. Naxçıvan əhalisi bütün bunları böyük minnətdarlıq hissi ilə həmişə xatırlayır. Biz Ulu Öndərin ruhu qarşısında baş əyirik ki, O, Naxçıvanı yalnız aclıqdan deyil, həm də erməni işğalından xilas etdi. Sevindirici haldır ki, Ulu Öndərin Naxçıvanda başlatdığı islahatlar, quruculuq-abadlıq tədbirləri Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən indi də davam etdirilir.
- Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını mərhələlərə bölsək, bunu necə xarakterizə edərdiniz?
- Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri böyük və zəngindir. Azərbaycanın qazandığı uğurlar Onun həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. İlk dəfə 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gətirilməsi isə tariximizə Azərbaycanın xilas edilməsi kimi düşüb. Bir qədər əvvəl qeyd etdiyim kimi, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa edib, separatçı qüvvələri zərərsizləşdirib. Hətta 1994 və 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını da qətiyyətlə alıb. Məhz bu mərhələlərdən sonra xalqımız sakit həyat tərzi sürməyə başlayıb. Məhz Onun fəaliyyəti sayəsində Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Xilaskarlıq missiyasına başlayan Ulu Öndərin atdığı ilk addımlardan biri də 1994-cü ildə atəşkəs haqqında sazişin əldə edilməsi oldu. Bu, olduqca mühüm addım idi. Çünki ölkəni böhrandan çıxarmaq üçün ilk öncə müharibə dayandırılmalı, daxildə ictimai-siyasi sabitlik təmin edilməli idi. Bütün bunları həyata keçirə bilən Heydər Əliyev Azərbaycan iqtisadiyyatının dirçəldilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Hələ Naxçıvanda olarkən aqrar islahatlara başlayan Ulu Öndər Azərbaycanda da bu prosesi sürətləndirdi, torpaq islahatları aparıldı. Ən önəmlisi isə, “Əsrin müqaviləsi” kimi tanıdığımız neft müqaviləsinin imzalanmasına, xarici sərmayədarların ölkə iqtisadiyyatına sərmayə qoymasına, təbii sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasına nail oldu. Bunun sayəsində də ölkəyə valyuta axını başladı ki, son nəticədə regionların inkişafı, ordu quruculuğu, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulması istiqamətində addımlar atıldı. Biz Onun xilaskarlıq missiyası, mərhələli şəkildə gördüyü işlər barədə saatlarla danışa, faktlar, sübutlar sadalaya bilərik. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP kimi qlobal iqtisadi layihələrin də əsası məhz Ulu Öndər Heydər Əliyevin zamanında atdığı addımlarla, həyata keçirdiyi xilaskarlıq missiyası ilə birbaşa bağlıdır. Ona görə də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.

 
  • Oxunub:  8340  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0