Ana səhifə »  Siyasət »  Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar
A+   Yenilə  A-
Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar

Azərbaycan xalqı Şərqdə ilk demokratik dövlət qurması ilə tam fəxr edə bilər. Bu, həm də müasir mərhələdə müstəqil dövlətçiliyin uğurla inkişaf etdirilməsi işığında əhəmiyyətli görünür. 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev bu kimi məqamları dolğun və konkret faktlarla ifadə edib. Dövlət başçısı Azərbaycanın dövlət kimi müstəqilliyinin və cəmiyyət kimi demokratikliyinin, sülhsevərliyinin vacib aspektlərini irəli sürüb. Dövlət quruculuğunun böyük uğurla aparıldığı indiki mərhələdə həmin fikirlərin əhəmiyyətini daha aydın dərk etmək mümkündür. Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətini də həmin kontekstdə anlamaq olar. Bu çərçivədə ölkə rəhbərinin nitqinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac vardır.
AXC və müasirlik: müstəqil Azərbaycanın uğurları işığında
1918-ci il mayın 28-i Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradıldı. Həmin dövrdə Avropanın özündə müstəqil və demokratik dövlət qurmaq uğrunda mübarizə səngimirdi. Osmanlı və Rusiya imperiyaları çox çətin dövrlərini yaşayırdılar. Qafqaza qonşu regionlarda mürəkkəb və qeyri-müəyyən geosiyasi-hərbi proseslər cərəyan edirdi. Belə bir qarışıq dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yaratdığını elan etdi. Bu möhtəşəm hadisənin siyasi, ideoloji, mənəvi, mədəni, iqtisadi və hərbi aspektləri haqlı olaraq tədqiq olunur və bu proses daha da dərinləşməlidir.
Prezident İlham Əliyev məhz bu bağlılıqda Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda əhəmiyyətli fikirlər ifadə edib. Dövlət başçısı vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir”.
Dövlət başçısı konkret faktlarla bu hadisənin tarixiliyini və möhtəşəmliyini ifadə edib. Onların sırasında aşağıdakı üç faktorun seçilməsi son dərəcə önəmlidir: dövlət bayrağının yaradılması, Azərbaycan vətəndaşlığının təsis edilməsi və Milli Ordunun formalaşdırılması! Bu faktorlar həm dövlətçilik, müstəqillik və demokratikliyin rəmzləri, həm də konkret həyata keçirilmiş əməli işlərdir. Dövlət bayrağı olmayan xalqın müstəqilliyi olmaz. Bayraq ideyadır, amaldır, milləti millət edən böyük mənadır. Vətəndaşlıq Azərbaycanın XX əsrin əvvəllərindən demokratik yol seçdiyinin göstəricisidir. Vətəndaşlıq vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış ilk mühüm addımdır. AXC-nin ömrü qısa olsa da, məhz bu tarixi addım öz inkişafını XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda dövlət quruculuğunun mərkəzi vəzifələrindən biri oldu. İndi müstəqil Azərbaycan vətəndaş cəmiyyətinin qurulması yolunda davamlı addımlar atır. Nəhayət, Milli Ordu təhlükəsizliyin təmini və özünümüdafiə üçün əsas arqumentdir. Həmin dövrdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birgə ilk tarixi zəfərini qazandı - Bakını işğalçılardan azad etdi! Bununla bütün dünyaya sübut edildi ki, Azərbaycan ordusu dövləti, xalqı, mədəniyyəti, milliliyi qorumaq iqtidarında olan güclü strukturdur. Bu ordu hələ bizlərə çox-çox tarixi zəfərlər gətirəcək. Qarabağdan başlayaraq!
Prezident bu kimi məqamları lakonik və dolğun məzmunda ifadə etməklə dünyaya və cəmiyyətə tarixi mesajlar verib. Prezident İlham Əliyev göstərir ki, Azərbaycan rəhbərliyi müstəqil dövlətçiliyin tarixini çox əziz tutur, ondan ilhamlanır və bu yolu inamla davam etdirir. Ölkə rəhbəri bu yolda vacib hesab edilən başqa məqamları da ifadə edib. Prezident İlham Əliyev nitqində vurğulayıb: “Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər”.
Bu faktlar onu ifadə edir ki, Azərbaycanın müstəqilliyinin təməlində mədəniyyət, təhsil və hüquq əsas yeri tutur. Xalq Cümhuriyyəti məhz bu faktorlar üzərində bərqərar oldu. İndi də müstəqil dövlət quruculuğunda həmin faktorlar aparıcı mövqedədir. Yəni Azərbaycan sivil, mütərəqqi və mədəniyyətə üstünlük verən dövlət və cəmiyyətdir! Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi Cümhuriyyət qurucularının xatirəsini əziz tutur. Bakı şəhərinin mərkəzində Cümhuriyyətin şərəfinə abidə ucaldılıb və keçən il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bütövlükdə ilk demokratik respublikanın qurucularının xatirəsi qəlblərdə əbədi yaşayır.
XXI əsrin çağırışları: varislikdən yeni zirvələrə doğru!
Bunlarla yanaşı, Azərbaycan yerində dayanmır, ancaq tarixi ilə öyünməklə kifayətlənmir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə dəvət olunduqdan sonra Xalq Cümhuriyyətinin qurucularının niyyətlərini böyük ustalıq və qətiyyətlə reallaşdırmağa başladı. Heydər Əliyev faktiki olaraq yeni müstəqil Azərbaycan yaratdı.
Ümummilli Lider Cümhuriyyəti qoruyub saxlamağın müstəqilliyi əldə etməkdən çox çətin olduğunu gözəl bilirdi. Bu səbəbdən XX əsrin əvvəllərində olduğu kimi, səhvlərə yol vermək olmazdı. Həm də XX əsrin 90-cı illərində qlobal geosiyasi mənzərə daha qarışıq və risklərlə dolu idi. Lakin Heydər Əliyevin zəkası, siyasi lider kimi qüdrəti bütün çətinlikləri aşmağa imkan verdi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi hazırda inamla inkişaf edir.
Prezident İlham Əliyev bununla bağlı çox gözəl ifadə edib: “1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır... Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi”.
Təcrübə göstərdi ki, Ulu Öndər Heydər Əliyevin bütün sahələri əhatə edən inkişaf strategiyası son dərəcə səmərəlidir. Bunu mədəniyyətdə, təhsildə, xarici siyasətdə, enerji layihələrinin həyata keçirilməsində, ordu quruculuğunda aydın görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazın lideridir. İndi dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycanın daha geniş geosiyasi məkanda lider rolunu oynamağa layiq olduğundan bəhs edirlər. Bu məqam Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının gedişində də özünü tam təsdiq etdi. Amerika Prezidenti həmin hadisə ilə bağlı Azərbaycan rəhbərinə ünvanladığı məktubda konkret vurğulayıb ki, Azərbaycan yeni liderliyə tam layiqdir.
Sərgi və konfransın açılışında nitq söyləyən Prezident İlham Əliyev də ölkə rəhbərliyinin apardığı enerji siyasətinin bütün əsas məqamlarını dolğun ifadə edib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri faktlarla sübut edib.
Prezident İlham Əliyev nitqində ayrıca vurğulayıb ki, bu uğurlar Azərbaycanın səmərəli beynəlxalq əməkdaşlıq formatları çərçivəsində fəaliyyət göstərməsi ilə sıx bağlıdır. “...Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi”. Bunların fonunda, əlbəttə, enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını dərk etmək çətin deyil.
“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir” tezisini irəli sürən Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə də ardıcıl və uğurlu siyasət apardığını bəyan edib. Fikirlərini inkişaf etdirən Prezident ifadə edib: “Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir”.
Əlbəttə, bütün bunlar çox sevindiricidir və ölkə rəhbərinin söylədiyi bir fikrin reallığı tam əks etdirdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyev vurğulayıb: “Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
Bəli, tam əminik ki, müstəqil Azərbaycanın taleyi bu fikirlərdə dəqiq ifadə edilib!
Newtimes.az

 
  • Oxunub:  4440  |  
  • Tarix:  12-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA