Ana səhifə »  Siyasət »  Uzun illərdir təmin edilən sabitlik Azərbaycanın davamlı inkişafı üçün geniş imkanlar açıb
A+   Yenilə  A-
Uzun illərdir təmin edilən sabitlik Azərbaycanın davamlı inkişafı üçün geniş imkanlar açıb

Prezident İlham Əliyev: Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək
Hazırda dünyada yaşanan gərginliklər fonunda sabitlik hər bir ölkə üçün böyük aktuallıq daşıyır. Bir anlığa dünyanın mənzərəsini göz önündə canlandıraq. Sabitliyi pozulan, qarşıdurmaların yaşandığı dövlətlərdə nə görəcəyik? Dağıntılar, sıradan çıxan infrastruktur, qardaş qanının axıdılması, miqrant axını... Vətəndaş həmrəyliyi, iqtidar-xalq birliyi olmayan ölkələrin tipik mənzərəsi məhz bu kimi acı təəssüf doğuran məqamlarla səciyyələnir. Biz qlobal miqyasda cərəyan edən proseslərdən görürük ki, sabitliyi pozulan dövlətlər inkişafdan geri qalır, insanlar xaosdan, anarxiyadan əziyyət çəkirlər.
Dünyanın ayrı-ayrı regionlarında yaşanan gərginliklərlə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqli bir rakursdan diqqəti çəkir. Belə ki, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Xalqımız öz gələcəyini əmin-amanlıq şəraitində qurur, gələcəyə ümidlə baxır. Möhkəm sabitlik ölkənin perspektiv inkişafı üçün fundamental amil rolunda çıxış edir. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində bu amilə diqqət çəkərək vurğulayıb ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan son 15 ildə sabitlik şəraitində özünün enerji təhlükəsizliyini təmin etmək üçün çox böyük işlər görüb
Son 15 ildə Azərbaycanın davamlı sabitlik şəraitində qazandığı ən böyük nailiyyətlərdən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli maraqları nəzərə almaqla işləyib hazırladığı və əsasını qoyduğu yeni neft strategiyasının uğurla reallaşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində o vaxtkı AXC-”Müsavat” iqtidarının diletant, səriştəsiz idarəçiliyi ucbatından daxili sabitliyi pozulan, anarxiyanın hökm sürdüyü respublikamızda çox böyük problemlər yaşanırdı. İqtisadi tənəzzül, getdikcə artan inflyasiya, kəskin maliyyə çatışmazlığı, insanlarda sabaha inamsızlıq, xaos, Ermənistanın havadarlarının köməyi ilə apardığı işğalçılıq siyasəti - o dövrdə respublikanın mənzərəsini səciyyələndirən bu kimi mənfi amillər hələ kövrək olan müstəqilliyimiz üçün ciddi təhdidlər yaradırdı. Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafının təməlini qoyan “Əsrin müqaviləsi” məhz belə bir şəraitdə - 1994-cü il sentyabrın 20-də imzalandı. Mürəkkəb tarixi şəraitdə iri neft şirkətlərinin Xəzərin Azərbaycan sektorunda əməkdaşlığa cəlb olunması Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti idi.
Beləliklə, Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi istiqamətində geniş fəaliyyətə start verildi. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Ötən dövrdə özünün enerji təhlükəsizliyini yüksək səviyyədə təmin edən respublikamız bu gün Gürcüstan, Türkiyə kimi qonşu dövlətlərin, həmçinin Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verir. Qeyd etmək yerinə düşər ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır.
“Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb. Prezident İlham Əliyev enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən məmnunluğunu bildirərək vurğulayıb: “Enerji təhlükəsizliyi sahəsində görün nə qədər böyük işlər görüldü. Heydər Əliyevin Öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan artıq 13 ildir ki, fəaliyyət göstərir və ölkəmizə gəlir gətirir. Bu gəlir xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına yönəldilir. Bu gün biz daha böyük enerji layihəsini icra edirik və əminəm ki, uğurla başa vuracağıq”.
Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərlə bağlı statistika kifayət qədər zəngindir. 2017-ci ildə respublikamızda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması da tarixi hadisədir. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Bundan başqa, yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək.
Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə böyük həcmlərdə sərmayə qoyuluşu nəzərdə tutulub. Cənub Qaz Dəhlizinin dörd seqmentinin hər biri üzrə işlər nəzərdə tutulan cədvəl üzrə həyata keçirilir. 2018-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı baş tutdu, həmçinin qardaş Türkiyədə TANAP layihəsi istifadəyə verildi. Hazırda yeni enerji dəhlizinin TAP seqmenti üzrə işlər də yekun mərhələyə daxil olub.
Ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində praktiki addımlar atılır
Məlumdur ki, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neft amilindən asılılıq sindromundan yan keçib. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti Azərbaycan iqtisadiyyatının dayanıqlığını şərtləndirir. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır.
Bütövlükdə, son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərinməzmunlu islahatlar kursu ölkəmizin inamlı inkişafını təmin edib. Bunu respublikamızın müxtəlif sahələrdə qazandığı uğurların timsalında aydın şəkildə izləmək mümkündür. Bəhs olunan dövrdə Azərbaycan ümumi daxili məhsul istehsalını 3,3 dəfə artırmaqla dünya üzrə rekord göstəriciyə nail olub. 2004-cü ildən bəri respublikamızda böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda müasir infrastruktur obyektləri istifadəyə verilməsinə baxmayaraq, ölkəmiz özünün strateji valyuta ehtiyatlarını 20 dəfədən çox artırıb. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir.
Əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan mütəmadi qaydada uğurların miqyasını genişləndirmək, inkişafın ardıcıllığını təmin etmək əzmi ortaya qoyur. Təsadüfi deyil ki, respublikamız dünyanın bir sıra ölkələrində çox ciddi fəsadlarla müşayiət olunan qlobal iqtisadi böhranın mənfi təsirlərini uğurla dəf etməyə nail olub. 2019-cu ilin birinci rübünün göstəricilərinə istinadən deyə bilərik ki, hazırda milli iqtisadiyyatımız bütünlüklə inkişafa istiqamətlənib. İlin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalı 3 faiz artıb ki, bu da son illərin ən yaxşı göstəricisidir.
Milli iqtisadiyyatımızda qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi xüsusilə sevindirici haldır. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizi üstələyib. 2019-cu ilin birinci rübündə də respublikamızda qeyri-neft sektorunda yüksək inkişaf dinamikası müşahidə edilib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, ilin əvvəlindən bəri ölkəmizdə sənaye istehsalı 4,4 faiz artıb, bundan daha yaxşı göstərici isə 15,6 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Cari ilin birinci rübündə istifadəyə verilən nəhəng müəssisələr hesabına Azərbaycanın sənaye xəritəsi daha da zənginləşib. 2019-cu ilin yanvarında Sumqayıt Kimya Sənaye Parkının ərazisində işə salınan “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Cari il fevralın 18-də respublikamızın çoxsaylı sənaye müəssisələri sırasına daha bir nəhəng istehsalat əlavə olunub. Belə ki, bəhs olunan tarixdə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Son illərdə ölkədən qeyri-neft məhsullarının ixracının artması da məmnunluq doğurur. Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac 282 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb.
Sərmayə qoyuluşunun artması da qeyri-neft sektoru üzrə inkişaf dinamikasının yüksək olmasından xəbər verir. 2019-cu ilin birinci rübündə ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bunun da 2 milyardı qeyri-neft sektoruna yatırılıb. Bu, bir daha təsdiqləyir ki, həm yerli, həm də xarici investorlar respublikamızda neftdənkənar iqtisadiyyatın təşviqi ilə bağlı reallaşdırılan məqsədyönlü tədbirlərdən bəhrələnməyə çalışırlar.
Respublikamızda qeyri-neft sektorunun inkişafından söhbət açarkən biznes mühitinin daha da optimallaşdırılmasının, sahibkarlara dəstək tədbirlərinin gücləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, yeni şəraitdə ölkədə aparılan islahatlar çərçivəsində sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi həyata keçirilir. Yeni şəraitdə sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. 2004-cü ildən bəri investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.
Paralel şəkildə sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 1 000 000 manatadək artırılıb.
Belə genişmiqyaslı dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayında isə 5,1 dəfə artım müşahidə edilib.
Bütün bunlar ölkəmizdə dövlət başçısının qətiyyətli siyasi iradəsi sayəsində aparılan siyasətin konkret nəticələridir. Prezident İlham Əliyev bəhs olunan dövrdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən də biznes mühitinin optimallaşdırılması istiqamətində respublikamızda böyük işlər görüldüyünü diqqətə çatdıraraq bildirib: “Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görmüşük. Bu gün bu istiqamətdə işlər davam etdirilir. İqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmaq üçün praktiki addımlar atılır. Son 15 il ərzində iqtisadiyyat 3 dəfə artıb, çox gözəl biznes mühiti yaradılıb. Dünya Bankının hesablamalarına görə, biz bu göstərici üzrə dünya miqyasında 25-ci yerdəyik. Yəni, islahatlar aparıldı və ölkə qarşısında duran problemlər həll olunmağa başlandı”.
Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsində yer alması qürurverici haldır
Azərbaycan qısa müstəqillik tarixində dünya kosmos ailəsində təmsil olunan dövlətlərin sırasında yer alıb ki, bu da son dərəcə qürurverici haldır. Ölkəmizdə kosmik sənayenin inkişafı dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamına əsasən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə keyfiyyətcə yeni mərhələyə keçib. Ötən dövrdə ASC respublikamızda kosmik sənayeyə aid milli məhsul istehsalını uğurla təmin edib və fəaliyyət sferasını genişləndirib. 2013-cü il fevralın 8-də “Azerspace-1” peykinin uğurla orbitə çıxarılması müstəqil Azərbaycanın tarixində çox əlamətdar hadisə idi. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.
“Azerspace-1”in orbitə çıxardılmasından cəmi bir il sonra Azərbaycan artıq ikinci peykə malik idi. Belə ki, “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
Ötən il sentyabrın 26-da isə dünyaya hər cəhətdən nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün sayca üçüncü peykini - “Azerspace-2”ni orbitə çıxarıb. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk vasitəsilə regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif olunur. Prezident İlham Əliyev Azərbaycanın kosmik klubun üzvü olmasını tarixi nailiyyət kimi səciyyələndirib. “Azərbaycan kosmik klubun üzvüdür. Bu da böyük nailiyyətdir, tarixi nailiyyətdir”, - deyə dövlət başçısı bildirib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, orbitə çıxardılan peyklər ölkəmizin beynəlxalq əməkdaşlığının dərinləşməsində, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli təhlükəsizliyin, o cümlədən də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük aktuallıq daşıyır. Bu peyklər Azərbaycan telekanallarının dünyaya yayılmasında önəmli rol oynayırlar. İnamla demək mümkündür ki, artıq Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Peyklərin orbitə çıxarılması infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması baxımından da böyük əhəmiyyətə malikdir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6270  |  
  • Tarix:  16-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA