Ana səhifə »  Siyasət »  Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Öz xalqına ləyaqətlə xidmət edib
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə Öz xalqına ləyaqətlə xidmət edib

Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir
Böyük şəxsiyyətlərin ölkələrin, xalqların taleyində oynadığı mühüm rol barədə çoxlu sayda misallar çəkmək mümkündür. Tarixin çətin, keşməkeşli dönəmlərində məhz liderlər önə çıxaraq özlərinin parlaq zəkaları və fədakarlıqları sayəsində təmsil etdikləri xalqı, dövləti gözlənilən təhlükələrdən qoruyublar, yeni inkişaf istiqamətləri müəyyənləşdiriblər. Azərbaycan üçün belə misilsiz tarixi xidmətlər göstərən lider Ulu Öndər Heydər Əliyev olub. Ulu Öndər həyatının mənasını xalqı ilə bir yerdə olmaqda, xalqının arzu və istəklərini həyata keçirmək üçün fədakarlıqlar göstərməkdə görürdü. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Ulu Öndərin tariximizdəki əvəzsiz roluna xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bu barədə fikirlərini ifadə edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi, qətiyyəti və gələcəyə yönəlmiş addımları bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə müəyyən edir. “Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, Ona inanırdı, Ona həmişə dəstək olurdu. O isə Öz həyatını Azərbaycan xalqına həsr etmişdir. Bütün dövrlərdə Heydər Əliyev Öz xalqına ləyaqətlə xidmət etmişdir. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir”, - deyə dövlət başçısı vurğulayıb.
Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaradıb
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji dönəmdə rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratdı. Heydər Əliyev Öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi uzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Əlamətdar haldır ki, Vətənə yüksəksəviyyəli mütəxəssislər kimi dönən həmin gənclər sonradan müstəqil Azərbaycanda milli iqtisadiyyat quruculuğuna özlərinin sanballı töhfələrini verdilər və bu gün də verməkdədirlər.
Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu Öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin çapını daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı.
Deyilənlərdən də göründüyü kimi, Ulu Öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaradıb. Ümummilli Liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkündür. Prezident İlham Əliyev Ulu Öndərin keçmiş sovet hakimiyyəti illərində Azərbaycanın inkişafı naminə gördüyü böyük işləri xatırladaraq vurğulayıb: “Təkcə onu demək kifayətdir ki, sovet dövründə - 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərini və Azərbaycanda əldə edilmiş nəticələri nəzərə alaraq, 1982-ci ildə O, Moskvaya dəvət olundu, yüksək vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə də uğurla çalışırdı, o cümlədən Azərbaycanın inkişafı ilə bağlı verdiyi tapşırıqlar, qəbul etdiyi qərarlar o vaxt da ölkəmizin inkişafına xidmət göstərirdi. Yəni, O, Azərbaycanla daim maraqlanırdı, Azərbaycanda gedən işlərə böyük maraq və dəstək göstərirdi”.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələrək ölkəni parçalanmaqdan xilas etdi
Ulu Öndər Heydər Əliyevin keçdiyi ömür yolunu izlədikdə aydın şəkildə görünür ki, O, ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımları atmaqdan heç vaxt çəkinməyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Hadisələrin birbaşa günahkarları olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə xəbərlərin imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi. Ulu Öndər bu cəsarətli addımı ilə bir tərəfdən imperiya qüvvələrinə meydan oxudu, digər tərəfdən isə Azərbaycan ətrafında informasiya blokadasını yardı, xalqına böyük təsəlli vermiş oldu. Bəhs olunan dövrü xatırlayan Prezident İlham Əliyev “Qanlı Yanvar faciəsindən dərhal sonra Heydər Əliyev Öz səsini ucaltdı, Öz xalqı ilə birlikdə olduğunu bildirdi və yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında çıxış edərək sovet rəhbərliyinin bu qəddar aktını qətiyyətlə pislədi. Mən bunun əyani şahidiyəm”, - deyə vurğulayıb.
Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarlar da Ulu Öndərin milli təəssübkeşliyinin və fədakarlığının növbəti təzahürü idı. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Ulu Öndər Heydər Əliyevin xalq və Vətən qarşısında ən böyük xidmətlərindən biri də Onun 1993-cü ildə yenidən respublikanın siyasi hakimiyyətinə gələrək ölkəni parçalanmaqdan xilas etməsi oldu. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, 1992-ci il mayın 14-də zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Müstəqilliyi hələ çox kövrək olan gənc respublikada hakimiyyəti qamarlamaq istəyən ayrı-ayrı şəxslər və qruplar arasında qızğın nüfuz savaşı başlamışdı. Problemlər getdikcə artırdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran Ümummilli Lider Heydər Əliyevə yönəlmişdi. AXC-”Müsavat” iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də xalqın istəyinə biganə qalmayaraq çiyinlərini çox ağır yükün altına verməkdən çəkinmədi. Heydər Əliyev xalqın və respublikanın ovaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya - xilaskarlıq missiyasına imza atdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin qayıdışı ilə müstəqil Azərbaycanın müstəqil həyatı başladı: “Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək Onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi Onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı”.
Ulu Öndər Heydər Əliyev Özünəxas uzaqgörənliklə qısa müddətdə hadisələri normal axarına istiqamətləndirməyə, ölkəni parçalanmaqdan xilas etməyə, cəmiyyətin potensialını inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə yönəltməyə nail oldu. “1993-cü il dönüş nöqtəsi oldu. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar icra edilməyə başlandı”, - deyə Prezident İlham Əliyev bildirib.
“Əsrin müqaviləsi”nin imzalanması sonrakı illərdə ölkənin inkişafı üçün geniş imkanlar açdı
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Onun böyük səyləri hesabına cəmiyyətdə bərqərar edilən sabitlik ölkənin bütün potensialını ümumi məqsədlər naminə səfərbər etməyə imkan verdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Heydər Əliyevə AXC-”Müsavat” iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu Öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.
Ən vacib məqamlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan sənəd imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin kontraktı” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Prezident İlham Əliyev bəhs olunan müqavilənin imzalanmasının önəminə diqqət çəkərək vurğulayıb: “Əsrin kontraktı”nın imzalanması, əlbəttə ki, tarixi hadisədir. 1994-cü ilin sentyabrında bu kontraktın imzalanması bu gün müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin etmişdir”.
“Əsrin müqaviləsi”nin imzalanması sonrakı illərdə ölkənin inkişafı üçün geniş imkanlar açdı. Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
Azərbaycan müstəqilliyini bərpa etsə də, iqtisadiyyatda keçmiş sovet dönəmindən miras qalan yanaşmalar tətbiq edilirdi. Stereotipləri aradan qaldırmadan yeni dövrün iqtisadiyyatını da qurmaq mümkün deyildi. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev qəti şəkildə belə müəyyənləşdirdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberalizm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı.
Ulu Öndərin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosial yönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin edib. İlk növbədə onu vurğulayaq ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapıb. Ulu Öndər milli iqtisadiyyatın inkişafına mane olan bürokratik əngəllərin və o cümlədən də sahibkarlıq subyektlərində yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb.
Ümummilli Lider Heydər Əliyevin aqrar sektorda apardığı islahatlar da həm iqtisadi əhəmiyyət daşıyır, həm də böyük sosial önəm kəsb edirdi. Ulu Öndər Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə aqrar sektora, necə deyərlər, yeni nəfəs verdi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixində imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına başlanıldı. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında dönüş yaratdı. Bu amil torpaqlardan daha səmərəli şəkildə istifadə edilməsini şərtləndirdi ki, bu da son nəticədə ölkəmizdə ərzaq məhsulları istehsalının artması ilə nəticələndi.
Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdirilməsi Azərbaycanın inkişafının təməlində dayanan əsas amillərdən biridir
Azərbaycan üçün səciyyəvi haldır ki, xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq, həmişəyaşar ideyalarına sonsuz inam nümayiş etdirir. Müdrik xalqımızın qənaəti belədir ki, müstəqil respublikamızın işıqlı gələcəyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin ardıcıllığının təmin edilməsi ilə bağlıdır. Burada da xalqın istəyi ilə Prezident İlham Əliyevin iradəsi üst-üstə düşür. Azərbaycanın dövlət başçısı son 15 ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi yolun yeganə düzgün yol olduğuna diqqət çəkərək vurğulayıb: “2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi”.
Son 15 ildə Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi əsasında uğurla davam etdirilməsi Azərbaycanın inkişafının təməlində dayanan əsas amil qismində çıxış edib. Müstəqil respublikamız Ulu Öndərin yolu ilə gedərək son 15 ildə inamlı inkişafa nail olub. Bu gün Azərbaycan dünyada milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Ölkəmizin hər cəhətdən nümunəvi olan inkişaf modeli, getdikcə artan müsbət reallıqları qlobal miqyasda yüksək dəyərləndirilir və öyrənilir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7260  |  
  • Tarix:  15-05-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6