Ana səhifə »  Siyasət »  Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
A+   Yenilə  A-
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

Prezident İlham Əliyev: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qısa müstəqillik tarixində müstəqil Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir ki, respublikamızla sıx əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə ötən il xarici ölkələrə 16 səfər edib, eyni zamanda, 16 dövlət və hökumət başçısı respublikamıza səfərə gəlib. Ölkəmiz həmçinin nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən məkana çevrilib ki, bu da qlobal səviyyədə Azərbaycana etimadın artmasının daha bir təzahürüdür. Bütün bunlar respublikamızın kifayət qədər aktiv xarici siyasət apardığını təsdiqləyir. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu amilə xüsusi diqqət çəkib. “Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətində daim xoş məram nümayiş etdirməsi ölkəmizin öz qonşularına münasibətində də qabarıq şəkildə nəzərə çarpır. Respublikamız Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun inkişaf və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. Son vaxtlarda ölkəmizin təşəbbüsü ilə yaradılan və region dövlətlərini bir araya gətirən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərir. Bütövlükdə, respublikamız Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin qonşu dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Bu görüşlərdə regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə edilərək ümumi mənafeyə, qarşılıqlı maraqların təmin olunmasına hesablanan qərarlar qəbul edilir. Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirərək “Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır”, - deyə vurğulayıb.
Qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Bütövlükdə, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2019-cu ilin fevral ayında Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilinin region dövlətləri arasında ilk xarici səfərini məhz Azərbaycana etməsi deyilənləri bir daha təsdiqləyir.
İki qonşu və qardaş ölkənin - Türkiyə və Azərbaycanın münasibətləri bütün dünyaya örnəkdir. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Ötən il TANAP-ın istifadəyə verilməsi, həmçinin SOCAR-ın qardaş ölkədə investisiya qoyuluşu hesabına ərsəyə gətirdiyi “Star” neft emalı zavodunun işə salınması dövlətlərimiz arasında ənənəvi qardaşlıq münasibətlərinin bu gün də zirvədə olduğunu təsdiqləyir.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Təkcə son bir ildə Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlər müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında iqtisadi əlaqələr də durmadan genişlənir. Azərbaycanla İran müştərək iqtisadi layihələr həyata keçirir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirlər.
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Bura həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir
Respublikamız beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan söhbət açarkən ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin getdikcə daha da möhkəmlənməsini xüsusi qeyd edə bilərik. Sevindirici haldır ki, Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Deyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər.
Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Təkcə son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı Avropa ölkələrinə səfərləri böyük uğurla keçib. Eyni zamanda, Avropanın bir sıra nüfuzlu dövlətlərinin dövlət və hökumət başçıları da respublikamıza səfərlərə gəliblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Avropa İttifaqı məkanı üçün önəmi və qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr yüksək dəyərləndirilib.
İƏT, Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək nümayiş etdirirlər
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunan dövlətlər də Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndirirlər. İndiyədək İƏT ədalətli mövqedən çıxış edərək respublikamızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul edib. Prezident İlham Əliyev respublikamızın İslam ölkələri ilə əlaqələrinin inkişaf etməsindən məmnunluğunu bildirərək deyib: “Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Müstəqil Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına da davamlı töhfələr verir. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər sırasında 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının önəmini də xüsusi qeyd etmək lazımdır. Respublikamız cari ildə Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək. Eyni zamanda, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçəcək.
Belə bir məqamı vurğulamaq yerinə düşər ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli yanaşma Qoşulmama Hərəkatının fundamental prinsipləri ilə üst-üstə düşür. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün qəti mövqeyini Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən konfransında bir daha nəzərə çatdırıb. Respublikamızın bu məsələdə mövqeyi birmənalıdır - Ermənistan ordusunun işğal etdiyi ərazilər BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin tələblərinə uyğun olaraq qeyd-şərtsiz geri qaytarılmalıdır, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Deyilənlər baxımından Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda qəbul olunan Bakı Bəyannaməsi də böyük aktuallıq daşıyır. Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə çağırış yer alıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7260  |  
  • Tarix:  26-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA