Ana səhifə »  Siyasət »  Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub
A+   Yenilə  A-
Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyəni təmsil edən rəsmi şəxslər, deputatlar, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, qardaş ölkə ictimaiyyətinin nüfuzlu simaları, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar təqdimatda iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışıb. Səfir əminliklə qeyd edib ki, bu kitablar qardaş Türkiyədə geniş oxucu kütləsi tərəfindən seviləcək.
Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin ucalığı, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyası, həyata keçirdiyi layihələrin təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avrasiyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafına və xalqların rifahına göstərdiyi təsir barədə ətraflı məlumat verən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, təqdim olunan üçcildlik Ulu Öndərimizin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. Kitablarda əksini tapan faktların, arxiv sənədlərinin rəvan yazı üslubunda qələmə alınmasının nəşrlərə böyük dəyər gətirdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Oxuculara təqdim olunan kitabların ən böyük dəyəri ondadır ki, əsərlər tarixi xilaskarlıq missiyası ilə xalqın əbədi məhəbbətini qazanan Heydər Əliyev şəxsiyyətini tərənnüm edir. Digər qiymətli amil isə budur ki, bu kitablar məhz yüksək intellekti və dünyagörüşü olan tanınmış yazıçı Elmira Axundova tərəfindən qələmə alınıb”.
Əli Həsənov bildirib ki, Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir. Ulu Öndərin söylədiyi “Biz bir millət, iki dövlətik” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur. Təqdim olunan əsərlərin xarici dillərə tərcüməsi tarixi əhəmiyyət daşıyır. Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər də qardaş ölkədə sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər.
Çıxışında Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasından və iki dost ölkənin inkişafında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyətinin ucalığından danışan Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kıran vurğulayıb ki, Ulu Öndərin qurduğu dövlət Azərbaycan xalqına əmanətdir. Bu əmanətin qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Xalq yazıçısı Elmira Axundovanı təqdim olunan əsərlər münasibətilə təbrik edən nazir müavini əminliklə vurğulayıb ki, təqdim olunan kitablar Türkiyədə böyük oxucu rəğbəti qazanacaq.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda əldə olunan tarixi nailiyyətlərdən bəhs edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov vurğulayıb ki, ölkəmiz müstəqilliyinin ilk illərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyev xalqın birliyinə arxalanaraq ölkəmizi xilas edib, dövlətimizin gələcək inkişafını təmin edib. Elmira Axundova gərgin bir zəhmət hesabına ərsəyə gətirdiyi əsərləri ilə Ulu Öndərimizin şərəfli ömür yoluna işıq salır.
Heydər Əliyevin yüksək insani keyfiyyətlərindən, Öz xalqı qarşısında gördüyü nəhəng işlərdən danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım böyük şairimiz Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsini sovet dönəmində həyata keçirilməsi çox çətin olan bir iş kimi dəyərləndirib. Ulu Öndərimizlə bağlı xoş xatirələrini danışan Şamil Ayrım Heydər Əliyevin Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk qədər vətənpərvər və cəsarətli bir şəxsiyyət olduğunu bildirib. Azərbaycanın qısa zamanda bütün sahələrdə inkişaf etdiyini, böyük kadr potensialı yaratdığını vurğulayan deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər kəsi fəal olmağa çağırıb. O, Türkiyəyə qarşı saxta “erməni soyqırımı” iddialarını kəskin şəkildə qınayıb. Əminliklə ifadə edib ki, təqdim olunan əsərlər Türkiyədə kitabsevərlər tərəfindən rəğbətlə qarşılanacaq.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyət kəsb edən nəhəng layihələrini tarixi missiya kimi dəyərləndirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar təqdim olunan əsərlərin böyük zəhmət və sevgi ilə ərsəyə gətirildiyini qeyd edib. O deyib ki, kitablar tarixin əsl daşıyıcısıdır. Bu əsərlər müasir Azərbaycan tarixinin Heydər Əliyev dövrünü tərənnüm edir.
Əsərlərinin yüksək səviyyədə təqdimatına görə, təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edən Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib. “Əsərin iki qəhrəmanı var: Heydər Əliyev və zaman” fikri ilə oxucuların alqışlarını qazanan yazıçı çıxışını bu sözlərlə tamamlayıb: “Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenov deyib ki, bu kitabları yazdıran məhəbbətdir. Mən həqiqətən də qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizin qəlbinizdə də böyük Heydər Əliyevə eyni duyğular kök salsın”.
Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat Ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindəki, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb. Böyük zəhmətlə ərsəyə gələn əsər Azərbaycanda və onun hüdudlarından kənarda oxucular arasında geniş əks-səda doğurub. Roman-tədqiqat yüksək peşəkar səviyyədə yazılıb və Azərbaycan xalqının dahi oğlunun həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.
Üçcildlik “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunub. Əsərləri türk dilinə Azad Ağaoğlu tərcümə edib.
Sonda yazıçı Elmira Axundova kitablarını öz imzası ilə tədbir iştirakçılarına təqdim edib.

 
  • Oxunub:  8670  |  
  • Tarix:  17-04-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6