Ana səhifə »  Siyasət »  Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur
A+   Yenilə  A-
Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur

YAP-ın təşkilatçılığı ilə Ağcabədidə Prezident İlham Əliyevin məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi islahatlara həsr olunmuş müşavirə keçirilib

 

Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, dövlətçiliyimiz daha da güclənəcək

 

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkünlərin və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda müşavirə keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun, Milli Məclisin bir qrup deputatının, Yeni Azərbaycan Partiyasının Mingəçevir, Yevlax, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Laçın, Goranboy və Xocalı rayon təşkilatlarının fəallarının, eləcə də Ağcabədi rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilib, abidə önünə gül dəstəsi qoylub.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, rayon ərazisində ümumilikdə 5999 məcburi köçkün ailəsi məskunlaşıb. Onun sözlərinə görə, rayon ərazisində məcburi köçkünlər üçün iki şəhərcik salınıb.
Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Bildirib ki, bir il əvvəl Azərbaycan xalqı öz seçimini edərək Prezident İlham Əliyevi 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçib. Xalq tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi vətəndaşların Ulu Öndər Heydər Əliyevin siyasətinə hörmətinin, inamının ifadəsi, həmçinin Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir: “Sözün həqiqi mənasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmizin iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında ciddi, əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin siması dəyişib, insanların rifahı yaxşılaşıb. Azərbaycan xeyli dərəcədə müasirləşərək, dünyanın uğurlu dövləti kimi qiymətləndirilir”.
Baş nazirin müavini bildirib ki, əldə olunan nailiyyətlər, uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləmələrinə imkan verir: “Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə İlham Əliyevə səs veriblər. Bu, doğru seçimdir. Bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər əldə ediləcək”.
Əli Əhmədov vurğulayıb ki, bundan əvvəlki illər ərzində, xüsusilə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət ərzində ölkəmizdə baş verən dəyişikliklər elə möhkəm, etibarlı bünövrə yaradıb ki, bu bünövrənin əsasında bütün sferalarda böyük islahatlar aparmaq mümkün olacaq. Əli Əhmədov əmin olduğunu bildirib ki, Azərbaycanın 2018-2025-ci illər ərzində də böyük inkişaf mərhələsi keçdiyinin şahidi olacağıq: “Bir neçə ildən sonra biz bu hesabatı Azərbaycan xalqı qarşısında verərək, insanlarımızın göstərdiyi etimadın doğrulduğunu onlara bəyan etmiş olacağıq”.
YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycan, sözün əsl mənasında, böyük inkişaf mərhələsi yaşayır: “Bu, bir çox səbəb və amillərlə bağlıdır. Birincisi, birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi, Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Yeri gəlmişkən onu da bildirim ki, 2019-cu ildə Azərbaycanda Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, 1969-cu ilə qədər Azərbaycan, sözün əsl mənasında, bütün parametrlərə görə ən geridə qalan respublikalardan biri idi”.
Baş nazirin müavini deyib ki, Ümummilli Lider hakimiyyətə gəldikdən sonra Azərbaycan iqtisadiyyatında, sosial həyatında, sənayedə, kənd təsərrüfatında, o cümlədən mədəniyyətdə böyük dəyişikliklər baş verdi: “Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sovetlər birliyində ən geridə qalmış respublikadan ən inkişaf edən respublikaya çevrildi. Azərbaycanın Heydər Əliyevin gəlişi ilə böyük intibah mərhələsi başladı. Bu mərhələ müxtəlif dövrlərə keçərək bu günə qədər davam edir. Ən başlıcası ondan ibarətdir ki, bu illər Azərbaycan üçün həmişə uğurlu, faydalı olub. Ölkəmizin həyatında bütün dəyişikliklər bu illərdən sonra baş verib. İnsanlarımızın həyatında baş verən dəyişikliklər də bu illərlə əlaqədardır. Ayrı-ayrı dövrlərdə insanlarımızın rifahı yaxşılaşıb, bu gün, sözün əsl mənasında, Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan respublikalardan birinə çevrilib”.
Azərbaycan hökuməti qarşısında duran vəzifələrdən söz açan Əli Əhmədov bildirib ki, bu vəzifələrdən ən vacibi sosial siyasətin uğurla həyata keçirilməsidir: “Ümumiyyətlə, dövlətin həyata keçirdiyi ən başlıca iki siyasət var ki, birincisi dövlətin, insanların təhlükəsizliyi, ikincisi isə insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi. İnsanın həyatından, yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki bu, insanların yaşaması üçün ən vacib şərtlərdən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib”.
Baş nazirin müavini deyib ki, qarşıya qoyulan ikinci vəzifə olan vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində də böyük işlər uzun müddət ərzində həyata keçirilib: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ayrı-ayrı dövrlərdə bu vəzifəyə xidmət edən müxtəlif işlər həyata keçirilib. 1993-cü ildə Azərbaycanda sabitlik pozulmuşdu, əmin-amanlıq yox idi, insanlar çörək növbələrində dayanırdılar. O zaman dövlətin qarşısında duran əsas vəzifə ilk növbədə əmin-amanlığın təmin edilməsi, dinclik, rahatlığın yaradılması, ikincisi isə insanların hiss etdiyi, ağırlığının altında əzildiyi sıxıntılardan, çörəklə imtahana çəkilməkdən azad olmaq idi. Heydər Əliyev bu vəzifəni 1990-cı illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra yerinə yetirdi və daha sonra digər vacib vəzifələrin həyata keçirilməsi zəruri şərt kimi qarşıda dayandı ki, bu da iqtisadi, siyasi islahatlarla bağlı idi. Bütün bunların nəticəsində insanların rifah halının daha da yaxşılaşdırılması üçün zəmin hazırlanmalı idi. İqtisadiyyatda yüksəlişi təmin etmədən, hökumətin həyata keçirməli olduğu sosial siyasətin reallaşması üçün resurslar yaradılmadan, niyyətin nə qədər çox, arzun nə qədər böyük olsa da, sosial siyasətin həyata keçirilməsi, sadəcə olaraq, mümkün ola bilməzdi. Buna görə də Azərbaycan hökumətinin seçdiyi yolun mahiyyəti insanların rifah halının yaxşılaşdırılması üçün daha layiqli sosial siyasət həyata keçirməyə xidmət edən iqtisadi, maliyyə zəmini yaratmaqdan ibarətdir. Bu baxımdan Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, daha sonra Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən iqtisadi islahatlar məhz bu məqsədlərə xidmət edir. İqtisadiyyatı gücləndirmək güclənən iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək insanlarımızın rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Hesab edirəm ki, iqtisadi islahatlar həyata keçirməklə sosial siyasətdə uğurlara imza atılıb”.
“Eyni zamanda, minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması da məhz əldə olunan maddi bazanın sayəsində atılan addımdır. Bu, eyni zamanda, insanların rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən atılan cəsarətli bir addımdır. Müavinətlərin, minimum əməkhaqlarının, pensiyaların bir dəfəyə 40 faizədək artırılması böyük maliyyə vəsaiti tələb edən cəsarətli addımdır. Azərbaycan hökuməti, birincisi, insanların rifahının yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atmağa hazırdır, bu, hökumətin həyata keçirdiyi siyasətin əsas vəzifələrindən biridir. İkincisi isə, bu cəsarətli addımı atmaq üçün etibarlı baza yaradılıb. Sərəncamların sayı həddindən artıq çoxdur. Çox müxtəlif təbəqələrin həyatının yaxşılaşdırılmasına əsas yaradan sərəncamlar imzalandı, addımlar atıldı. 600 minə yaxın insan təkcə minimum əməkhaqlarının artırılması istiqamətində atılan addımdan bəhrələnmiş oldu. Bunu eynilə minimum əmək pensiyası alanlara da şamil etmək olar. Minimum əməkhaqlarının 180 manata qaldırılması o deməkdir ki, ölkəmizdə bundan az əməkhaqqı alan olmayacaq, bunun nəticəsində həyatı yaxşılaşan insanlar daha da çoxalacaq. Bu, eyni zamanda digər səviyyələrdə əməkhaqqı alanların maaşlarının artırılmasına səbəb olacaq. Əlillərin, müxtəlif səbəblərlə əlaqədar əlillik pensiyası alanların, Qarabağ müharibəsi əlillərinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlərin də 50 faiz artırılması bu kateqoriyadan olan dövlət yardımları hesab oluna bilər. Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyət insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılmasıdır. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə, birbaşa təşəbbüsü nəticəsində genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir”, - deyə Əli Əhmədov əlavə edib.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər ölkəmizdə bu sahənin inkişafı üçün ciddi əsaslar yaratmaqla yanaşı, eyni zamanda, kənd yerlərində yaşayan insanların həyatında da çox mühüm dəyişikliklərə səbəb olub: “Dövlətin dəstəyi ilə özünüməşğulluq proqramı həyata keçirilir ki, bu da aztəminatlı ailələrin işlə təmin olunmasına, həyat səviyyələrinin yüksəldilməsinə hesablanıb. Bütövlükdə Azərbaycanda son 15 ildə insanların işlə təmin olunması istiqamətində əhəmiyyətli addımlar atılıb. İki milyona yaxın yeni iş yerinin yaradılması Azərbaycan Prezidentinin atdığı ən ciddi sosial addımdır. İnsanların həyatının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Dövlətimizin başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan davamlı islahatlar, ilk növbədə, vətəndaşların maraqlarına, onların rifahının yaxşılaşmasına xidmət edir”.
YAP-ın Sədr müavini vurğulayıb ki, Azərbaycanda hansı işlər həyata keçirilirsə, nə edilirsə, bütün bunların hamısı yalnız insanların rifahının yüksəldilməsi, onların daha rahat yaşayışının təmin edilməsi ilə əlaqədardır. Eyni zamanda, kommunal layihələrin, işıq, qaz, su təchizatlarının yaxşılaşdırılması insanların məişət şəraitinin və yaşayışının rahatlaşdırılmasına xidmət edir: “Bu gün Azərbaycanda işıqla bağlı problem yoxdur. Qazla bağlı problemlər, demək olar ki, həll olunmaq üzrədir. Əhalinin içməli su ilə təmin edilməsi ilə əlaqədar böyük layihələr həyata keçirilir. Beləliklə nə edilirsə, bu yalnız insanların rifahının yaxşılaşdırılması ilə birbaşa əlaqədar, bu vəzifələrin həyata keçirilməsi üçün əsasların, fundamentin yaradılması ilə bağlıdır”.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda həyata keçirilən sosial siyasətin çox vacib istiqamətlərdən biri də məcburi köçkünlərin rifahının, yaşayışının yaxşılaşdırılması ilə əlaqədardır: “Təəssüf ki, vətəndaşlarımız erməni təcavüzü nəticəsində yurd-yuvalarını tərk etməyə, məcburi köçkün həyatını yaşamağa məhkum olunublar. Bu, Azərbaycan üçün ağır problemdir. Erməni təcavüzü nəticəsində 1 milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətində yaşamaqdadır. Azərbaycan dövlətinin, hökumətinin qarşısında duran ən əsas vəzifələrdən biri məcburi köçkünlərin sosial problemlərinin həll edilməsini təmin etməkdir. Vaxtilə məcburi köçkünlər çadırlarda, vaqonlarda yaşayırdılar. Lakin 2003-cü ildə cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycanda çadır şəhərciklərinin aradan qaldırılması vəzifəsini irəli sürdü. Demək olar ki, qısa müddətdə Azərbaycanda çadır şəhərcikləri ləğv edildi. Prezidentin həyata keçirdiyi layihələr nəticəsində ağır vəziyyətdə yaşayan məcburi köçkünlər müasir mənzillərə köçürüldülər. Məcburi köçkünlərin həyatında ciddi dəyişikliklərin baş verməsi mərhələsi başladı. İndinin özündə də bu siyasət davam etməkdədir. Artıq məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb. Bu şəhərciklərdə onların rahat yaşaması üçün bütün imkanlar təmin edilib, məktəblər, bağçalar, lazımi infrastruktur yaradılıb. Onların işlə təmin olunması üçün də işlər görülür. Təbii, işlər bununla bitmir, bundan sonra da lazım olan işlər həyata keçiriləcək. Bildiyiniz kimi, bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakının Kürdəxanı qəsəbəsində böyük şəhərcik istifadəyə verildi. Xeyli sayda məcburi köçkün yeni yaşayış massivinə köçəcək, müasir mənzillərlə təmin ediləcək. Bundan sonra da digər yerlərdə şəhərciklər salınacaq, mənzillər tikiləcək. Sonuncu məcburi köçkün evlə təmin olunanadək bu siyasət həyata keçiriləcək. Bizim hədəfimiz, qarşımızda duran əsas vəzifə məcburi köçkünləri öz yurd-yuvalarına qayıtmasını təmin etməkdir. Amma bu vəzifə öz həllini tapana qədər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunana qədər insanlarımızın layiqli yaşayışının təmin edilməsi üçün tədbirlər həyata keçiriləcək”.
Qeyd olunub ki, illərlə məcburi köçkünlərin yaşayış evlərinin tikilməsi üçün 300 milyon manatdan çox vəsait ayrılıb: “Həyata keçirilən siyasətin ən vacib məqamlarından biri ondan ibarətdir ki, tikilən mənzillər ən çox ehtiyacı olan ailələr üçün nəzərdə tutulsun. Bu gün ən ağır şəraitdə yaşayan ailələr tikilən binalara köçürüləcək. Hesab edirəm ki, bu, ən ədalətli, düzgün yanaşmadır. Hesab edirəm ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti bütün vətəndaşlarımız, məcburi köçkünlərimiz lazımınca qiymətləndirib, dəyərləndirirlər. Etiraf edək ki, məcburi köçkünlər üçün istifadə olunan vəsait Azərbaycan vətəndaşlarının hər birinin əməyinin sayəsində əldə olunan vəsaitlərdir. Azərbaycan vətəndaşı bu məsələdə dövlətimizlə həmrəy olduğunu göstərmiş olur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün xas olan milli birlik, həmrəylik burada özünü göstərir. Bütün vətəndaşlarımız öz səylərini bir yerə cəmləyərək, ağır duruma düşən vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün səylərini göstərir, bu siyasətin uğurla yerinə yetirilməsinə dəstəklərini ifadə edirlər. Məcburi köçkünlərimiz də Prezidentin bu istiqamətdə həyata keçirdiyi işləri yüksək qiymətləndirirlər. Bu, bizi sevindirir. Azərbaycan cəmiyyəti üçün xas olan birlik, həmrəylik bütün formalarda, sahələrdə özünü göstərməkdədir. Bu, Azərbaycanda xalq-iqtidar birliyini birmənalı şəkildə təsdiq etmiş olur. Bu birlik olmasaydı, Azərbaycanda əldə olunan bu nailiyyətlər, uğur, irəliləyiş bu səviyyədə mümkün ola bilməzdi, ölkəmizin inkişafı intensivlik səviyyəsinə yüksəlməzdi. Qarşımızda duran əsas vəzifə bu siyasəti dəstəkləmək, bu siyasətin uğur qazanmasına töhfə verməkdir. Yeni Azərbaycan Partiyası da dövlət başçısının həyata keçirdiyi siyasətdə yaxından iştirak edən böyük bir zümrədir, partiya sıralarında 740 minə yaxın vətəndaş birləşib. Hesab edirəm ki, Prezident İlham Əliyevin əldə etdiyi uğurların qazanılmasında Azərbaycanın bütün vətəndaşları ilə birlikdə, YAP üzvlərinin böyük fədakarlığı, əməyi olub. Bu gün partiya olaraq qarşımızda duran əsas vəzifə həyata keçirilən siyasəti dəstəkləmək, onun uğur qazanmasına töhfə vermək, fədakarlıqlar göstərməkdir. İdeoloji sferada da YAP üzvlərinin üzərinə böyük məsuliyyət düşür”.
Əli Əhmədov onu da qeyd edib ki, Azərbaycana qara yaxmaq istəyən, ölkəmizin uğurlarını gözü götürməyən və müxtəlif formalarda təxribatlar etməklə bu uğurların üzərinə qara yaxmağa çalışan qüvvələr var: “Onlar həm ölkədə, həm də ölkədən kənarda var. Bu siyasətimizin mahiyyətini, uğurlarını təhrif etmək istəyən və müxtəlif yalan informasiyaları yaymaqla əldə olunan nailiyyətlərin həcmini azaltmağa çalışan qüvvələrə YAP-ın hər bir üzvü qətiyyətlə cavab verməlidir. Bu işlər televiziya, digər kütləvi informasiya vasitələrində, internet üzərindən müxtəlif sosial şəbəkələr vasitəsilə aparıla bilər. Sosial şəbəkələr artıq həyatımıza ciddi şəkildə daxil olub. Onlardan qaçmaq, onsuz yaşamaq mümkün deyil. Biz sosial şəbəkələrdə fəallıq göstərməklə bu yalanların ifşa olunmasına çalışmalıyıq. YAP-ın üzərinə düşən vəzifə həyata keçirmək istədiyimiz nailiyyətləri təhrif edənlərə layiqli cavab verməkdir. Biz imkan verməməliyik ki, böhtançılar, yalançılar, xainlər haqq işimizin üzərinə kölgə salsınlar. Bəzi dairələr Prezidentin həyata keçirdiyi böyük sosial layihələri öz adlarına çıxaraq əldə olunan uğurları onların keçirdikləri mitinqlərlə əlaqələndirir, səfeh fərziyyələr irəli sürürlər. Bayaq söylədiyim kimi, sosial siyasətin həyata keçirilməsi üçün əvvəlcədən baza yaradılmalıdır. Bu, digər sahələrdə olan siyasətdən fərqli olaraq böyük, əsasən də geri qayıtmayan vəsaitlər tələb edir. İnsanlara verilən maaşlar, müavinətlər, güzəştlərin tətbiqi üçün böyük vəsait olmalıdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin çox mühüm xüsusiyyətlərindən biri odur ki, O vəd vermir, həyata keçirir. Biz verdiyimiz vədləri real işə çevirməyi bacarırıq. Bu, daha səmimi və insanlara xidmət edən siyasətdir. Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində yaranan imkanlardan son dövrlərdə həyata keçirilən layihələrdə istifadə olunub. Bunu təhrif etmək istəyənlər xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq istəyirlər. İnsanların qəlbinə şübhə toxumu səpməklə, Azərbaycana problem yaratmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışırlar. YAP olaraq bizim əsas məqsədimiz onların yalanlarını ifşa etməkdir. Beləliklə, YAP öz üzərinə düşən missiyanı uğurla həyata keçirə bilər. Bu missiyanı yerinə yetirmək üçün partiyamızın hər bir üzvü insanlar arasında daha fəal olmalı, insanlar arasında ciddi iş aparmalıdır. Biz Azərbaycanın maraqlarının əleyhinə çalışan insanların ölkəmiz haqqında həm xaricdə mənfi təəssüratlar yaratmaq, həm də xalq-iqtidar birliyinə zərbə vurmaq istəyinə mane olmalıyıq. İnanıram ki, o qruplaşmalar heç bir uğur qazanmayacaq. Xalqın rəyini dəyişdirmək mümkün olmayacaq. Çünki həyatımızda baş verən dəyişikliklər o qədər böyükdür ki, bunu yalanlarla, böhtanlarla insanların qəlbindən çıxarmaq mümkün deyil”.
Tədbirdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Tahir Rzayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov mövzu ilə bağlı çıxış ediblər.

 
  • Oxunub:  3960  |  
  • Tarix:  12-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6