Ana səhifə »  Siyasət »  Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib
A+   Yenilə  A-
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

Millət vəkilləri hesabatı qəbul ediblər
Martın 15-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Əvvəlcə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında həyata keçirilən dinamik dəyişikliklər bu gün Milli Məclisə təqdim edilən hesabatda dəqiq və dolğun ifadəsini tapıb.
Spiker bildirib ki, 2018-ci il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Onun sözlərinə görə, dövlətimizin başçısının qeyd etdiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub və bu islahatların nəticələrini indi hər kəs görür: “Həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə iqtisadiyyatımızın dayanıqlığı təmin olunub, iqtisadiyyatın inkişafına yeni təkan verilməsi üçün möhkəm əsaslar yaranıb. Onu da qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi məhz əvvəlki illərdə, xüsusən 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsində mümkün olub”.
“Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Dünya Bankının “Doing Business-2019” hesabatında biznes mühitinin əlverişliliyinə görə ölkəmiz əvvəlki illərlə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib. Ölkəmizin kredit reytinqinə görə də mövqeyi xeyli möhkəmlənib. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”, - deyə parlamentin sədri bildirib.
O.Əsədov deyib ki, 2018-ci il dövlətimizin müasir tarixində xüsusi yerə layiq olan bir sıra layihələrlə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, ilin sonuna 45 milyard dollara bərabər olub. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldonun yaranması olub.
Diqqətə çatdırılıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. “Hesab edirəm ki, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”, - deyə O.Əsədov vurğulayıb.
Sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. N.Məmmədov bildirib ki, 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub: “Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilib. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçib. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdiriblər. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib”.
Hesabatda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb: “Hesabat ilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir. Ötən ilin may ayında Azərbaycan Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdi. Bunun ardınca Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasimi özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının növbəti parlaq nümayişi oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar 2018-ci ilin avqustunda uğurla yekunlaşdı və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalandı”.
Baş nazir deyib ki, ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 1,8 faiz olub, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artıb. Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb və sevindirici haldır ki, bu vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib.
2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olduğu halda, əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Ölkənin valyuta ehtiyatları 3 milyard ABŞ dolları artaraq, 45 milyard dollar olub. Xarici borcun 3 faizə yaxın azaldılaraq 19 faizə endirilməsi isə ölkə iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.
Hesabatda qeyd edilir ki, 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılıb. Silahlı Qüvvələrin ən yeni hərbi texnika, o cümlədən yüksək dəqiqliyə malik uzaqmənzilli “Polonez” və “Lora” raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundan müdafiə vasitələri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə qurğuları və digər hərbi texnika ilə təchiz edilməsi diqqət mərkəzində olub.
Ölkənin Silahlı Qüvvələrinin arsenalında olan hərbi texnikanın və döyüş vasitələrinin Bakı şəhərində keçirilmiş iki möhtəşəm hərbi paradda nümayiş etdirilməsi yuxarıda deyilənlərə əyani sübutdur. 2018-ci ildə ölkənin müdafiə sənayesi müəssisələrində 1200 adda ümumi məbləği 250 milyon manata yaxın olan məhsul istehsal edilərək, sifarişçilərə təhvil verilib, müəssisələrin ixrac imkanları artırılaraq, təxminən 120 milyon manat dəyərində hərbi təyinatlı məhsul ixrac olunub.
Hesabat ilində ümumilikdə müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 526,8 milyon manat artırılaraq, 3,3 milyard manat təşkil edib. Eyni zamanda, Silahlı Qüvvələrə yardım Fonduna il ərzində cəmiyyətin müxtəlif təbəqələri tərəfindən 8,4 milyon manat məbləğində ianələr daxil olub və orada toplanan vəsaitin ümumi məbləği 96,8 milyon manata çatıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bidirib ki, ölkəmiz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu inkişaf vətəndaşların rifahının yüksəlməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz gücünü artırır. Komitə sədri həmçinin regionlarda yerli fermerlərə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib. Nazirlər Kabinetinin illik hesabatını müsbət qiymətləndirən A.Rəhimzadə həmçinin bir sıra təkliflərlə çıxış edib.
“2018-ci il Azərbaycan xalqının taleyində əlamətdar il olub. Xalqımız ötən il keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev yoluna səs verərək Prezident İlham Əliyevə növbəti dəfə yüksək etimad göstərdi”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxışı zamanı deyib. S.Novruzov bildirib ki, ötən il prezident seçkilərindən sonra ölkədə həyata keçirilən islahatlara nəzər yetirsək, iqtisadiyyatımızın daha da inkişaf etdiyini, bir sıra sosial problemlərin həll olunduğunu və infrastruktur quruculuğunun genişləndiyini görərik: “Ötən il Nazirlər Kabinetində böyük ishatalar həyata keçirildi. Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi. İqtisadiyyatımızın inkişafına, sosial məsələlərin həllinə maneə törədən strukturlar ləğv edildi, zəruri, tələbatı olan yeni strukturlar formalaşdı və bu gün formalaşmaqdadır”.
Millət vəkili qeyd edib ki, cənab Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qərarlar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı: “Həm sosial, həm iqtisadi sahədə, həm də problemli kreditlərlə əlaqədar məsələlərlə bağlı atılan addımlar dünyanın heç bir yerində yoxdur. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının daha da yaxşılaşması üçündür. İnsanlar da bunu görür və cənab Prezidenti dəstəkləyirlər”.
Azərbaycanda həyata keçirilən islahatları gözü götürməyənlərin bu islahatlara kölgə salmaq istədiklərinə təəssüfünü ifadə edən S.Novruzov söyləyib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: “Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Bu, yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.
Millət vəkili əlavə edib ki, Naxçıvan blokada şəraitində olmasına baxmayaraq, orada da sosial-iqtisadi inkişaf baxımından mühüm işlər görülür: “Blokada şəraitində olan ərazidə həyata keçirilən islahatlar, quruculuq, abadlıq işləri, təhsil, səhiyyə sahəsində görülən işlər böyük vüsət alıb”.
S.Novruzov həmçinin çıxışı zamanı əlil tələbələrin təhsil haqqından azad edilməsi təklifi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda əlil tələbələrin sayı çox deyil və onların təhsil haqqından hansısa formada azad olunması bu kateqoriyadan olan şəxslərin tam şəkildə təhsil almasına imkan yarada bilər.
Millət vəkili Tahir Mirkişili çıxışında bildirib ki, 2018-ci ildə ölkəmizdə bütün istiqamətlərdə xeyli iş görülüb, əhəmiyyətli nəticələr əldə edilib. İlk öncə dövlət başçısı kimi cənab İlham Əliyev xalqın böyük etimadı ilə prezident seçkilərində qalib gəlib və ölkəmizdə iqtisadi və sosial inkişafın yeni mərhələsi başlayıb. Onun sözlərinə görə, 2017-ci ildə sabitliyə nail olan ölkə iqtisadiyyatı 2018-ci ildə artım mərhələsinə qədəm qoyub və sonrakı illərdə dinamik iqtisadi artım üçün mühüm əsaslar yaradıb: “Elə 2019-cu ilin yanvar ayında qeydə alınan artım dinamikası bunu bir daha sübut etdi. Keçən ili TANAP, Ələt Ticarət Limanı, STAR zavodunun açılışı, Xəzərin hüquqi statusunun müəyyən edilməsi kimi tarixi anlar uğurlu fəaliyyətin nəticəsində həyata keçib”.
Millət vəkili deyib ki, proqnozlara əsasən 2019-cu il dinamik iqtisadi inkişaf ili olacaq: “Regionda rəqabət getdikcə güclənir, ölkəmizin dünya iqtisadiyyatında rolu artdıqca iqtisadi strukturlara və çevikliyə olan tələbat da artır. Nəzərə alsaq ki, bizim rəqiblərimiz artıq inkişaf etmiş ölkələrdir, onda bu sahədə ciddi irəliləyişin əldə edilməsi çox vacibdir və bu məqsədlə ayrıca əmək məhsuldarılığı və əməkhaqqı bağlılığını özündə ehtiva edən Dövlət Proqramının qəbul edilməsi ölkədə iqtisadi inkişafı daha da sürətləndirə bilər. Ölkədə yaradılmış iri təsərrüfatlarda əldə edilmiş yüksək məhsuldarlıq buna sübutdur”.
Millət vəkili çıxışında həmçinin bank sektoru, aqrar sahə və digər məsələlərlə bağlı təkliflər irəli sürüb.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında Nazirlər Kabinetinin illik hesabatını müsbət qiymətləndirib. O bildirib ki, Nazirlər Kabinetinin hesabatında xarici dövlətlərlə əlaqədar beynəlxalq fəaliyyətə geniş yer ayrılıb. 2018-ci il bütün dünyada özünəməxsus xarakterik keyfiyyətləri ilə seçilib. Bu hadisələrə ümumi qiymət verməklə yanaşı, ikitərəfli, çoxtərəfli əlaqələri haqqında müfəssəl məqamlar hesabatlarda yer alıb. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və bu əlaqələrə maneçilik törədən məqamlara da hökumətin hesabatında yer ayrılıb.
Vitse-spiker çıxışı zamanı deyib ki, həm rəsmi, həm də parlament diplomatiyası sahəsində Azərbaycan həqiqətlərinin dünyada yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində əlaqələrimizi daha çox koordinasiya etməliyik: “Bildiyiniz kimi, bu ilin fevral ayında Milli Məclisin beynəlxalq təşkilatlarda təmsil olunan qrup rəhbərlərinin toplantısını keçirdik. Toplantı çox səmərəli keçdi və məsləhətləşmələr çox faydalı oldu. Biz həm diplomatik, həm də xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, vətəndaş cəmiyyətləri, hökumət qurumları, xüsusilə də XİN-lə əlaqələri daha da gücləndirməliyik. Milli Məclis və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında ciddi fəaliyyətə start verilib. Etnik harmoniyanın dünyada təbliğ olunması istiqamətində bu qurumun fəaliyyətini xüsusi qeyd etməliyəm”.
B.Muradova vurğulayıb ki, hökumətin 2018-ci ilin hesabatında Prezident İlham Əliyevin ikitərəfli və çoxtərəfli şəkildə imzaladığı sənədlər, beynəlxalq qurumlar arasında münasibətlər ciddi şəkildə diqqətdə saxlanılıb.
Hazırda Azərbaycanda VII Qlobal Bakı Forumunun keçirildiyini xatırladan Milli Məclisin sədr müavini qeyd edib ki, tədbirdə iştirak edən xarici nümayəndələr forumu Davos İqtisadi Forumu ilə müqayisə edirlər: “Bu, çox mühümdür. Daha çox insanların, beynəlxalq təşkilatların Azərbaycan ətrafında şəbəkə şəklində toplanması işinin təmin edilməsi istiqamətində səylər artırılmalıdır. Müxtəlif formatlar var ki, orada azərbaycanlılar təmsil olunmalıdırlar. Biz hökumətlə bu məsələ ilə bağlı fəaliyyət göstərməyə hazırıq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev də çıxışında hökumətin illik fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, uğurla həyata keçirilən dövlət siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. “Çünki bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yaxşılaşmasına hesablanıb. Məhz bunun sayəsində bu gün Azərbaycan dünyanın mötəbər kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur. Bütün bu uğurlarımızın əsasında, heç şübhəsiz ki, cənab Prezidentin uzaqgörən və sistemli daxili və xarici siyasəti, Onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır. Azərbaycan Respublikası üçün ilk aylarını uğurla başa vurduğumuz 2019-cu il cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilən “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında” nəzərdə tutulan tədbirlərin və yeni sosial islahatlar paketinin icrasına başlanması ilə əlamətdar olacaq. Əminəm ki, hökumətimiz qarşıda duran vəzifələrin, eləcə də cənab Prezidentin yeni hədəflərlə bağlı imzaladığı Fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcək”, - deyə Ağalar Vəliyev vurğulayıb.
İclasda həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Elçin Quliyev, Elmira Axundova, Fəzail Ağamalı, Musa Qasımlı, Kamilə Əliyeva, Rəşad Mahmudov, Jalə Əliyeva, Cavid Osmanov, Tahir Rzayev və başqaları çıxış edərək Nazirlər Kabinetinin illik fəaliyyətinə münasibət bildiriblər.
Müzakirələrin sonunda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı qəbul olunub.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4110  |  
  • Tarix:  16-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA