Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst Leyla Yunus növbəti dəfə əsl simasını nümayiş etdirdi

Ermənipərəst Leyla Yunus növbəti dəfə əsl simasını nümayiş etdirdi

07.03.2019 [10:09]

Ermənidən artıq ermənilik edən bu şəxs bir daha Azərbaycan xalqına qarşı düşmən mövqeyində durduğunu aşkar şəkildə göstərib
Azərbaycanın inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsi anti-Azərbaycan və ermənipərəst dairələr, o cümlədən “beşinci kolon” nümayəndələri tərəfindən böyük narahatlıq və qısqanclıqla qarşılanır. Radikal düşərgədə cəmlənmiş antimilli ünsürlərlə yanaşı, “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş bəzi şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Onların bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, dövlətimizin və xalqımızın mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında özünü “hüquq müdafiəçisi” kimi tanıdan antimilli şəxs - Leyla Yunus xüsusilə fərqlənir. Ümumiyyətlə, Leyla Yunus bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. O, daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib, ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.
Yeri gəlmişkən, Leyla Yunus ermənilərin Avropa Parlamentindəki “Armenophobia” tədbirində öz ənənəsinə sadiq qalaraq ermənilərin mövqeyini müdafiə edib, Azərbaycan xalqına qarşı əsassız ittihamlar səsləndirib, təhqiramiz fikirlər söyləyib. Bir sözlə, o, ermənilərin və erməni lobbisinin Azərbaycana qarşı çirkin təbliğatını davam etdirib. Əlbəttə, bu hal təəccüblü deyil, çünki o, özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açır. Digər tərəfdən, Leyla Yunusun Azərbaycan xalqı və dövlətinin əleyhinə fəaliyyəti ölkə ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaradıb. Amma buna baxmayaraq, bu şəxs ictimaiyyətin haqlı tənqid və qınağından dərs çıxarmayaraq anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməyə davam edir, ermənilərin maraqlarının fəal müdafiəçisi qismində çıxış edir.
Ən əsası, sadalananlar radikal müxalifət düşərgəsində cəmlənmiş antimilli ünsürlərin də simasını ortaya qoyur, onların kimləri müdafiə etdiyini, hansı məqsədlərə və dairələrə xidmət göstərdiyini bir daha aşkar etmiş olur. Belə ki, ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus radikal müxalifətin, Əli Kərimlinin, antimilli və dağıdıcı ünsürlərin müdafiə etdiyi yaramazdır. Azərbaycan ərazisinin 20 faizini işğal edərək xalqımıza qarşı soyqırımı törətmiş ermənilərlə ortaq mövqeyi paylaşan, cəmiyyətə - xalqa qarşı təhqiramiz fikirlər səsləndirən, şəxsi maraqları naminə milli mənafeyi heçə sayan Leyla Yunusu müdafiə edən dağıdıcı ünsürlərin xəyanətkar, satqın mövqedə durduğunun daha bir əyani ifadəsidir. Yəni radikal ünsürlər Leyla Yunus ilə eyni “mənəviyyat”ı bölüşürlər - onlar eyni dərəcədə mənəviyyatsızdırlar...
Beləliklə, ermənipərəst Leyla Yunus növbəti dəfə əsl simasını göstərib, ermənidən artıq ermənilik edərək Azərbaycan xalqına qarşı düşmən mövqeyində aşkar şəkildə durduğunu nümayiş etdirib.
NURLAN

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30