Ana səhifə »  Siyasət »  Muğama dair müasir texnologiyalara əsaslanan ilk tədris vəsaiti...
A+   Yenilə  A-
Muğama dair müasir texnologiyalara əsaslanan ilk tədris vəsaiti...
Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub
Dünən Heydər Əliyev Fondunda “Azərbaycan muğamı” multimedia toplusunun və “Muğam aləmi” nəşrinin təqdimatı olub.
Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir.
Fondun “Azərbaycan muğamları” layihəsi çərçivəsində tədris vəsaiti kimi təqdim olunan “Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb.
“Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu 8 diskdən ibarətdir. Dərs vəsaiti kimi nəzərdə tutulmuş birinci disk 6 bölmədən - “Muğamlar”, “Muğam notları”, “Simfonik muğamlar”, “Milli musiqi alətləri”, “Şəxsiyyətlər” və “Lüğət” bölmələrindən ibarətdir. “Muğamlar” bölməsində muğam dəstgahları, kiçik həcmli muğamlar, zərb muğamlar, “Muğam notları” bölməsində Azərbaycanın 7 əsas muğamının notları təqdim olunur. Azərbaycanın simfonik muğamları haqqında ümumi məlumat, Fikrət Əmirov və Niyazinin simfonik muğamları “Simfonik muğamlar” bölməsində yerləşir. “Milli musiqi alətləri” bölməsində qədim musiqi alətlərimizin interaktiv mündəricatı təqdim edilir, hər bir alət haqqında ətraflı məlumat verilir. “Şəxsiyyətlər” bölməsində Azərbaycan muğam sənətində sözünü demiş sənətkarların və bu sahədə tədqiqat aparanların, muğamın inkişafına böyük dəstək olan insanların, alimlərin, musiqi xadimlərinin həyatı və yaradıcılığı barədə məlumat var. “Lüğət” bölməsində muğam sənətinə aid 300-ə yaxın sözün izahı verilib.
İkinci və üçüncü disk “Muğam dəstgahları” adlanır. İkinci diskdə “Rast”, “Şur”, “çahargah”, üçüncü diskdə isə “Segah”, “Şüştər”, “Bayatı-Şiraz” və “Humayun” muğamları yazılıb. İstənilən muğamı seçib dinləmək mümkündür. Bu disklərdə hər bir muğamın şöbə və guşələri təqdim olunur.
Kiçik həcmli “Qatar”, “Rəhab”, “Şahnaz” və “Bayatı-kürd” muğamları dördüncü diskdədir. Beşinci diskdə zərb muğamları - “Mənsuriyyə”, “Heyratı”, “Simayi-şəms”, “Heydəri”, “Ovşarı”, “Mani”, “Arazbarı”, “Qarabağ” şikəstəsi və “Kəsmə” şikəstə zərb muğamları yer alıb.
Altıncı və yedinci disklərdə Azərbaycanın məşhur xanəndələrinin ifası var. Altıncı diskdə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Yavər Kələntərli, Həqiqət Rzayeva, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Sara Qədimova, yeddinci diskdə Əbülfət Əliyev, Fatma Mehrəliyeva, Qulu Əsgərov, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Rübabə Muradova, İslam Rzayev, Qədir Rüstəmov, Arif Babayev və Alim Qasımovun ifaları təqdim olunur.
Səkkizinci diskdə üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz”, “Kürd ovşarı”, “Şur” və Niyazinin “Rast” simfonik muğamları yazılıb.
“Muğam aləmi” toplusu Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ilin martında Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalına həsr olunub. Toplu Azərbaycan, rus, ingilis dillərindəki kitab və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD-dən ibarətdir.
Beynəlxalq festivalın materiallarını özündə əks etdirən “Muğam aləmi” nəşri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın sözləri ilə başlayır. Maraqlı fotoşəkillərlə zəngin olan nəşrdə Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun ovaxtkı baş direktoru Koişiro Matsuuranın festivalın açılış mərasimindəki çıxışlarına, habelə Mehriban xanımın festival çərçivəsində beynəlxalq elmi simpoziumdakı çıxışına da yer verilib.
Təqdimat mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deyib: “Hörmətli qonaqlar, sizi səmimi qəlbdən salamlayır, Heydər Əliyev Fonduna “Xoş gəlmisiniz!” deyirəm. Bu gün sizin diqqətinizə muğam sənətinə aid iki yeni layihə təqdim olunacaqdır. Əgər biz yaxın keçmişə nəzər salsaq görərik ki, son illər muğamın qorunması, təbliği, öyrənilməsi, ölkəmizdə və xaricdə populyarlaşması üçün bir çox mühüm işlər həyata keçirilir. “Qarabağ xanəndələri” musiqi albomunun işıq üzü görməsi, “Muğam ensklopediyası” və “Muğam” jurnalının nəşri, gənc muğam  ifaçılarının televiziya müsabiqəsi, paytaxtımızda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi və nəhayət bu il həmin mərkəzdə keçirilən birinci beynəlxalq muğam festivalı görülən işlərin, bizim birgə səylərimizin nəticəsidir. ümidvaram  ki, bu gün təqdim olunan layihələr də muğam sənətinin inkişafına öz layiqli töhfəsini verəcəkdir. İlk layihəmiz “Azərbaycan muğamı” multimedia toplusu 8 diskdən ibarətdir. Yəqin, demək olar ki, bu nadir bir layihədir. Onun nadirliyi ondan ibarətdir ki, bu, muğama dair müasir texnologiyalara əsaslanan ilk tədris vəsaitidir. Tədris prosesində muğama aid bütün zəruri məlumatlar bu disklərdə öz əksini tapmışdır. Demək olar ki, bu gün müəllimlər üçün, ustadlar üçün belə bir dərslikləri təqdim edirik. Azərbaycan muğamının tarixi, ölkənin mədəni irsində onun rolu və yeri, Azərbaycanın əsas muğamları və onların not yazıları, Azərbaycanın simfonik muğamları, Azərbaycan xalq çalğı alətləri, görkəmli şəxsiyyətlər, muğam terminləri və muğama aid digər materiallar bu topluda, bu disklərdə öz əksini tapıb. Layihə iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb və şübhəsiz ki, bu da Azərbaycan muğamının xaricdə təbliğinə öz müsbət təsirini göstərəcəkdir. Mən xüsusi qeyd etmək istərdim ki, heç bir dərslik, heç bir vəsait müəllimləri, ustadları, canlı ünsiyyəti əvəz edə bilməz. Xüsusən də, muğam sənətində. Muğam sənəti, muğam bütün dövrlərdə ölkəmizdə yaşayıb, səslənib, duyulub və sevilib. Siyasi, ictimai və yaxud iqtisadi vəziyyətdən asılı olmayaraq, muğam sənəti öz xüsusi yerini qoruyub, saxlayıb və yaşayıb. Muğam mədəniyyətinin yaşamasında, nəsildən-nəslə, ustaddan tələbəyə, müəllimdən şagirdə, ağsaqqaldan gəncə çatdırılan sənətkarlıq, ifaçılıq sirləri əvəzsizdir. Bu sirləri öyrənmək üçün canlı təmas, canlı ünsiyyət lazımdır. Belə bir mürəkkəb prosesdə təbii ki, heç bir kitab, ya dərslik, ya videoyazı, audioyazı canlı təması əvəz edə bilməz. Məhz bu canlı ənənə əsrlər boyu bizim məşhur xanəndələrimiz və ustadlarımız tərəfindən qorunub saxlanıb və yaşadılıb. Bu ənənələr bu gün də yaşadılır və mən bizim bütün ustadlarımıza, xanəndələrimizə bir daha öz dərin hörmətimi və təşəkkürümü bildirmək istəyirəm. Bu baxımdan təqdim olunan layihə muğama dair çox ətraflı məlumatı cəmləşdirən və müəllimlərə, ustadlara, həmçinin tələbələrə tədris prosesində yardım göstərə bilən bir layihədir. Eyni zamanda, təqdim olunan layihə bütün muğamsevərlər üçün muğam haqqında yeni və bənzəri olmayan bir informasiya mənbəyidir. Təqdim olunan ikinci layihə - “Muğam aləmi” cari ilin mart ayında paytaxtımızda keçirilən I Beynəlxalq Muğam Festivalının və elmi simpoziumunun yekunlarını özündə əks etdirir. Bu layihə 33 diskdən ibarətdir. O günlər ölkəmizdə, paytaxtımızda keçirilən bütün görüşlər, tədbirlər, konsertlər, yerli və xarici ifaçıların konsertləri bu disklərdə öz əksini tapmışdır. Eyni zamanda, məşhur xanəndələr və müasir muğam ifaçıları, beynəlxalq muğam müsabiqələrinin qalibləri və iştirakçıları haqqında burada məlumat əks olunur və festivalda iştirak edən bütün qonaqların rəy və fikirləri ilə də burada, bu kitabda tanış olmaq mümkündür. Demək olar ki, bu layihə bizə o günlər keçirdiyimiz, sözün əsl mənasında, musiqi bayramını yenidən bəxş edir. Bakıda keçirilən I Beynəlxalq Muğam Festivalı bir də sübut etdi ki, muğam - Azərbaycan muğam sənəti Azərbaycanın milli sərvəti olmaqla yanaşı, həmçinin dünya musiqi xəzinəsinin incisidir. Bir daha sübut etdi ki, muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşayan, yaşadan insanların artıq daim bir görüş yeri vardır - bu da Bakı Beynəlxalq Muğam Mərkəzidir. Mən çox yaxşı xatırlayıram, bir neçə il bundan əvvəl dövlətimizin başçısı tərəfindən Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi barədə qərar qəbul olunandan sonra biz bir neçə dəfə burada - Heydər Əliyev Fondunda ünlü ustadlarla, xanəndələrlə, alimlərlə görüşlər keçirdik. Müzakirə etdik ki, bu muğam mərkəzi necə olmalıdır, harada yerləşməlidir, memarlıq baxımından necə olmalıdır. Xatırlayıram, növbəti bir görüşümüzdə biz təklif olunan bir neçə memarlıq layihələrini müzakirə edirdik və hörmətli Əlibaba müəllim söylədi ki, bilirsiniz, gəlin artıq birini seçək, tikək ki, biz də bunu görək.  Bu gün mən çox qürur hissi ilə qeyd etmək istəyirəm ki, artıq bu reallıqdır, artıq biz bunu yaşayırıq. Bakının ən gözəl guşələrindən biri olan dənizkənarı bulvarda memarlıq baxımından gözəl, nadir, qeyri-standart bir mərkəz tikilib. Artıq, demək olar ki, bu, Azərbaycan mədəniyyətinin mərkəzinə, beynəlxalq musiqi mədəniyyətinin mərkəzinə çevrilib. Mən inanıram, şübhəm yoxdur ki, 2011-ci ildə biz birgə səylərimizlə həmin bu mərkəzdə II Beynəlxalq Muğam Festivalını keçirəcəyik və bu, yenə də gözəl bir musiqi bayramına çevriləcəkdir. Sonda əziz dostlar, mən fürsətdən istifadə edərək bir daha bütün muğam ifaçılarına, xanəndələrə, ustadlara, muğamın inkişafına töhfə verən bütün insanlara öz dərin hörmət və ehtiramımı bildirirəm. Sizə bu yolda gələcək uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayıram”.
Sonra “Azərbaycan muğamı” və “Muğam aləmi” toplularına aid film nümayiş olunub.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadə yaxın keçmişdə arzulanan layihələrin artıq reallıq olduğunu deyib. O, bu gün təqdimatı keçirilən iki layihənin muğam dünyasının təbliğində vacib addım olduğunu bildirərək, bunların Mehriban Əliyevanın səyi nəticəsində baş verdiyini deyib. Qeyd edib ki, I Beynəlxalq Muğam Festivalı Azərbaycan muğamının əlçatmaz zirvə olduğunu nümayiş etdirib. Xalq artisti Arif Babayev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son illərdə gördüyü işlərin əvəzsiz olduğunu diqqətə çatdırıb, muğamın yaşadılması ilə bağlı həyata keçirilən layihələrin icrasına görə minnətdarlığını bildirib.
Əməkdar artist, I Beynəlxalq Muğam Festivalının qalibi Təyyar Bayramov Heydər Əliyev Fondunun böyük ustadlarla yanaşı, gənc ifaçılara da diqqətini vurğulayıb, bu amilin gəncləri həvəsləndirdiyini söyləyib.
AzərTAc

 
  • Oxunub:  16230  |  
  • Tarix:  12-11-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18