Ana səhifə »  Siyasət »  Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən on dörd il ötür
A+   Yenilə  A-
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən on dörd il ötür
XXI əsrdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bu gün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyənedici amillər kimi çıxış edir. İstənilən demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların səmərəli təminatı mexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun maddi və mənəvi çiçəklənməsi, vətəndaş sülhü yalnız insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi və əsas təyinatı olaraq qəbul edildiyi şəraitdə mümkündür.
Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri siyasi-hüquqi sistemin kökündən demokratikləşmə istiqamətində əsaslı surətdə dəyişdirilməsindən ibarət olmuş, həm də bu proses mahiyyət etibarı ilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir. Şübhəsiz ki, bunların əsasında dünyaşöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası durur. Məhz Konstitusiya ölkədəki köklü dəyişikliklərə müsbət təsir göstərmiş, hüquqi dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyən etmişdir.
ümumiyyətlə, “Konstitusiya” anlayışının özü latınmənşəli “constitutio” sözündən olub təsis etmək, qurmaq mənasını daşıyır. Ənənəvi olaraq bu termin ictimai və dövlət quruluşunu, seçki sistemini, hakimiyyət və idarəetmə orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini təsbit edən dövlətin əsas qanununu ehtiva edir. Məhz bu termin Konstitusiyanın təsisedici xarakterini müəyyən edir.
Müasir anlamda ilk Konstitusiya aktları və yaxud konstitusiyalar məhz XVII-XVIII əsrlərdə yaranmışdır, baxmayaraq ki, dövlətçiliyin yaranma tarixi daha əvvəlki dövrlərə gedir. Bu onunla əlaqədardır ki, məhz qeyd olunan dövrdə insanlıq şəxsi azadlığının ali dəyərini anlayaraq dövləti qoyulmuş qaydalara tabe olmağa məcbur etmişdir. Konstitusiya haqqında təsəvvürlər bir qədər əvvəllər meydana gəlsə də, həmin dövrdə bu təsəvvürlər əsasən demokratiya və ədalət anlayışı əsasında dövlət hakimiyyətinin səmərəli təşkili məsələləri ətrafında qurulmuşdu. Artıq Konstitusiyanın qəbulunda məqsəd dövlət hakimiyyətinin həyata keçirilməsində sərhədi müəyyənləşdirmək, bu hakimiyyəti müəyyən çərçivə daxilində məhdudlaşdırmaq və bu hakimiyyətin həyata keçirilməsi zamanı mövcud hakimiyyət qollarının həm bir-birinə qarşı, həm də insan şəxsiyyətinə münasibətdə hörmətin bərqərar edilməsi olmuşdur.
Digər normativ aktlardan fərqli olaraq Konstitusiya demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur. çünki, ölkənin sosial-iqtisadi strukturunda, ictimai-siyasi həyatında baş verən bütün dəyişikliklərin məzmunu bu və ya digər formada Konstitusiyaya uyğun aparılır. Konstitusiyanın inkişafı ümumilikdə cəmiyyətin və dövlətin özünün inkişaf mərhələlərinə müvafiq olur. Konstitusiya cəmiyyətin və dövlətin bütün təbəqələrinə ümumi şəkildə siraət etdiyinə görə, o, özündə həyatın bütün sahələrini əhatə edən müddəaları əks etdirir. Onun mətnində həm bəyanatlar, həm proqram şəkildə həyata keçirilən tədbirlər siyahısı, həm də bəzi məqamlarda tarixi istinadlar da öz əksini tapa bilər. Lakin bütün bunlarla yanaşı Əsas Qanun normativ hüquqi xarakter daşıyır, yəni nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, Konstitusiya hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə, qoruma funksiyalarını yerinə yetirir. Konstitusiya həm də qanunvericilik sistemində bütün digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqa uyğunluğunun qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir. Bu mənada, o, digər qanunlardan fərqlənir. Konstitusiyanın əsas qanun olması özünü digər aspektlərdə də biruzə verir. Əsas müddəaları dövlətin və cəmiyyətin inkişafının faktiki olaraq bütün sahələrini əhatə etsə də, Konstitusiya daha çox ümumi tənzimetməni müəyyənləşdirir, bütün digər qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial təbəqələrə, ümumilikdə insana və vətəndaşa ünvanlanır. Konstitusiya üçün ümumi tənzimetmə daha səciyyəvidir.
Konstitusiya əsas sosial-siyasi institutlara verilən tələbləri müəyyən etməklə onları formalaşdırır və bununla da, belə demək mümkünsə, bütün sistemin əsasını təşkil edir. O, qanunvericilik sisteminin yaradılması və dəyişdirilməsi qaydalarını, onun məzmununu müəyyən edir. Bir sözlə, Konstitusiya mövcud sistemin konkret olaraq necə olduğunu və necə olmalı olduğunu ortaya qoyur.
Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, vətəndaş itaətsizliyi, xaos, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə və anarxiya yeni Konstitusiyanın qəbul edilməsinə ciddi əngəllər yaradırdı. Həmin vaxt ilk növbədə cəmiyyətdə sabitliyi bərpa edə biləcək yeni Konstitusiyanın əsasını təşkil edən ideya və dəyərlər üzərində razılıq əldə edilməsini təmin edən siyasi iradə və müdrikliyə çox böyük ehtiyac var idi. Həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə xalqın təkidli tələbləri ilə qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsilə üzbəüz qalmışdı. Məhz belə bir məqamda Heydər Əliyev öz böyük xarizması və peşəkarlığı hesabına xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirərək özünün tarixi missiyasını yerinə yetirdi. Tədricən ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərqərar edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi.
Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının yaradılması Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir.
Nəhayət, Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrın 15-də dərc edilmiş və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edlməsinin lehinə səs vermişlər. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
Konstitusiyanın qəbul edilməsi xalqımızın tarixi ənənələrinə uyğun olan və eyni zamanda ölkəmizdə müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası ənənəvi Konstitusiya anlayışının ehtiva etdiyi bütün təməl prinsipləri özündə əks etdirir.
Əsas Qanunda Azərbaycan Respublikası hüquqi dövlət kimi müəyyən edilir. İnsan və vətəndaşın hüquq və azadlıqları, onların tanınması, müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiqedilmə təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici meyarı kimi təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan və vətəndaşın hüquq və azadlıqlarının prioritet prinsipi dövlət hakimiyyətinin bütün sahələrinə ünvanlanaraq onları bu hüquqlarla əlaqələndirir və onlar üçün müəyyən vəzifələr yaradır.
ölkə Konstitusiyasının 147-ci maddəsi birbaşa şəkildə təsbit edir ki, “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır”. Əgər ölkədəki çoxsaylı hüquqi aktları bir-birilə qarşılıqlı və əlaqəli şəkildə fəaliyyət göstərən bütöv bir sistem kimi təsəvvür etsək bu zaman Konstitusiya bu sistemin əsası, özəyi, həmçinin, bütün hüquq sisteminin inkişafının mənbəyidir. Belə ki, Konstitusiyanın əsasında həm əvvəllər mövcud olmuş ənənəvi hüquq sahələri inkişaf etdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmış, həm də iqtisadiyyatda, sosial inkişafda, siyasətdə və mədəniyyətdə baş verən dəyişikliklərlə əlaqədar yeni hüquq sahələri təşəkkül tapmışdır.
ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, hamılıqla qəbul olunmuş hüquq normalarına hörmətinin ifadəsi kimi Konstitusiyamız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ölkənin hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir.
Müasir dövlət üçün Konstitusiya ondan ötrü labüddür ki, onda dövlətin ilkin prinsipləri və təyinatı, funksiyaları və təşkil olunma əsasları, fəaliyyətinin forma və metodları əks olunur. Konstitusiya ictimai inkişafın, dövlətin insan və vətəndaşla qarşılıqlı münasibətlərinin bütün sahələrində dövlət tənzimetməsinin sərhədlərini və xarakterini təsbit edir, cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsasını müəyyən edir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cızır. Ən əsası isə Konstitusiya insanın əsas hüquq və azadlıqlarına ali hüquqi qüvvə verir, onun şərəf və ləyaqətini müdafiə edir. Bu gün dünya təcrübəsində insan hüquq və azadlıqları, onun şərəf və ləyaqətinin qorunması ən ali dəyər kimi ön plana çəkilməkdədir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi bəyan etmişdir.
Azərbaycan üçün Konstitusiya bu gün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyəti Konstitusiya vasitəsilə həm yeniləşən dövlətçiliyə dair baxışlarını, həm də müəyyən çərçivə daxilində özünün milli ideyalarını realizə edir. Təbii ki, Konstitusiya siyasi proqramların və fəlsəfi konsepsiyaların məcmusu deyil, öz təyinatına və ölkə həyatındakı roluna müvafiq olaraq Əsas Qanuna xas bütün əlamətlərə və xüsusiyyətlərə malik olan hüquqi aktdır. Konstitusiyaya hüquq sistemində ən önəmli yer verilmişdir. Onda cəmiyyətin xarakterini müəyyən edən ideya və prinsiplər, iqtisadiyyat, siyasət, sosial sahə, dövlət və hüququn baza prinsipləri öz əksini tapır. Konstitusiya cəmiyyətin inkişafında üzərinə düşən funksiyasını nə qədər uğurla yerinə yetirirsə, o, milli fikrə bir o qədər yaxınlaşır, onun məqsədini daha dəqiq və aydın ifadə edir. Milli fikirdən ayrılan, onu təcrid edən, hətta milli fikrin əleyhinə gedən Konstitusiyanın cəmiyyət tərəfindən anlaşılacağına və qəbul ediləcəyinə heç vaxt ümid edilə bilməz.
Əsas Qanunun başlıca hüquqi əlaməti stabillik, yəni məzmununun sabitliyi olan, uzunmuddətli fəaliyyətə malik aktdır. Konstitusiyanın stabilliyi - qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtidir. Bütün demokratik cəmiyyətlərdə Konstitusiyanın sabitliyi başlıca meyar kimi çıxış edir və dövlətin gələcək inkişafında da Konstitusiya dövlətə deyil, dövlət Konstitusiyaya uyğunlaşdırılır və inkişaf edir. Bunun üçün isə cəmiyyətdə qanunçuluq rejiminə ciddi əməl olunmalı, hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük kimi xüsusiyyətlər tərbiyyələndirilməli və Konstitusiyanın səmərəli müdafiə mexanizmi işlənib hazırlanmalıdır. Lakin Konstitusiyanın sabitliyi heç də onun tamamilə dəyişməzliyi demək deyildir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, sosial, iqtisadi və siyasi vəziyyət müəyyən müddət keçdikcə dəyişə bilər. Bütün bunlar da öz növbəsində ali qanunun sabitliyi prinsipinə riayət etmək şərtilə onun baş verən dəyişikliklərə uyğunlaşdırılmasını tələb edir.
Milli Konstitusiya qəbul edildikdən sonra ölkəmizdə iki Konstitusiya islahatı aparılmışdır. 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə cəmiyyətin inkişafından doğan və Konstitusiyanın, qanunların, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gələn bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklər butövlükdə ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və dövlət hakimiyyəti orqnları arasında fəaliyyətin və qarşılıqlı əlaqənin konstitusiya mexnizmlərinin daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlmiş və sadalanan məqsədlərə xidmət etmişdir.
Eyni zamanda, ölkəmizdə həyata keçirilən irimiqyaslı qanunvericilik və institusional islahatlar, sürətli beynəlxalq inteqrasiya və sosial-iqtisadi inkişaf yeni konstitusiya islahatlarının reallaşdırılması zərurətini ortaya qoymuşdur. Bu məqsədlə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədi daşıyan, əsasən, dövlətin sosialyönümlüyünün artırılmasına, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiə və təmin olunmasına, o cümlədən bir şəxsin iki dəfədən artıq Prezident seçilməsi ilə bağlı hüquqi cəhətdən əsaslandırılmamış və ictimai tələblərə cavab verməyən məhdudiyyətin aradan qaldırılmasına, ali dövlət hakimiyyəti orqanlarının, habelə, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin, qanunvericilik sisteminin təkmilləşdirilməsinə yönəlmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi qəbul edilmişdir. 2009-cu il martın 18-də həmin akt ümumxalq səsverməsində Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənmiş və keçirilmiş referendumla zamanın tələbindən irəli gələrək Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər onun çox mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.
1995-ci il Konstitusiyasının milli hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Əsas Qanunun ehtiva etdiyi dəyərlərin müdafiəsinin və dövlətin hüquqa bağlılığının təmin edilməsinin mühüm vasitələrindən biri kimi Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur.
Konstitusiya Məhkəməsi bir qayda olaraq cəmiyyətdə və dövlətdə sabitliyin başlıca amili kimi qəbul olunan bir təsisatdır. Demokratiya şəraitində bir sıra kəskin hüquqi problemlər məhz bu orqan sayəsində Konstitusiya çərçivəsində və əsasında həll edilə bilər.
Son illər ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən, cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən siyasi-hüquqi, sosial-iqtisadi, humanitar-mədəni islahatlar prosesi və artıq əldə olunmuş əhəmiyyətli göstəricilər Azərbaycan Respublikasının parlaq gələcəyinə olan inamı bir daha artırır. Bu islahatlar milli səviyyədə bir çox taleyüklü problemlərin həllinə ciddi imkanlar açmaqla yanaşı, həm də ölkəmizin inkişaf etmiş dünya birliyində layiqli yerini tutması prosesini sürətləndirir, ölkənin beynəlxalq nüfuzunu artırır.
Fürsətdən istifadə edərək xalqımızı əlamətdar bayram - Konstitusiya Günü münasibətilə səmimi təbrik edir, ölkəmizə rifah və əmin-amanlıq arzulayıram.
Fərhad Abdullayev,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri
 
  • Oxunub:  17280  |  
  • Tarix:  12-11-2009  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7