Ana səhifə »  Siyasət »  Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Bakıda qeyd edilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi Bakıda qeyd edilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fevralın 8-də muxtar respublikanın Bakıdakı daimi nümayəndəliyinin inzibati binasında “Naxçıvanın muxtariyyət statusu” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. O qeyd edib ki, bu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Bu Tədbirlər Planından irəli gələn məsələlərdə fəallıq nümayiş etdirilir.
“Ümummilli lider Heydər Əliyev Naxçıvan və Naxçıvan muxtariyyəti haqqında çox əhəmiyyətli fikirlər söyləyib. O deyirdi ki, Naxçıvanın muxtariyyətı tarixi nailiyyətdir və biz bu tarixi nailiyyəti qorumalıyıq. İllər sonra gördük ki, Ümummilli liderin bu sözləri dahiyanə deyilmiş sözlərdir. Naxçıvanın qorunmasında, onun düşmən təcavüzünə uğramamasında Ümummilli lider Heydər Əliyevin çox qətiyyətli addımları olub. Ulu öndərdən sonra bu ağırlığı Öz çiyinlərinə götürən böyük siyasi lider, dünyada böyük hörmət və nüfuz sahibi olan Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan barədə deyib ki, Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərinin keçirilməsi bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının ifadəsidirsə, digər tərəfdən Naxçıvan tarixinin əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu günün qeyd olunması böyük tarixi, siyasi və elmi əhəmiyyətə malikdir və əgər muxtariyyət olmasaydı, biz siyasi nöqteyi-nəzərdən Naxçıvanı qoruya bilməyəcəkdik”, - deyə daimi nümayəndəliyin rəhbəri bildirib.
B.Əsgərov deyib ki, Naxçıvanın muxtariyyətının qeyd edilməsi 1949-cu ildən başlayır. Həmin il Naxçıvanın muxtariyyət əldə etməsinin 25 illiyi, 1964-cü ildə 40 illiyi, 1974-cü ildə 50 illiyi, 1984-cü ildə isə 60 illiyi qeyd olunub. 1999-cu il Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında Fərman imzalayıb. Ondan sonra Prezident İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü il fevralın 9-da Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib. Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Naxçıvanda muxtar dövlətin yaranmasının bir çox amillərlə bağlı olduğunu bildirib. O, Naxçıvanın dövlətçilik tariximizdə böyük yerə malik olduğunu vurğulayıb. Əlavə edib ki, Naxçıvanın muxtariyyətinin yaranması onun çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi qəbul edilməlidir. Naxçıvan beş minildən çox şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və keşməkeşli inkişaf yolu keçib. Tarixboyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi təkcə Naxçıvan tarixində yox, ümumilikdə Azərbaycan tarixində şanlı səhifədir. Bu tarixi hadisənin Azərbaycanın dünyada tanınmasında, möhtəşəm dövlətə çevrilməsində, turizm sahəsində dünya ölkələrinin buraya cəlb edilməsində, ölkəmizdə sülhün, əmin-amanlığın, inkişafın, müxtəlif dinlərə mənsub insanların bir yerdə yaşamaq hüququnun tətbiq olunması siyasətinin dünyada tanınmasında böyük təsiri var.
Fəttah Heydərov bildirib ki, bu gün müstəqil Azərbaycanın var olmasında, inkişafında, xalqımızın bu xoşbəxt günlərə gəlib çatmasında dahi Heydər Əliyevin böyük rolu olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, beynəlxalq aləmdə tanındı. Onun əsasını qoyduğu siyasət bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 1990-cı ilin 17 noyabrı tarixin yaddaşına çevrilən bir gündür. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçən sessiyasında ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağı qaldırıldı. Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edildi. Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı. Bu, tarixi hadisədir. 1991-ci il sentyabrın 3-də Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçilməsi zamanın tələbi idi. Əgər o vaxt Heydər Əliyev Sədr olmasaydı indi nə Naxçıvandan, nə də Azərbaycandan danışmaq olardı.
Milli Məclisin deputatı Elman Nəsirov vurğulayıb ki, bu gün Naxçıvandan danışarkən biz fəxr hissi ilə Azərbaycanın müstəqillik tarixinin başlanğıc nöqtəsinin məhz Naxçıvan olduğunu deyirik. Böyük dövlət xadimi Heydər Əliyev Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu.
Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi ilə tarixboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim diyar işğal təhlükəsindən xilas edildi, ermənilərin muxtar respublikanı dünyadan təcridetmə siyasəti iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı. Ulu öndər Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib.
Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var.
Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Cengiz Güneş bildirib ki, Naxçıvanın Türkiyə üçün hər zaman önəmli bir yeri olub. Naxçıvanın böyük tarixi var. Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanın türk dünyasının qapısı olduğunu deyib. O, yaradılmasının 95 illik yubileyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.

 
  • Oxunub:  6990  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır
22 Oktyabr 09:32
Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar
22 Oktyabr 09:30
Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib
22 Oktyabr 09:27
Əli Kərimlinin təxribat planı yenə baş tutmadı
22 Oktyabr 09:26
Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+15 +17