Ana səhifə »  Siyasət »  Marionet teatrı və ya “Azadlıq evi”ndə və “Azadlıq radiosu”nda “azadlıq”
A+   Yenilə  A-
Marionet teatrı və ya “Azadlıq evi”ndə və “Azadlıq radiosu”nda “azadlıq”

Siyasətdə gözlənilən əhvalatlar çox tez-tez baş verir. Adətən belə əhvalatların gözlənilən olması bir sıra indikatorların təhlilinə əsaslanır. Belə indikatorların ən əhəmiyyətliləri bu və ya digər subyektin - müəyyən dövlətin, ayrı-ayrı siyasətçilərin, siyasi partiyaların və ya beynəlxalq təşkilatların əvvəlki hərəkətləridir. Bu amillərin məcmusu çox vaxt həmin subyektin niyyətlərini də müəyyən edir. Niyyətlər isə adətən bu və ya digər dərəcədə qərəzli olur. Məhz ilbəil dəyişməyən qərəzlilik müvafiq təşkilatın və ya hökumətin proqnozlaşdırıla bilən olmasını daha da möhkəmləndirir.
Beynəlxalq “Freedom House” təşkilatı proqnozlaşdırılması asan olan belə subyektlərdən biridir. Bu təşkilatın mahiyyətini şəxsən mən yaxşı bilirəm. Gənclik illərimdə - müəyyən dərəcədə romantik bir insan olduğum vaxtda “Azadlıq radiosu” və “Freedom House” kimi təşkilatlarla əməkdaşlıq etmişəm. O vaxt (lap dəqiq desəm 1990-cı illər - 2000-ci illərin əvvəli) sayca o qədər də çox olmayan prestijli qərb universitetlərinin gənc məzunlarının vətəndə ürəyinə yatan iş tapması asan deyildi. Liberalizm barədə səthi biliklərdən sərməst olmuş və beynəlxalq təşkilatların xeyirxah niyyətlərinə sadəlövhcəsinə inanan, bu təşkilatların arxasında NƏYİN gizləndiyini və onları gizlincə KİMLƏRİN idarə etdiyini bilmədən onların tələsinə düşür və yetərincə sanballı məvacib müqabilində (həmin illərdə Azərbaycanda olmayan) onların sifarişlərini yerinə yetirir, səmimi qəlbdən inanırdılar ki, düzgün iş görürlər və universitetlərdə onlara öyrədiləni həyata keçirirlər.
Bəzən elə olurdu ki, təbəssümlü və avropasayağı nəzakətli işəgötürənlərin (yeri gəlmişkən, rəisin təbəssümlü və nəzakətli olması da həmin illərdə nədənsə Azərbaycanda qəhət idi və beynəlxalq təşkilatlarda gənc məzunları şirnikləndirirdi) həqiqi niyyətlərinin konturları iş prosesində cızılırdı. Təbii ki, bu, hər kəsə aid deyil - azərbaycanlıların çoxu belə təşkilatlarda işləməyi və onlarla əməkdaşlığı davam etdirir, məharətlə gizlədilən həqiqi niyyətləri görmürlər. Lakin özünün müşahidəçilik və indikatorları təhlil etmək, onları cəmləşdirərək düzgün əqli nəticə çıxarmaq bacarığına malik olanların qarşısında bir dilemma yaranırdı - bundan sonra nə etməli? Onların həqiqi niyyətlərini bilə-bilə onlarla işi davam etdirməli, yoxsa prinsipiallıq (gəlin, hər şeyi öz adı ilə adlandıraq - vətənpərvərlik) nümayiş etdirərək qapını çırpıb çıxıb getməli?
Sanballı məvacib və alternativin olmaması çoxlarının qabağını kəsirdi. Amma bunlar şəxsən mənim qabağımı kəsə bilmədi, hətta alternativin olmamasına baxmayaraq, mən qapını çırpıb getdim, riyakarlığı və ikili standartları ifşa olunanlara (yeri gəlmişkən, bu cəhətlər kənardan “pıçıltı” olmadan, müstəqil şəkildə ifşa edilmişdi) və həqiqi niyyətləri başa düşülmüş işəgötürənlərə qulluq göstərməkdən imtina etdim. Hətta məvacibimi xeyli artıracaqları barədə vədlər də məni saxlamaqda onlara kömək etmədi. Mənim son sözüm belə oldu: “Sizə mənim ölkəmdə demokratiya deyil, onun idarə edilə bilən olması lazımdır. Siz dövlətin liberallaşmasını yox, onun əsaslarının sarsıdılmasını istəyirsiniz. Məvacibimi hətta on qat artırsanız belə siz pul gücünə məni bu işdə iştiraka cəlb edə bilməyəcəksiniz”.
O vaxta qədər isə mən müxtəlif regionlar üzrə “Freedom House” üçün səliqəli məruzələr, “Azadlıq radiosu”nun hər dildə xidməti üzrə hesabatlar yazırdım. Bu məruzələrin necə yazıldığını mən işin içində olan adam kimi bilirəm. Burada hər hansı özfəaliyyətə icazə verilmir, sənə nə desələr yalnız onu yazmalısan. Allah eləməsin ki, göstərilən həddən kənara çıxasan. “Azadlıq radiosu”ndakı və “Azadlıq evi”ndəki “azadlıq” məhz bundan ibarətdir.
“Freedom House” təşkilatı da 2019-cu il üçün özünün növbəti, adəti üzrə “Dünyada azadlıq” adlanan hesabatında Azərbaycanı “azad olmayan” dövlətlərə aid edib. Şəxsən mən, heç bir etimada layiq olmayan bu təşkilatın iç üzünə bələd olan bir adam kimi bu xəbəri oxuyanda sadəcə gülməyim gəlir. Bəlkə də kimsə düşünür ki, məlumat həmin təşkilatdan gəlir və sonra hansısa “müstəqil tədqiqatın nəticəsi” kimi bütün dünyaya yayılır. Belə düşünənlər sadəlövhdürlər. Bu il hansı ölkənin azad, hansının qismən azad, hansının isə ümumiyyətlə qeyri-azad ölkə “təyin olunacağını” (məhz təyin olunacağını) bu təşkilatın rəhbərliyinə Vaşinqtondakı “əmilər” diktə edirlər. Həmişə belə olub. Əvvəlcə mənə deyirdilər ki, nə desələr onu edim, məni inandırırdılar ki, bu, düzgündür və belə də olmalıdır. Zaman keçdikcə başa düşdüm ki, məni bağışlayın, cənablar, amma bu, düzgün deyil və belə olmamalıdır! Biz ya obyektiv və bütün ölkələrə münasibətdə eyni standartlar əsasında tədqiqatlar aparırıq, ya da guya “tədqiqat apardığımızı” göstəririk, amma həqiqətdə yalnız “mərkəzdən” göstərişlər gözləyirik. Bax onda həqiqət anı başlanır. Belə kontorla əməkdaşlıq etməyin nə mənası vardı?
“Freedom House” özünü guya “müstəqil” təşkilat kimi göstərməyə çalışır, amma bunu onlarla işləmiş adamlara desəniz, bu, həmin adamlarda homerik gülüş doğuracaq. Hətta lətifəni xatırladan (bununla belə həqiqi) əhvalatlar da olurdu. Kollegiyanın iclasında “azad” və “qeyri-azad” ölkələrin təyin edilməsi məsələsi həll olunanda qəflətən telefon zəngi çalındı və rəis iclası təcili dayandıraraq fasilə elan etdi, yarım saatdan sonra isə hamını geri çağırdı və dəyişiklikləri elan etdi. Sonradan məlum oldu ki, həmin ölkə hansısa regional məsələdə ABŞ Dövlət Departamentinin şərtlərini qəbul edib və bununla əlaqədar həmin ölkəni bir pillə yuxarı qaldırmaq barədə göstəriş gəlib. Rəislərdən biri ümumiyyətlə Slovakiya ilə Sloveniya arasında fərqi bilmirdi - onu sadəcə “nəzarətçi” təyin etmişdilər ki, təşkilatda qayda-qanun olsun və hamı deyilənlərə əməl eləsin. Slovakiya ilə Sloveniyanın harada yerləşməsinə gəldikdə isə, məgər bunu bilmək vacibdirmi?
Bax beləcə, mənim əzizlərim, dünya xəritəsi rəngli karandaşlarla rənglənir. Onların çaldığı havaya oynamaqdan imtina etsən, səni qeyri-azad ölkə təyin edəcəklər, amma həmin havaya oynasan, səni Gülçatay kimi “sevimli arvad” elan edəcəklər.
Elə “Azadlıq radiosu” haqqında da bir kitablıq əhvalatlar danışa bilərəm! Orada necə “azadlıq” olması barədə, o barədə ki, hətta yeməkxanada nahar vaxtı əməkdaşlar pıçıltı ilə söhbət etməyə çalışırdılar ki, Allah eləməsin, masa arxasındakı qonşu sənin dediyini eşitməsin və ya bir başqa yolla sizin söhbətiniz yazılmasın. İlk baxışda heç nə baş vermədiyi halda neçə adam gözlənilmədən işdən qovuldu! Təkcə 1937-ci ildə olduğu kimi “üçlüyün” hökmü ilə güllələmə halları yox idi. Rəislər də kabinetlərdə adamları təpiklə döymür, həmişə gülümsəyirdilər. Qalan məsələlərdə “azadlıq” ovaxtkı kimi idi. “Azadlıq radiosu” əsla gizlətmir ki, ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və onun baxışlarını ifadə edir.
Buna görə də hər dəfə belə təşkilatların məruzələrini oxuyanda mənim çöhrəmdə təbəssüm yaranır. Bəzən hətta orada qalmış əməkdaşların dəstxətti də mənə tanış gəlir.
Bütün bunlar necə də tanış və proqnozlaşdırıla biləndir.
Bütün həmvətənlərimə məsləhət görürəm ki, bu məruzələrə və heç bir etimada layiq olmayan bu təşkilatlara yumorla yanaşsınlar. Bu, marionet teatrının adi truppasıdır. Bu teatrda gah tamaşalar göstərilir, gah da məruzələr yazılır. Hər iki halda sifarişlə və maliyyələşdirilməklə.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

 
  • Oxunub:  4410  |  
  • Tarix:  09-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib
18 İyul 14:21
Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər
18 İyul 13:57
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
18 İyul 13:51
FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25