Ana səhifə »  Siyasət »  İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir
A+   Yenilə  A-
İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir

Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxildir.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir “Gələcək üçün məsuliyyət” devizi altında keçirilir.
İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzindədir.
Tədbir Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib.
Filmdə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.
Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Məktubda bildirilir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ənənəvi olaraq hər il təşkil etdiyi belə toplantılar Avrasiya regionunun dayanıqlı inkişafına, dövlətlər və xalqlar arasında dostluq və etimad mühitinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Biz daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə çalışırıq. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun, ötən il isə Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi, eləcə də İzmirdə “STAR” neft emalı zavodunun açılması çoxşaxəli müştərək fəaliyyətimizin möhtəşəm nəticələrini əyani şəkildə nümayiş etdirir.
Qeyd edilir ki, Azərbaycan təhlükəsizlik, humanitar inkişaf, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə də bölgə dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatlarda yaxından əməkdaşlıq edir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları və işğalçılıq siyasətinə görə indiyədək həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi regionumuzun rifahı və əmin-amanlığına yönəlmiş səylərə çox ciddi təhdidlər törədir. Tamamilə aydındır ki, bu münaqişə beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilmədən bölgənin davamlı inkişafı və təhlükəsizliyinin təmin olunması mümkün deyil.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışının əvvəlində Ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib. O deyib ki, Azərbaycan indiyə qədər keçirilən 22 zirvə toplantısının hamısında fəal şəkildə iştirak edib. Ölkəmizin bu Zirvə toplantılarının keçirilməsində həmişə təşkilatçı kimi iştirak etdiyini vurğulayan A.Suver buna görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə şəxsən təşəkkür edib. O vurğulayıb ki, Avrasiyada sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xüsusilə də enerji, nəqliyyat sahələrində əlaqələri Azərbaycan qədər dəstəkləyən ikinci dövlət, Azərbaycan Prezidenti qədər dəstəkləyən ikinci Prezident yoxdur.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım bu Zirvə toplantısının Avrasiya regionu daxil olmaqla bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləyib. O, sülhün, rifahın, təhlükəsizliyin bölgəmizin və bütövlükdə dünyamızın xoşbəxt gələcəyi üçün önəmli şərtlər olduğunu bildirib. Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Binəli Yıldırım deyib ki, biz Avrasiya ölkələri olaraq xalqlarımızın və dövlətlərimizin gələcəkdə davamlı inkişafını təmin etmək məqsədilə hər bir sahə üzrə əməkdaşlıq etmək məcburiyyətindəyik. İqtisadi baxımdan tarixi İpək Yolunun yenidən canlandırılmasının əhəmiyyətini vurğulayan TBMM-in sədri bu baxımdan Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdiyi layihələrin, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyə parlamentinin sədri gələcəkdə dünyada süni intellektin daha da inkişaf edəcəyini bildirib. O qeyd edib ki, hazırda mövcud olan sahələrin bir çoxu gələcəkdə aradan qalxacaq və onları rəqəmsal texnologiyalar əvəz edəcək. Buna görə də gələcək inkişafı təmin etmək üçün indidən rəqəmsal texnologiyalar sahəsinə investisiyaların yatırılması önəmlidir.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avrasiya İqtisadi Zirvəsinin fəaliyyətini uzun illərdir sülh və dialoqu təşviq edən uğurlu əməkdaşlıq formatlarından biri kimi qiymətləndirib. Bu sammitlərin qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına töhfələr verdiyini qeyd edib. Bildirib ki, builki sammitin “Gələcək üçün məsuliyyət” devizi altında keçirilməsini zəruri edən amillər hər kəsdən Avrasiya məkanında təhlükəsizliyin, siyasi sabitliyin, inkişaf və tərəqqinin təmin olunması, mədəniyyətlərarası, dinlərarası dialoqun davamlılığı üçün məsuliyyət və əməkdaşlıq tələb edir.
Nazir dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə böyük rolu olan enerji amilinin hazırda texnologiyaların inkişafı ilə yeni bir məzmun qazandığını söyləyib. O, Azərbaycanın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyini və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən yeni texnologiyaların neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasına imkan yaratdığını diqqətə çatdırıb. Nazir, həmçinin ölkəmizin neft-qaz potensialı və enerji resurslarının reallaşdırılmasında beynəlxalq enerji şirkətləri ilə birgə həyata keçirilən layihələr barədə məlumat verib.
Pərviz Şahbazov Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığını vurğulayıb. “İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şaxələndirilməsi ideyası gerçəkləşir, TANAP-ın, bütövlükdə isə Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırır, enerji sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya tanıdır. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın xəritəsini yenidən tərtib edir”, - deyə o bildirib.
Toplantıda, həmçinin Şimali Makedoniya Respublikasının Prezidenti George İvanov, Bosniya və Herseqovina Federasiyasının Prezidenti Marinko Cavara, Sloveniya Baş nazirinin müavini Alenka Bratuşek, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Gülrü Qayumova, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Silap Velbeqov və başqaları çıxış ediblər.
Rəsmi açılışdan sonra “Rəqəmsal texnologiyaların inkişaf etdirilməsi və insanlığın gələcəyi”, “Su və miqrasiya”, “Qloballaşmanın yeni standartları, populizm, sağlam işbirliyi” mövzularında panel iclaslar keçirilib.
Zirvə toplantısı fevralın 7-də işini davam etdirəcək.
Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  07-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib

18 Mart 17:56
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr nümunəvi xarakter daşıyır
18 Mart 17:49
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
18 Mart 17:45
Sevinc Fətəliyeva: Əfv sərəncamı Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir
18 Mart 17:37
Yavuz Səlim Kıran: Başda Dağlıq Qarabağ problemi olmaqla bütün məsələlərdə Azərbaycanın yanındayıq
18 Mart 17:36
Əhalinin gəlirləri 5,1 faiz artıb
18 Mart 17:34
Dilarə Cəbrayılova: Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş humanizm prinsipləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
18 Mart 17:23
Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır
18 Mart 17:19
Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi
18 Mart 16:57
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib
18 Mart 16:56
Zərdabda Novruz bayramı ümumrayon şənliyi ilə qeyd edilib
18 Mart 16:40
Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqdim ediləcək
18 Mart 16:37
İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub
18 Mart 16:33
Bahar Muradova: Novruz tonqallarını doğma Qarabağımızda qalayacağıq
18 Mart 16:27
Sahibə Qafarova: Forumda aparılan müzakirələr dünyada mövcud olan qlobal problemlərin həllinə öz töhfəsini verəcək
18 Mart 16:25
“Baku Crystal Hall”da məşhur fırça ustasının sərgisi açılıb
18 Mart 16:15
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
18 Mart 16:05
Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"
18 Mart 16:03
Kolumbiya Universitetinin professoru ADA Universitetinin fəxri doktoru adı verilib
18 Mart 16:02
"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq
18 Mart 16:00
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18 Mart 15:48
Rəşid Alimov: VII Qlobal Bakı Forumunun iştirakçıları və məzmunu mənə güclü təsir bağışladı
18 Mart 15:46
OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclasları mayda Ciddədə keçiriləcək
18 Mart 15:07
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxır
18 Mart 14:55
Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib
18 Mart 14:41
“Məktəb seminarları” başa çatıb
18 Mart 14:37
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
18 Mart 14:34
Prezident İlham Əliyevin əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18 Mart 14:32
Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
18 Mart 14:31
Viktor Yuşşenko: Azərbaycan qlobal forumu təşkil etməyi bacaran regional liderdir
18 Mart 14:29
Taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
18 Mart 14:27
Yeni sərəncamla müharibə əlillərinə bu il əlavə 400-dən çox avtomobil veriləcək
18 Mart 14:23
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
18 Mart 14:22
Azərbaycan boksçuları Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıblar
18 Mart 14:17
Əlillərin avtomobillə təminatının yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılıb
18 Mart 12:49
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
18 Mart 12:45
KİVDF Müşahidə Şurası fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini təsdiq edib
18 Mart 12:43
Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib
18 Mart 12:35
Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 Mart 12:33
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir
18 Mart 12:29
Naqif Həmzəyev: Ölkə Başçısından daha bir humanistlik, qayğıkeşlik nümunəsi
18 Mart 12:14
Hikmət Babaoğlu: Əfv sərəncamları ailələrə sonsuz sevinc bəxş edib
18 Mart 12:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
18 Mart 11:47
Mədəniyyət və İncəsənət Universitetinin kollektivi Novruz bayramını Cocuq Mərcanlıda əsgərlərimizlə birgə keçirib
18 Mart 11:35
Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib
18 Mart 11:29
Nazir: Azərbaycan neft bazarının tənzimlənmə prosesinə öz töhfəsini davam etdirəcək
18 Mart 11:25
Aprelin 1-dən etibarən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
18 Mart 11:19
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb
18 Mart 11:17
Tur-aksiya: 320 məktəblinin şimal-qərb bölgəsinə ekskursiyası başa çatıb
18 Mart 11:04
İlahiyyat İnstitutunun tələbələri Heydər məscidini ziyarət ediblər
18 Mart 10:21
İşğaldan azad olumuş Şıxarx qəsəbəsində Novruz şənliyi
18 Mart 10:18
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
18 Mart 10:10
Siyavuş Novruzov: "Sərəncam dövlətin humanizm siyasətinin bariz nümunəsidir”
18 Mart 10:08
Bəhruz Quliyev: "Əfv sərəncamı dövlət başçısının humanizm siyasətinin bariz göstəricisidir"
18 Mart 09:32
Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb
18 Mart 09:30
Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb
18 Mart 09:29
Aydın Mirzəzadə: əfv Sərəncamı göstərir ki, hər bir vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir
18 Mart 09:25
Qazaxıstanın neftinin Azərbaycan üzərindən tranziti imkanları müzakirə edilib
18 Mart 09:21
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrası başa çatıb
18 Mart 09:19
“Mersedes”in pilotu Valtteri Bottas yeni mövsümə qələbə ilə başlayıb
18 Mart 09:17
Xorvatiyanın sabiq prezidenti: İdman gimnastikası üzrə dünya kuboku yarışları Bakıda yüksək səviyyədə təşkil olunub
18 Mart 08:52
Müdafiə naziri hərbi hissədə keçirilən “Açıq qapı” günündə iştirak edib
17 Mart 14:03
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
17 Mart 13:24
Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında Memorandum imzalanıb
17 Mart 13:06
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar
17 Mart 12:48
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
17 Mart 12:17
Baki Olimpiya stadionu ilə tanış olan Naxçıvanlı şagirdlər arenadan xoş təəssüratla ayrılıblar
17 Mart 10:59
Abşeron rayonunda təşkil olunan Novruz yarmarkası alıcıların ürəyincədir
17 Mart 10:32
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
17 Mart 10:11
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
17 Mart 09:50
Ümumordu iməciliyi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+4 +6