Ana səhifə »  Siyasət »  Azərbaycanda həyata keçirilən siyasət xalqımızın rifah halının daha da yaxşılaşmasına hesablanıb
A+   Yenilə  A-
Azərbaycanda həyata keçirilən siyasət xalqımızın rifah halının daha da yaxşılaşmasına hesablanıb

Prezident İlham Əliyev: Bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik
Son 15 ildə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının böyük uğurla icra edilməsi respublikamızda həyatın bütün sahələrində müsbət reallıqlar yaradıb. Bu gün Azərbaycanın nümunəvi sosial-iqtisadi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir, ayrı-ayrı ölkələr respublikamızın təcrübəsindən bəhrələnməyə çalışırlar. Əlbəttə, bəhs olunan Dövlət proqramlarının əhəmiyyətindən və uğurlu nəticələrindən söhbət açarkən keçilmiş yola, görülmüş işlərə nəzər salmaq lazımdır. Bu işlər isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda da vurğulandığı kimi, həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir.
Əlamətdar haldır ki, son 15 ildə ölkədə müşahidə edilən davamlı sosial-iqtisadi inkişaf cəmiyyətdə böyük məmnunluq hissi yaradır. İnsanlar bütün ölkə boyu aparılan quruculuq-abadlıq işlərindən, ölkənin iqtisadi potensialının artmasından, həyat şəraitinin yaxşılaşmasından, eyni zamanda, Azərbaycanın dünyada nüfuzunun artmasından, sayılıb-seçilən dövlətə çevrilməsindən böyük iftixar hissi keçirirlər. Prezident İlham Əliyev bəhs olunan konfransdakı nitqində ölkədə aparılan siyasətin xalq tərəfindən güclü şəkildə dəstəklənməsini şərtləndirən amillərə diqqət çəkərək deyib: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Ölkədə güclü iqtisadi inkişafa uyğun olaraq dərinməzmunlu sosial siyasət həyata keçirilir
Azərbaycan elə bir inkişaf strategiyası müəyyənləşdirib ki, burada iqtisadiyyatın davamlı şəkildə gücləndirilməsi və insanların rifah halının yüksəldilməsi kimi paradiqmalar paralel şəkildə diqqət mərkəzində saxlanılır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da müstəsna əhəmiyyəti var. Dövlət proqramlarının icrası çərçivəsində reallaşdırılan çoxsaylı tədbirlər bir tərəfdən bütün ölkə üzrə iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərib, digər tərəfdən isə regionlarda həyat səviyyəsinin yüksəlməsini təmin edib. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Bəhs edilən Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində respublikamızın hərtərəfli inkişafını şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür ki, burada iqtisadi güc amilinin önəmini xüsusi vurğulamaq lazımdır. Son 15 ilin göstəriciləri ölkəmizin Prezident İlham Əliyev tərəfindən innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında rekord göstərici 3,3 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikamıza 250 milyard dollar sərmayə yönəldilib, ölkəmizin sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir.
Azərbaycanı fərqləndirən cəhət odur ki, ölkəmizdə güclü iqtisadi inkişafın yaratdığı geniş imkanlardan səmərəli şəkildə istifadə edilməklə dərinməzmunlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanları artdıqca insanların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyası da genişlənir. “Bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb”.
Qeyd etmək yerinə düşər ki, Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda yoxsulluq qısa müddətdə 5 faizədək aşağı salınıb. Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib.
Son illərdə respublikamızda bilavasitə insanların gündəlik həyatı, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi ənənə halını alıb. Bu qəbildən olan təşəbbüslər, bir qayda olaraq, Prezident İlham Əliyevdən gəlir. Dərin sosial mahiyyət daşıyan belə təşəbbüslərdən biri də ölkə miqyasında əhalinin pulsuz tibbi müayinədən keçirilməsidir. Respublikamızda hər il milyonlarla insanın pulsuz tibbi müayinəyə cəlb edildiyini nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
Respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətə uyğun olaraq müharibədən əziyyət çəkən insanlar, o cümlədən də qaçqın və məcburi köşkün soydaşlarımız geniş dövlət qayğısı ilə əhatə olunublar. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri, fin tipli evlər tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb.
Hazırda Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrası uğurla davam etdirilir. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. İndiyədək layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina istifadəyə verilib.
Son olaraq Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilmiş 300 ailəlik yeni yaşayış binaları da artıq ilk sakinlərini qəbul edib. Buraya, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keçmiş avtobazanın inzibati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin inzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Prezident İlham Əliyev məcburi köçkünlər üçün yaşayış binalarının tikintisinin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. “Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün ailəsi üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə”, - deyə dövlət başçısı vurğulayıb.
Respublikada sosial infrastrukturun yaradılması bundan sonra da davam etdiriləcək
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həmçinin bütün ölkə boyu müxtəlif təyinatlı sosial infrastruktur obyektləri tikilərək istifadəyə verilib. Bu, bir daha onu təsdiqləyir ki, Azərbaycanın həyata keçirdiyi siyasət sosialyönümlüdür. Prezident İlham Əliyev bəhs olunan dövrdə respublika üzrə məktəb, tibb müəssisələri və digər belə sosial təyinatlı obyektlərin tikilməsinin və yaxud yenidən qurulmasının geniş vüsət aldığından məmnunluğunu bildirərək deyib: “Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik”.
Son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Ümumiyyətlə, ölkəmizdə müasir təhsil infrastrukturunun yaradılması ildən-ilə daha geniş vüsət alır. 2018-ci ildə ölkə üzrə məktəb tikintisinə dair statistika kifayət qədər zəngin olub. Belə ki, ötən il Azərbaycanda 200-dən çox məktəb tikilib və yaxud təmir olunub. Bütövlükdə, respublikamızda 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. Ümumiyyətlə, ölkə ərazisində qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramının 2019-cu ildə başa çatdırılması hədəflənib.
Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində də məqsədyönlü iş aparılır. Səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təchizatı da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Regionlarda növbəti müasir səhiyyə müəssisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2018-ci il oktyabrın 11-də şimal bölgəsində - Quba rayonunda istifadəyə verilib.
230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri ötən ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərir.
Ötən il istifadəyə verilən Lənkəran İstisu və Sağlamlıq Mərkəzi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə hotel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur.
Ölkə ərazisində yeni müasir infrastruktur obyektlərinin yaradılması ilə bağlı perspektiv planlar da kifayət qədər genişdir. Prezident İlham Əliyev bildirib ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Onu da qeyd etmək yerinə düşər ki, yeni müasir səhiyyə obyektlərinin istifadəyə verilməsi regionlarda əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərib. Bunu belə bir fakt da təsdiqləyir ki, son illərdə respublika üzrə diaqnostik xidmətlərdən istifadə edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6570  |  
  • Tarix:  07-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA