Ana səhifə »  Siyasət »  “Mehman şousu”nun uğursuz Vaşinqton “seriyası”...
A+   Yenilə  A-
“Mehman şousu”nun uğursuz Vaşinqton “seriyası”...

Və ya ermənipərəstlərin “mətbuat konfransı”nda özünüifşası
Xarici anti-azərbaycançı mərkəzlərin başlatdığı və ölkəmizdəki radikal müxalifət partiyaları təmsilçilərinin də dəstəklədiyi süni Mehman Hüseynov şousunun arxasında gizlənən qaranlıq məqsədlər üzə çıxmaqdadır. Belə ki, ermənipərəst mərkəzlərin və onların havadarlarının xüsusi canfəşanlıq göstərdiyi bu yalançı “proses”in nəyə hesablandığı və hansı məqsədlərlə aparıldığı elə həmin mərkəzlər tərəfindən də etiraf olunur. Daha doğrusu, Mehman Hüseynova “canıyananlıq” etməyə çalışan və bu çirkin kampaniyanı hazırlayıb ortaya atanlar yenidən özləri özlərini ifşa ediblər.
Məsələnin məğzi dünən ABŞ-ın paytaxtı Vaşinqtonda guya Mehman Hüseynova dəstəklə bağlı keçirilən mətbuat konfransında bir daha üzə çıxıb. Belə ki, bu konfransı təşkil və orada iştirak edənlərin kimliklərinə diqqət yetirdikdə hər şey məlum olur. İlk olaraq vurğulayaq ki, mətbuat konfransı Mehman Hüseynovun xaricdə yaşayan və ermənipərəst mövqeyi ilə “şan-şöhrət” qazanmış qardaşı Emin Hüseynov, ermənilərlə işbirliyində heç də E.Hüseynovdan geri qalmayan Sevinc Osmanqızı və Ələkbər Raufoğlu, Amerika PEN Klubun rəhbəri Tomas Melia, Beynəlxalq Amnistiya təşkilatının (Amnesty İnternational) Avropa və Orta Asiya üzrə nümayəndəsi Daniel Balsonun iştirakı ilə baş tutub. Bu şəxslərin kimliyi, onların anti-azərbaycançı fəaliyyəti ilə bağlı aşağıda detallı şəkildə məlumat verəcəyik. Öncə isə keçirilən bu mətbuat konfransının məqsədinə və Mehman Hüseynov şousunun nəyə hesablandığına diqqət yetirək...
Mehman Hüseynov şousunun əsl məqsədi ölkəmizə qarşı təxribat və yalan kampaniyası təşkil etməkdir
İlk olaraq vurğulanmalıdır ki, təşkilatçılar mətbuat konfransının Mehman Hüseynova və başqa “siyasi məhbus”lara həsr edildiyini bildirsələr də, çıxışçılar öz “nitqlərini” birmənalı şəkildə ölkəmizə qarşı yalan, böhtan tezislərinin üzərində qurublar. Bunun nəticəsidir ki, güya həmin tədbirə “mühüm dəstəkçi” qismində dəvət edilən T.Melia və D.Balson öz çıxışlarının cəmi 2-3 cümləsini Mehman Hüseynova “həsr ediblər”. Yəni bu insanların əsl məqsədlərinin Mehman Hüseynov “adı altında” ölkəmizə qarşı təxribat və yalan kampaniyası təşkil etməkdən ibarət olması ilk baxışdan bəlli olur. Hətta bəzi milli maraqlarımıza, dövlət mənafeyinə zidd “təkliflər”in səsləndirildiyi bu “mərasimdə” çıxış edən antimilli ünsürlər və onların havadarları açıq kontekstdə Azərbaycana qarşı hansısa sanksiyaların tətbiqini “tələb edib”lər. Bu isə onların hansı məqsədlə bir masa arxasına toplaşdıqlarını ortaya çıxarmış olur...
Emin Hüseynov bu çirkin kampaniyanın 2018-ci ilin sentyabr ayında hazırlandığını “etiraf edir”
Yəqin ki, Mehman Hüseynovun qardaşı Emin Hüseynovun kimliyi ilə bağlı xüsusi təqdimata ehtiyac yoxdur. Dəfələrlə ermənilərlə eyni mövqedən çıxış etmiş, Azərbaycanın torpaqlarını işğal edən, ölkəmizə qarşı soyqırımı həyata keçirənlərlə eyni “səngəri” paylaşmış bu şəxsin siyasi mövqeyi hər kəsə bəllidir. Və mətbuat konfransında ilk çıxış edən E.Hüseynov elə birinci cümlədən özünüifşaya “start verib”. Bu “baş verənləri”, yəni Mehman Hüseynovla bağlı “prosesi” əvvəlcədən bildiyini diqqətə çatdıran E.Hüseynov bununla bağlı hələ 2018-ci ildə ABŞ Dövlət Departamentində və başqa qurumlarda görüşlər keçirdiyini, həmin dairələrə müraciətlər etdiyini deyib. Maraqlıdır ki, hələ 2018-ci ilin sentyabr ayında E.Hüseynov hansı əlahiddə hissi ilə Mehman Hüseynovun həbsxananın daxili nizam qaydalarını pozacağını, iş başında olan rəsmi şəxsə qarşı qanun pozuntusuna əl atacağını və yenidən ittiham olunacağını proqnozlaşdırıbmış?
Demək ki, bu çirkin kampaniya hələ ötən ilin sentyabr ayında hazırlanıb və ermənipərəst mərkəzlər E.Hüseynov vasitəsilə belə bir addım atmağa cəhd göstərib. Yəni onlar Emin vasitəsilə Mehmana həbsxananın daxili nizam qaydalarını pozması üçün fürsət axtarmasını və xüsusi təlimatla bu baş verənləri həyata keçirməyi tapşırıblar. Belə olmasaydı, tələm-tələsik bəyanatlar, dəstək kampaniyaları və mətbuat konfransları təşkil olunmaz, ölkə daxilindəki radikalların “səfərbərliyi” mümkün olmazdı. Hətta hansı “senatorlar”ın bu kampaniyanı dəstəkləyəcəyi də əvvəlcədən bəlli imiş. Həmin senatorlara “təşəkkür edən” E.Hüseynov bir daha öz çirkin əməlinin üzərinə işıq salıb. Yeri gəlmişkən, bu kampaniyanı dəstəkləyən senator Marko Rubionun kimliyi Azərbaycan cəmiyyətinə bəllidir və onun ermənipərəst mövqeyi ilə bağlı saysız faktlar mövcuddur. Belə olan halda Mehman Hüseynovun həbsxana işçisinə qarşı zor tətbiq etməsi, ardından isə “aclıq şousu” keçirməsi planının əvvəlcədən düşünülüb hazırlandığı ortaya çıxmış olur...
Azərbaycanın rəsmi şəxslərinə qarşı “Maqnitski aktı”nın tətbiqini tələb edən E.Hüseynov ermənilərin sifarişini yerinə yetirir
Əslində isə görünən odur ki, Emin Hüseynov qardaşını bəhanə edərək illərdir erməni lobbisinin Azərbaycana qarşı edə bilmədiklərini reallaşdırmağa çalışır. Bu adam aşkar şəkildə erməni sifarişinə xidmət etdiyini ortaya qoyur. Belə ki, adıçəkilən mətbuat konfransındakı çıxışında o, yeni seçilmiş ABŞ Konqresini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb, hətta bir sıra məmurlara, nazirlərə “Maqnitski aktı”nın tətbiqini tələb edib. Vurğulayaq ki, bu sənəd 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanundur və insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir (bu 18 nəfərin hamısı rusiyalıdır). ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahıya daxil edilmiş 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib.
Bəli, bu faktın özü də bir daha göstərir ki, E.Hüseynov erməni lobbisinin təhriki ilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edib, onu həyata keçirməyə çalışır. Məntiqsiz bir şəkildə hətta anasının ölümündə belə şübhəli məqamlar axtaran E.Hüseynov, belə demək mümkündürsə, bunda da Azərbaycan dövlətini və hakimiyyətini günahlandırmağa çalışır. Bu isə qəzəbdən, qərəzdən daha çox planlı şəkildə aparılan prosesi xatırladır. Yəni E.Hüseynovu “danışdıran” qardaşı ilə bağlı məsələnin mahiyyəti deyil, ona verilən sifarişdir.
Ermənipərəst mərkəzlər başlatdıqları Mehman Hüseynov oyununu aksiyaya çevirərək ölkəmizdə insident və ya qarşıdurma təşkil etmək istəyib
Digər tərəfdən, Mehman Hüseynova “beynəlxalq dəstək” tələb edən E.Hüseynov ölkəmizdə bir siyasi partiyanın da qardaşına dəstək aksiyası keçirmək istədiyini, Bakı şəhər İcra Hakimiyyətinin buna icazə vermədiyini deyib. Vurğulayaq ki, bununla bağlı Müsavat Partiyasının müraciəti olmuşdu və BŞİH-dən buna rəsmi cavab verilmişdi. Birincisi, Azərbaycan hakimiyyəti hər zaman demokratik ənənələrə sadiqliyi ilə seçilib və son dövrlərdə, hətta ötən il radikal müxalifətin şəhərin mərkəzində keçirdiyi aksiyaların təhlükəsizliyi belə yüksək səviyyədə təmin olunub. Yəni BŞİH tərəfindən verilən rəsmi cavabı “insan hüquqlarının pozulması” kimi qiymətləndirənlər özləri özlərini gülünc vəziyyətdə qoyurlar. Sadəcə olaraq, ermənipərəst mərkəzlər başlatdıqları Mehman Hüseynov oyununu aksiyaya çevirərək ölkəmizdə insident və ya qarşıdurma təşkil etmək istəyiblər ki, onların bu oxu daşa dəyib. Bu isə, deyəsən, ermənipərəst E.Hüseynovun da xətrinə dəyib...
Ermənipərəst Daniel Balson Mehman Hüseynovun deyil, cinsi azlıqların hayındadır...
Mətbuat konfransında çıxış edən Beynəlxalq Amnistiya təşkilatının (Amnesty İnternational) Avropa və Orta Asiya üzrə nümayəndəsi Daniel Balson təmsil etdiyi təşkilatın Mehman Hüseynovla bağlı “bəyanat” verdiyini deyib. Bəli, “Amnesty İnternational” adı Azərbaycan cəmiyyətinə yaxşı bələddir və onların erməni dəstəkçisi olması gün kimi aydındır. İllərdir ki, Ermənistanda hökm sürən diktaturanın, hərbi xuntanın “insan hüquq və azadlıqlarına hörmət edən siyasəti” haqqında balladalar söyləyən bu təşkilat Azərbaycana qarşı qərəzli, ikili standartı ilə məşhurdur. Şəxsən D.Balson isə son açıqlamasında da Ermənistanı insan hüquq və azadlıqlarına hörmət edən dövlət adlandıraraq, Azərbaycana qarşı ikili standartdan çıxış edib. Yəni bu adamın “mayası” ölkəmizə qarşı qərəzdən yoğrulub.
Çıxışına başlayan D.Balson birinci növbədə təmsil etdiyi təşkilatın və “Human Rigts” təşkilatının Mehmana dəstək göstərdiyini bildirib. Burada təəccüblü bir şey yoxdur. Bu iki təşkilatın eyni ünvandan idarə olunduğu nəinki Vaşinqtonda, eləcə də Bakıda hər kəsə bəllidir. Lakin məsələ burasındadır ki, Mehman Hüseynovu bir kənara qoyaraq nitqini Azərbaycana qarşı qəzəb tonunda kökləyən D.Balson guya ölkəmizdə cinsi azlıqların hüquqlarının belə pozulduğunu deməyə qədər enə bilib. Yəni bu adamın məqsədinin heç də Mehman Hüseynovu dəstəkləmək olmadığı elə birinci cümləsindən bəlli olub. Sən demə o, Mehman Hüseynovun deyil, “cinsi azlıqların” dərdinin hayında imiş. Müxtəsər, Əfqan Talıblı və digər özlərinin ifşa olunmuş adamlarının haqqında danışan D.Balson Mehman Hüseynovu jurnalist kimi qələmə verməyə çalışıb. Ən əsası isə, hər vəchlə bu şəxsləri “siyasi məhbus” kimi təqdim etməyə çalışan D.Balson ölkəmizə qarşı ənənəvi “ittihamlarını” da püskürtməyi unutmayıb. Necə deyərlər, Balson təmsil etdiyi təşkilatın yalanlarını təkrarlamaqla öz missiyasını “yerinə yetirib”...
Ermənipərəst Sevinc Osmanqızı Azərbaycanla bağlı maliyyə hesablarının qapadılmasını, pulların “dondurulmasını” tələb edir
“Qonşudan geri qalma” prinsipi ilə, növbəsi çatan kimi öz missiyasını həyata keçirməyə başlayan Sevinc Osmanqızı isə maraqlı bir məqamla yadda qalıb. Belə ki, mətbuat konfransında çıxış edənlərin Mehman Hüseynovun dəstəkçisi kimi Müsavat Partiyasının adını hallandırması, deyəsən, S.Osmanqızının qəzəbinə səbəb olub. Tələm-tələsik AXCP sədri Əli Kərimli və digər AXCP-dən olan “aclıq edənlər” haqqında danışmağı özünə “borc bilən” S.Osmanqızı da Emin Hüseynov kimi bu yalan və bir neçə ay öncədən hazırlanmış kampaniyanın yeriməyən təkəri olduğunu özü “etiraf edib”. “Verilmiş tezisdən” kənara çıxmayan S.Osmanqızı da Mehmanı “jurnalist” kimi qələmə verməyə, mətbuat konfransı iştirakçılarına hətta onun “misilsiz qəhrəmanlıq”larından danışmağa “çalışıb”. Amma o, bilməlidir ki, həmin insanlar bircə dəfə internet resursunda Mehman Hüseynovla bağlı axtarış etsələr, S.Osmanqızının danışdığı yalanlar hamısı üzə çıxacaq. Eləcə də S.Osmanqızı da ermənipərəst dostu Eminin fikirlərini “zənginləşdirərək” Azərbaycanla bağlı maliyyə hesablarının qapadılmasının, pulların “dondurulmasının” “vacibliyini” iddia edib. Bu isə S.Osmanqızının da fikirlərinin uğursuz özünüifşadan uzağa getmədiyini aşkara çıxardı. Yəni bu şəxs də Emin kimi yalnız ölkəmizə qarşı hansısa pisliklərin edilməsində maraqlı olduğunu etiraf edib...
Tomas Melia hansı “səlahiyyətlə” ABŞ-ın Azərbaycana təyin edilmiş yeni səfirinə “təlimat” verməyə çalışır?
O ki qaldı bir zamanlar ABŞ Dövlət katibinin müavini işləmiş, hazırda isə Amerika PEN Klubuna rəhbərlik edən Tomas Meliaya, bu şəxs də Azərbaycan oxucusu tərəfindən kifayət qədər tanınır. Dəfələrlə Azərbaycanla bağlı qərəzli açıqlamalar verən, hətta bir il öncəsindən keçiriləcək seçkiləri şübhə altına almaq “qabiliyyətinə malik” bu şəxsin yalanlarını sadalamaqla bitirmək olmaz. Məsələn, ötən ilin fevralında verdiyi açıqlamada AXCP sədri Əli Kərimlinin dəfələrlə səsvermədən kənarda saxlanıldığını iddia edən bu şəxs siyasi kuluarlarda yalnız gülüş obyekti kimi xatırlanır. Bu adam anlamır ki, Ə.Kərimli seçkilərdə hər dəfə bir şəxsi dəstəkləməklə özünü siyasi palitrada saxlamağa çalışan “siyasi dəllal”dan başqa bir şey deyil. Hər dəfə başqa şəxslərə “stavka” edərək özünü sudan quru çıxarmaq istəyən Ə.Kərimli bununla, sadəcə, “siyasi ömrünü” uzatmaq niyyətindədir.
Müxtəsər, mətbuat konfransında çıxış edən T.Melianın hədəfi digər natiqlərdən seçilib. Belə ki, ermənipərəst Melianın hədəfi ABŞ-ın Azərbaycana təyin edilmiş yeni səfiri olub və bu şəxs hansısa “səlahiyyətlə” təzə təyin edilmiş səfirə “təlimatnamə” verməyə çalışıb. T.Melia yeni səfirə təcridxanaya getməyi “məsləhət görüb”. Maraqlıdır ki, ABŞ-ın rəsmi dairələri ölkələrinin başqa bir dövlətə təyin edilmiş səfirinə kimlərinsə verdiyi “məsləhətləri” necə qəbul edir? Daha doğrusu, bir ölkənin rəsmi səfirinin T.Melia kimi bir ermənipərəstin diktəsi və direktivləri ilə hərəkət etməsi nə dərəcədə inandırıcı ola bilər. Yəqin ki, bu, sadəcə, Melianın və onun arxasındakı erməni lobbisinin arzuları və boş xəyallarıdır.
Yeri gəlmişkən, dünən həbsdə olan Mehman Hüseynov müraciət yayıb. M.Hüseynov müraciətində bildirib ki, onun vəziyyətinin kritik hala düşməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. O, səhhətinin yerində olduğunu və qida qəbul etdiyini bildirib.
Nəticə etibarı ilə bu mətbuat konfransını ermənipərəstlərin ölkəmizə qarşı apardığı ucuz Mehman şousunun fiaskosu da adlandırmaq olar. Hər zaman olduğu kimi, xainlərin, xəbislərin və qərəzlilərin yalanları uzun çəkmədi və onlar növbəti dəfə özlərini “yandırdılar”. Yəni bu yalanlarının da ömrü 40 günə çatmadı...
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  4530  |  
  • Tarix:  12-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA