Ana səhifə »  Siyasət »  Leonid Kalaşnikov: 2019-cu ildə Azərbaycan xalqının daha da firavanlaşmasını və ən ağrılı problemlərin həll olunmasını arzu edirəm
A+   Yenilə  A-
Leonid Kalaşnikov: 2019-cu ildə Azərbaycan xalqının daha da firavanlaşmasını və ən ağrılı problemlərin həll olunmasını arzu edirəm

RF Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” informasiya portalına müsahibəsində Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı barədə danışıb.
* * *
2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox fəal olub. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub.
Bu il beş Xəzəryanı dövlətin prezidentləri arasında konstruktiv uğurlu danışıqlarla əlamətdar olub. Həmin danışıqlar nəticəsində Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya imzalanıb. Müzakirələri 20 ildən çox davam edən Konvensiya artıq Dövlət Dumasına daxil olub və yaxın vaxtlarda ratifikasiya ediləcək.
Parlament forumları məkanında Rusiya Federasiyası Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin rəhbərləri arasında dəfələrlə görüşlər keçirilib, ilin əvvəlində Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Moskvaya, RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. 2018-ci ildə bizim parlamentarilər Azərbaycan parlamentinin 100 illiyinə həsr edilmiş tədbirlərdə və Bakı Humanitar Forumunda iştirak ediblər.
Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə qərar da mühüm hadisə oldu. Rusiya üçün vacib dövlətlərlə bu cür geniş tərkibli komissiyalar yaradılmasını qərara alarkən məqsəd bu idi ki, sadəcə söhbət etməklə və ya “parlament turizmi” ilə məşğul olmaqla kifayətlənməyib, həqiqətən ciddi konkret məsələləri həll edək. Bu məqsədlə həmin komissiyaların tərkibinə parlamentin bütün aparıcı profil komitələrinin, məsələn Nəqliyyat və tikinti komitəsinin, İqtisadi siyasət, sənaye, innovasiyalı inkişaf və sahibkarlıq komitəsinin, habelə Energetika komitəsinin rəhbərlərini daxil etmişik. Bu, parlamentlər səviyyəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üzərində işin sürətinin və səmərəsinin artırılmasını təmin etməyə imkan verəcək.
Komissiyaya həm Rusiya, həm də Azərbaycan tərəfindən parlament sədrlərinin müavinləri başçılıq edir.
Hazırda Rusiya 15 ölkə ilə bu cür yüksəksəviyyəli parlamentlərarası komissiya yaradıb.
2018-ci ildə humanitar və mədəni əməkdaşlıq istiqamətində də fəal tədbirlər görmüşük. Məsələn, Dövlət Dumasında bizim parlamentin tarixində ilk dəfə konkret ölkəyə həsr edilmiş milli sərgi təşkil edilib. Məhz Azərbaycanla birgə keçirilən bu sərgi böyük maraq doğurdu.
Bütün ölkəmizi təmsil edən 450 rusiyalı deputat Azərbaycan Respublikanın son illərdə necə dəyişməsini və turistlər üçün cəlbedici olmasını gördülər. Çoxları belə bir faktı özləri üçün “kəşf etdi” ki, adətən yalnız neft və meyvə ilə assosiasiya doğuran Azərbaycanda bu gün xizək idmanı ilə məşğul olmaq imkanları Alp dağları ilə müqayisədə heç də pis deyil. Azərbaycan istər qonaqların qəbul edilməsi səviyyəsinə, istərsə də təbiətin gözəlliyinə, dağ yamaclarının idman məşğələləri üçün münasibliyinə, habelə mehmanxanaların keyfiyyətinə görə həqiqətən çox cəlbedicidir. Bu faktlar çoxları üçün əsl kəşf olub. Təsəvvür edin ki, bu gün Azərbaycanın belə potensiala malik olması barədə Rusiya əhalisinin məlumatlanma səviyyəsi çox aşağıdır. Biz Azərbaycanın belə imkanları barədə rusiyalıları məlumatlandırmalı, Turizm Nazirliyinin diqqətini bu məsələyə cəlb etməliyik. Biz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Onunla da bu mövzuda söhbət etdik. Şəxsən mən Ona dedim: Türkiyəyə fikir verin, Türkiyə kurortları Rusiyada reklam edilir. Mənə belə gəlir ki, dost Azərbaycan Respublikasının kurortları barədə də Rusiyada, hətta daha geniş miqyasda belə tədbirlər görmək olar.
Məsələn, mənim bir siyasətçi dostum bu il Azərbaycana - Şahdağda xizək sürməyə gedəcək. Azərbaycanda istirahət etməyə gedən belə insanlar çoxdur.
Bütövlükdə bizim ikitərəfli münasibətlər barədə qeyd etmək istəyirəm ki, heç nə, hətta Cənub Qaz Dəhlizinin işə salınması da bu münasibətlərə xələl gətirə bilməz. Fikir verin, bəzi qonşularımız “Şimal axını-2” layihəsinin əleyhinə çıxış edir. Biz isə bütün bunlara rəğmən Azərbaycanla dostluğu və əməkdaşlığı davam etdiririk. Düzdür, Azərbaycan tərəfindən rəqabət bizi də sevindirmir, lakin biz başa düşürük ki, rəqabət öz yerində, amma bu səbəbdən iki dövlətin dostluğu zəifləyə bilməz. Rusiyanın bu cür qaz siyasəti bəzi işbazların, oliqarxların xoşuna gəlməyə bilər. Lakin Putinin, Rusiya dövlətinin Azərbaycana münasibətdə siyasəti dostcasına siyasətdir, biz bunu heç vaxt gizlətmirik və başqalarına da başa salırıq.
Mənim fikrimcə, həm Rusiyanın, həm də Azərbaycanın xoşbəxtliyindən, bizim bu cür münasibətlərimizin əsası ondan ibarətdir ki, hər iki ölkənin prezidentləri bu dostluğun, bu cür qarşılıqlı münasibətlərin qədrini bilir. Bu, çox vacibdir və biz əlimizdən gələni etməliyik ki, bundan sonra da belə olsun, heç kəs bunu şübhə altına almasın. Əks halda bu, Rusiyanın siyasi mənafelərinə zidd olar.
Azərbaycanla parlamentlərarası əməkdaşlığın perspektivləri məsələsinə gəldikcə, qeyd etməliyəm ki, hazırda, 2019-cu ilin lap əvvəlində Dövlət Dumasında birgə konfrans keçiriləcək.
2019-cu ildə Rusiya və Azərbaycan parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri nəzərdə tutulur. Bu səfərlərin konkret müddətini demək hələ çətindir, lakin belə səfərlər planlaşdırılıb. Güman edirəm ki, görüşdə yüksəksəviyyəli parlamentlərarası komissiya yaradılması barədə müqavilə imzalanacaq. Rusiya tərəfindən həmin komissiya barədə sənədlər hazırlanıb, həm Xarici İşlər Nazirliyində, həm də Duma Şurasında razılaşdırılıb. Azərbaycanda son məsləhətləşmələr aparılır. Ümumiyyətlə, bu məsələ ilə əlaqədar xırda ştrixlər qalıb.
Bizim spikerlər qarşılıqlı ikitərəfli səfərlərdən əlavə bir sıra ümumi məkanlarda, o cümlədən Qazaxıstanda Avrasiya dövlətləri spikerlərinin parlament sammitində görüşəcəklər.
Biz beş Xəzəryanı dövlətin spikerlərinin Xəzər regionunun inkişafı problemlərinə həsr edilmiş konfransını keçirmək imkanını da araşdırırıq. Bu məsələ bütün 5 dövlətin spikerləri ilə müzakirə ediləcək. Lakin Azərbaycan və Rusiya, bizim spiker Volodin belə konfransın keçirilməsinə tərəfdardır. Həmin tədbiri Xəzər sahilində 5 ölkənin şəhərlərindən birində keçirmək olar.
Sonda mən Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmək istərdim. Azərbaycan xalqına daha artıq firavanlıq, respublikanı narahat edən ən ağrılı problemlərin hamısının həll olunmasını arzu edirəm. Hesab edirəm ki, ən ağrılı problemləri yalnız qonşu ölkələr, bizim prezidentlər danışıqlar masası arxasında həll edə bilər. Lakin təəssüf ki, bu məsələyə üçüncü qüvvənin, bizim ölkələrimizdən bir neçə min kilometr uzaqda yerləşən qüvvənin müdaxilə etməsi göz qabağındadır. O, problemdən öz məqsədləri üçün istifadə edir. Mən, o cümlədən bu səbəbdən, ATƏT-in Minsk qrupuna şübhə ilə yanaşıram. 30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsi problemi həll edilməyib. Mən əminəm ki, Azərbaycanın inkişafına, onun həyatına kölgə salan məsələlər həll ediləcək. Əsas odur ki, Azərbaycan Respublikası düzgün istiqamətdə irəliləyir.
Mən həm ölkənizin vətəndaşlarına, həm də onun rəhbərliyinə uğurlar arzulamaq istərdim. Mənim üçün çox xoşdur ki, Azərbaycan rus dilinin inkişafı üçün əlverişli şəraiti qoruyub saxlayır, rusdilli məktəbləri saxlayır və yenilərini açır. Mən onu həmişə nümunə gətirirəm.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Prezident İlham Əliyevin fəaliyyətinə, onların respublikada rus dilinin və rus məktəblərinin qorunub saxlanması məsələsinə necə yanaşmalarına xüsusi hörmət bəsləyirəm. Mən Azərbaycan vətəndaşlarına, o cümlədən Rusiyada yaşayan azərbaycanlılara uğurlar, sevgi, dostluq, xoşbəxtlik arzu edirəm. Ümidvaram ki, mənim bütün arzularım və azərbaycanlıların Yeni il axşamında ürəklərində tutduğu niyyətlər həyata keçəcək!

 
  • Oxunub:  5580  |  
  • Tarix:  04-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA