Ana səhifə »  Siyasət »  Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb
A+   Yenilə  A-
Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

Dekabrın 5-də keçirilən konfransda “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi ilə bağlı 2018-ci ilin avqust və sentyabr aylarında aparılmış monitorinqin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycan dilinin inkişafı üçün hərtərəfli imkan yaradıldığını qeyd edib. Bildirib ki, vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul olunması dilimizə olan diqqətin və qayğının göstəricisidir. Prezident İlham Əliyev də Azərbaycan dilinin saflığına böyük önəm verir. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman buna bariz nümunədir.
Nuşirəvan Məhərrəmli qeyd edib ki, Milli Televiziya və Radio Şurası teleradio məkanında dövlət dilimizin saflığının qorunmasına xüsusi diqqət yetirir. Vaxtaşırı təşkil olunan bu cür monitorinqlər ümumi işimizə böyük fayda verir. Teleradiolarda ədəbi dillə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını, jarqonların və dilimizə yad sözlərin işləndiyini deyən MTRŞ sədri son vaxtlar mövcud nöqsanların aradan qaldırılması üçün müəyyən iş aparıldığını diqqətə çatdırıb. O deyib ki, televiziya rəhbərləri əməkdaşları işə götürərkən onların Azərbaycan dili üzrə biliklərini yoxlamalı, aparıcılar tərəfindən dil normaları qorunmalıdır. Dil nöqsanlarına reklamlarda və tibbi proqramlarda daha çox rast gəlinir. Teleradionun cəmiyyətə böyük təsiri nəzərə alınmalı, onların dili hamıya nümunə olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, ana dili xalqın özünüqoruma instinktini gücləndirən, onu səfərbər edən və birləşdirən, həmçinin bir toplumu digərlərindən fərqləndirən ən etibarlı vasitədir. Odur ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir.
“Ana dilimiz azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Azərbaycan dili həm müstəqil dövlət kimi getdikcə güclənən ölkəmizdə, həm də dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir. Bu dil nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, milli birlik də bir o qədər möhkəm və sarsılmaz olar”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, dövlət dili rəngarəng etnik və konfessional tərkibə malik müstəqil Azərbaycanın bütün vətəndaşlarının ürəkdən qəbul etdiyi və birləşdirici rol oynayan nadir mədəni-sosial fenomendir. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.
Azərbaycan dilinin keçdiyi inkişaf tarixindən danışan Əli Həsənov deyib ki, orta əsrlərdən başlayaraq Azərbaycan dili bizim yaşadığımız coğrafiyada və Avrasiyanın böyük bir geosiyasi məkanında yüksək hüquqi-siyasi status qazanaraq, mərkəzləşmiş Səfəvilər dövlətinin rəsmi dili olub. Sonrakı dövrdə də Azərbaycan dövlətçiliyinin ayrı-ayrı formaları çərçivəsində bu dil öz hüquqi-siyasi statusunu həmişə qoruyub saxlayıb.
Prezidentin köməkçisi Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksəltmək istiqamətində gördüyü mühüm işləri xatırladaraq qeyd edib ki, məhz bunun nəticəsində ana dilimiz dövlət dili statusu qazanıb, onun mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir.
Əli Həsənov bildirib ki, dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsini və saflığının qorunmasını Prezident İlham Əliyev Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir. Təəssüf ki, kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələr işlədilir. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncam imzalayıb. Sərəncamda dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanıb, Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi xüsusi qeyd edilib.
“Təəssüf ki, 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan nöqsanlara bu gün də təsadüf edilir. Buna görə də Prezident İlham Əliyev dövlət dilinin istifadəsi dairəsinin genişləndirilməsi və saflığının qorunması sahəsində mövcud problemlərin mütəmadi olaraq öyrənilməsi, monitorinqinin aparılması və nöqsanların aradan qaldırılması məqsədilə 2018-ci il noyabrın 1-də yeni Fərman imzalayıb. Həmin Fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinq aparılıb və düşünürəm ki, mütəxəssislərin iştirakı ilə monitorinqin nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılacaq”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan dili bizim mənəvi sərvətimizdir, dövlət atributlarımızdan biridir. Azərbaycan dili qədim və zəngin dildir. O, həmçinin əlavə edib ki, Mətbuat Şurası yarandığı gündən dilimizin qorunması məsələsinə xüsusi diqqət yetirir, mətbuatın dili ilə bağlı mütəmadi monitorinq keçirir. Təəssüf ki, mətbuatda da dil ilə bağlı çoxlu nöqsanlar var. Daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi sözlərdən yerli-yersiz istifadədir. Bu nöqsanlar jurnalistin qeyri-peşəkarlığından və dili yaxşı bilməməsindən irəli gəlir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd edib ki, Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyyətlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Belə olan halda Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik.
Akademik M.Nağısoylu bildirib ki, son zamanlar cəmiyyətdə rus dilindəki “uje” sözündən istifadə halları artıb. Şadlıq evlərinin adlarının yanına ingilis dilindəki “palace” sözünün yazılması nə məqsəd daşıyır? Bu, bizim dilimizdə “saray” deməkdir, bəs onda niyə saray deyil, “palace” yazırlar? Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, teleradio məkanında Azərbaycan ədəbi dilinin normaları xeyli pozulur. Bu gün radiolara qulaq asmaq olmur. Elə jarqonlardan istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİVDF mediada ədəbi dil ilə bağlı monitorinqlər aparılmasını dəstəkləyir və növbəti illərdə də bu layihələr davam edəcək.
Sonra monitorinq qrupunun mütəxəssisləri hesabatın nəticələri ilə bağlı açıqlama veriblər. Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi Mehriban Əlizadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktorları Təranə Şükürlü, Aynel Məşədiyeva və başqaları qeyd ediblər ki, Azərbaycan dili lüğət ehtiyatı, qrammatik struktur, ifadə planının zənginliyi baxımından mükəmməl olsa da, onun tətbiqi və təkmilləşdirilməsi ilə bağlı bəzi nöqsanlar var. Bu gün televiziyalarda aparıcıların nitqində özünü göstərən bir sıra nöqsanlar, ədəbi dil normalarının pozulması faktları dili qorumaq kimi nəcib missiyanın həyata keçirilməsi işinə ciddi xələl gətirir. Mütəxəssislər diqqətə çatdırıblar ki, müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar KİV-də, reklamlarda, sosial şəbəkələrdə və virtual reklamlarda insanların ixtiyarındadır. Bu gün hər bir şəxsin istənilən informasiyanı almaq üçün geniş imkanları var. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir.
Daha sonra teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb.
Qeyd edilib ki, monitorinqə 6 adda televiziya, 12 adda radio verilişləri cəlb olunub. Həmin verilişlər mövzu istiqamətinə görə təhlil edilib. Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubu səviyyədə pozulur.
Monitorinq nəticəsində qeydə alınan 4633 faktdan 2765-i fonetik, 511-i leksik, 684-ü üslubu səviyyədə norma pozuntusunun göstəricisidir. Televiziya verilişlərinin monitorinqi zamanı 3120 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 563-ü üslubu səviyyəyə aiddir. Radioların dilinin monitorinqi zamanı 1017 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-u üslubu səviyyəyə aiddir. Televiziya reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı müəyyənləşdirilib ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubu səviyyədədir.
Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubu səviyyəyə aiddir.
Konfransda monitorinqin davam etdiriləcəyi diqqətə çatdırılıb.

 
  • Oxunub:  4140  |  
  • Tarix:  06-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
21 Fevral 20:19
Veteranlar şuralarının hesabat yığıncağı olub
21 Fevral 20:10
Xocalı soyqırımı qurbanlarının xatirəsi Marneulidə anılıb
21 Fevral 19:55
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson ölkəmizin musiqi mədəniyyəti ilə tanış olub
21 Fevral 19:45
“Azərpoçt”la Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlığa dair müzakirələr aparıb
21 Fevral 19:34
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21 Fevral 19:11
Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
21 Fevral 19:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Fevral 18:40
ADU Beynəlxalq Türk-Qazax Universiteti ilə əlaqələrini genişləndirir
21 Fevral 18:17
“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusunda seminarlar yekunlaşıb
21 Fevral 18:02
Azay Quliyev: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövcud metodologiyasına yenidən baxılmalıdır
21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA