Ana səhifə »  Siyasət »  Hikmət Hacıyev: Ziddiyyətlərdən uzaq duran Azərbaycan səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir
A+   Yenilə  A-
Hikmət Hacıyev: Ziddiyyətlərdən uzaq duran Azərbaycan səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir

Çoxşaxəli beynəlxalq əməkdaşlığı dəstəkləyən Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu təşkilatın prioritet mövzuları beynəlxalq sülh və təhlükəsizlikdir.
Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə nəşr olunan nüfuzlu EURACTİV qəzetinin baş redaktoru Georgi Qotevə eksklüziv müsahibəsində yer alıb. AZƏRTAC qəzetdə dərc olunmuş müsahibəni təqdim edir.
- Postsovet məkanında bir neçə “dondurulmuş münaqişə” var. Amma onların bəzilərini “dondurulmuş” hesab etmək olmaz. Çünki bu münaqişələrdə hələ də silahlardan istifadə olunur, insanlar həyatını itirir. Dağlıq Qarabağ da belə münaqişələrdən biridir. Ermənistanda yeni baş nazirin hakimiyyətə gəlişindən sonra bu istiqamətdə hansısa dəyişikliklər olubmu? Münaqişənin həllində müsbət inkişafa ümid varmı?
- Bu il noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü qeyd olunub. Təəssüflə bildirmək lazımdır ki, bu gün Avropada, Azərbaycanın işğal altındakı əraziləri boyunca Birinci Dünya müharibəsini xatırladan səngərlər var. Buna görə sizinlə razıyam. Bu münaqişəni metaforik olaraq “dondurulmuş” hesab edənlər yanılır. Birinci və İkinci Dünya müharibələri göstərib ki, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı gücdən istifadənin dəhşətli fəsadları olur. Odur ki, dövlətlərin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməsinə cəhd qəbuledilməzdir.
Əgər Ermənistandakı yeni hökumət sivil dövlət qurmaq, əhalisini layiqli həyatla təmin etmək niyyətindədirsə, rəsmi Yerevan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərindən qoşunlarını çıxarmalıdır. Bundan əlavə, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmalı, ədalət bərpa olunmalıdır. Ədalət olmadan sülhü təmin etmək mümkün deyil.
Ermənistan qonşu ölkələrlə sülh şəraitində yaşamağı öyrənməlidir. O, hərbi təcavüzü, ərazi iddialarını və öz-özünü təcrid etməyi dayandırmalıdır. Yalnız bundan sonra hərbi riskləri aradan qaldırmaq, işğalla əsaslanan status-kvonu dəyişdirmək olar. Nəticədə münaqişənin siyasi yolla həllinə imkan yaranar.
Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər (Fransa, Rusiya, ABŞ) bu münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinə ehtiyac olduğunu hətta prezidentlər səviyyəsində dəfələrlə vurğulayıblar. Ermənistandakı yeni hökumətdən də bunu gözləyirik. Onlar əvvəlki hərbi xunta rejiminin səhvlərini təkrarlamamalıdır.
Bu ilin sentyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası əsnasında Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub. Nəticədə Azərbaycan konstruktiv mövqeyini, münaqişənin danışıqlar yolu ilə həllində qətiyyətini bir daha nümayiş etdirib. Atəşkəs rejiminin gücləndirilməsi, aşağı səviyyələrdə kommunikasiyanın yaradılması, danışıqlara dair öhdəliklərin təmin edilməsi ilə bağlı şifahi razılıq əldə olunub.
Azərbaycan Ermənistandakı seçkidən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır. Amma təəssüf ki, Bakının konstruktiv və xoşniyyətli mövqeyinə rəğmən, Yerevan Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu, danışıqlar üçün əlverişli mühitin yaradılmasına ciddi zərbə vurur.
- Ermənistanın Azərbaycanda ciddi narahatlıq yaradan fəaliyyətinə misal göstərə bilərsinizmi?
- Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində anneksiya siyasəti yürüdür, qeyri-qanuni fəaliyyətlər həyata keçirir. Bununla o, işğala əsaslanan status-kvonu möhkəmləndirməyə çalışır. Rəsmi Bakıda xüsusilə ciddi narahatlıq yaradan məsələ Suriya ermənilərinin işğal altındakı ərazilərdə məskunlaşdırılması, bu ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsidir. Humanitar hüquqa və Cenevrə konvensiyalarına əsasən, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət qadağandır. İşğal altındakı ərazilərdə mineral sərvətlərin istismarı və onların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrinə qeyri-şəffaf şəkildə ixrac edilməsi də ciddi narahatlıq yaradır. Bununla yanaşı, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan xalqının əsrlərlə mövcud olan mədəni irsini məhv edir. Onlardan bəzilərinin bərpası artıq mümkün deyil. Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfərlər, bu ərazilərdə qanunsuz əməllərin həyata keçirilməsi sülh prosesinə xələl gətirməklə yanaşı, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının kollektiv hüquqlarının pozulmasıdır.
- Rəsmi Bakı bütün qlobal ölkələrlə yaxşı əlaqələrə əsaslanan siyasət yürüdür. Lakin qlobal ölkələr arasında münasibətlər daha da pisləşir: ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər indiyədək görünmədiyi qədər pisdir, Vaşinqtonla Pekin arasında əlaqələrdə problemlər var, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər narahatedicidir. Bugünkü vəziyyəti necə qiymətləndirirsiniz? Bu, Azərbaycan üçün nə kimi nəticələr verə bilər? Ölkənizin beynəlxalq səviyyədə rolu necə olacaq?
- Beynəlxalq münasibətlərdə artan gərginlik və ziddiyyət dünya ictimaiyyətinin məsuliyyətli üzvü olan Azərbaycanı da narahat edir. Çünki rəsmi Bakı qanunlara əsaslanan beynəlxalq siyasi və iqtisadi düzəni dəstəkləyir. Bununla yanaşı, o, çoxşaxəli beynəlxalq münasibətlərin və əməkdaşlığın tərəfdarıdır.
Azərbaycan universal təsisatlarla bağlı islahatların və onların müasir dövrə uyğunlaşdırılmasının sadiq tərəfdarıdır. Bakı 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək (Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən beynəlxalq təsisatdır. Bu təşkilata üzv ölkələr heç bir hərbi bloka qoşulmur). Beynəlxalq sülh və təhlükəsizlik məsələləri Qoşulmama Hərəkatının gündəmində olan prioritet mövzulardır. Azərbaycanın sədrliyi dövründə bu hədəflərə töhfə verməsi üçün güclü iradəsi var. Azərbaycan ziddiyyətlərdən uzaq durur və ikitərəfli səmərəli əməkdaşlıq formaları ilə öz nümunəsini təqdim edir. Bu gün ölkəmiz qlobal sülh platforması rolunu oynayır. Müxtəlif mövqeləri olan ölkələr Azərbaycanda ortaq məxrəc tapır. Məsələn, Rusiya, ABŞ və NATO-nun hərbi liderləri müntəzəm olaraq Bakıda görüşürlər.
Yeri gəlmişkən, sualınız mənə Prezident İlham Əliyevin Şimali Atlantika Şurasının iclasındakı sözlərini xatırlatdı. Dövlətimizin başçısı o zaman demişdi: “Biz dostlarımızın da bir-biri ilə dost olmasını istərdik”. Bu bəyanat qüvvədə qalır.
- “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycan üçün nə qədər vacibdir? Əlbəttə, Beynəlxalq Dəniz Ticarət Limanı şübhəsiz ki, bu böyük mozaikanın bir hissəsidir. Amma Avropa İttifaqı Çinin bu planından narahatdır və bununla bağlı Pekinə öz təklifini verib. Ölkələr üçün uduşlu plan necə ola bilər?
- Azərbaycan tarixən qədim İpək Yolunun bir hissəsi olub. Ölkənin tarixi təcrübəsinə, coğrafi mövqeyinə, həmçinin Azərbaycanın qlobal ticarətə töhfə vermək əzminə görə rəsmi Bakı belə layihələrdə fəal iştirak edir. Bununla yanaşı, o, bağlantı və uzlaşmalarla əlaqədar müxtəlif modellərin yaradılmasına töhfə verir. Bu gün ölkəmiz regionda ən müasir infrastruktura malik dövlətdir. Buraya İpək Yolunun yerüstü, hava, dəniz və dəmir yolu komponentləri daxildir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bunun ən bariz nümunəsidir. Çinin “Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürməsindən etibarən Azərbaycan bu layihəni dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Aİ-nin uzlaşma və bağlantılarla əlaqəli konsepsiyasını da təqdir edir. Nəqliyyat dəhlizlərinin yaradılması təkcə yük daşınması demək deyil. Əlbəttə ki, bu, daha böyük anlam kəsb edir. Çünki qədim İpək Yolu göstərib ki, bu, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığı və qarşılıqlı zənginləşməsidir. Azərbaycan isə müasir infrastrukturu və geniş regionlara çıxış imkanları sayəsində “Şərq-Qərb” layihəsi vasitəsilə Çin və Avropa bazarlarının birləşməsinə töhfə verir. Bu layihə ilə Çindən Avropaya ən qısa və sərfəli müddətdə yük daşınması mümkün olacaq. Bununla çox sayda iş yerləri yaradılacaq, ölkələr çiçəklənəcək və sabitlik olacaq. Ölkələr üçün uduşlu plan məhz budur.
- Azərbaycan həm coğrafi, həm də digər xüsusiyyətlərə görə Türkiyə və İranla yaxındır. Amma Aİ üçün geosiyasi ambisiyalara malik belə tərəfdaşlarla işləmək hər zaman asan olmur. Bu məsələ ilə bağlı məsləhət verə bilərsinizmi?
- Qonşu ölkələrlə əlaqələr Azərbaycanın xarici siyasəti üçün prioritet məsələdir. Düzgün qeyd etdiniz ki, ölkəmizin həm Türkiyə, həm də İranla dostluq və tərəfdaşlıq əlaqələri var. Heç kəsə məsləhət verə bilmərik. Amma Azərbaycan öz təcrübəsini bölüşə və özü ilə bağlı nümunələri göstərə bilər. Ölkəmiz şəffaf, təxminedilən, müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı heç bir dövlətin daxili işlərinə qarışmır, Azərbaycan öz maraqları ilə tərəfdaşlarının maraqları arasında ortaq nöqtə tapmaq yolu əsasında regional əməkdaşlıq imkanları təklif edir.
Hesab edirik, ən yaxşı inkişaf bölüşülən inkişafdır. Nəticədə sülhə və dostluğa əsaslanan qonşuluq münasibətlərinin yaradılmasına töhfə veririk.
Azərbaycan Türkiyə və İranla ikitərəfli, həmçinin üçtərəfli formatda əməkdaşlıq edir. Bu, qarşılıqlı faydalı olan regional əməkdaşlığa töhfə verir. Sonda onu əlavə etmək istərdim ki, qarşılıqlı xoş niyyətə əsaslanan ümumi maraqlar və etimad sayəsində ikitərəfli əməkdaşlıq modelləri ilə bağlı uğur qazanmaq mümkündür.

 
  • Oxunub:  5310  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

26 May 18:32
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26 May 17:42
Aerobika gimnastikası üzrə Avropa çempionatı: daha bir neçə proqramda qaliblər müəyyənləşib
26 May 17:37
SATILMADAN ÖNCƏ...
26 May 17:29
“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb
26 May 16:45
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
26 May 15:51
DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
26 May 15:05
Aerobika gimnastikası üzrə Avropa çempionatında aerodans, qrup və üçlük proqramlarının qalibləri mükafatlandırılıb
26 May 12:03
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26 May 11:56
Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər
26 May 11:50
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
26 May 10:34
Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi
26 May 10:21
Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib
26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA