Ana səhifə »  Siyasət »  Tiranada keçirilən konfransda feyk xəbərlərə qarşı mübarizədə informasiya agentliklərinin rolu müzakirə olunub
A+   Yenilə  A-
Tiranada keçirilən konfransda feyk xəbərlərə qarşı mübarizədə informasiya agentliklərinin rolu müzakirə olunub

Dekabrın 3-də Albaniyanın paytaxtı Tirana şəhərində “İnformasiya agentlikləri feyk xəbərlərə qarşı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Albaniya Teleqraf Agentliyi (ATA) tərəfindən təşkil olunan konfransda müxtəlif ölkələrin aparıcı xəbər agentliklərinin, beynəlxalq və regional media qurumlarının rəhbərləri və nümayəndələri, tədqiqatçılar, tanınmış ekspertlər iştirak ediblər.
Konfransı açan Albaniya Teleqraf Agentliyinin baş direktoru xanım Armela Krasniqi müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrildiyini söyləyib. O deyib ki, yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. Yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik.
Polşa Xəbər Agentliyinin direktoru Voycieç Surmac yanlış məlumatlandırma siyasətinin bütün dünyanı əhatə edən problemə çevrildiyini söyləyib. O, feyk xəbərlərin yayılmasının qarşısının alınması üçün ənənəvi KİV-lərin sıx birləşməsinin, daha çox düzgün informasiya yaymasının vacibliyini vurğulayıb.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibi, Rumıniyanın AGERPRESS agentliyinin sabiq baş direktoru Aleksandru Giboi qeyd edib ki, feyk xəbər insanların həyatına, hətta dövlətlərin fəaliyyətinə təhlükə yaradır. Baş katib diqqətə çatdırıb ki, yanlış məlumatlandırma ilə mübarizədə informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Bu mübarizənin səmərəliliyini artırmaq üçün xəbər agentlikləri daim inkişafda olmalı və yalan məlumatlar yayan resursları qabaqlamağa çalışmalıdır.
Albaniya parlamentinin media məsələləri üzrə komissiyasının sədr müavini xanım Milva Ekonomi diqqətə çatdırıb ki, yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vura bilər. Xəbərlər mütləq analiz edilməli, onların dəqiqliyi araşdırılmalıdır. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir.
Feyk xəbərləri ciddi sosial bəla adlandıran Ukraynanın UKRİNFORM agentliyinin baş direktoru Oleksandr Karçenko bildirib ki, dezinformasiya istehsalçılarını tərksilah etməyin ən yaxşı yolu onların metodlarını hərtərəfli öyrənməkdir. Bu, bizə belə fəaliyyətin əsasında nəyin dayandığını dəqiqləşdirməyə imkan verər.
Həmkarlarının fikirlərini bölüşən Serbiyanın Tanyug agentliyinin baş direktoru xanım Maya Vojinoviç qeyd edib ki, feyk xəbərlər insanlar arasında təşviş və xaos yarada bilər. Xəbər agentlikləri dünyanın hər yerindən məlumatları anında əldə edir və yayır. Buna görə də hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır.
Yunanıstanın ANA/MPA agentliyinin baş direktoru Mixalis Psilos isə deyib ki, istənilən informasiyanın dəqiqliyini təkrar-təkrar yoxlamaq jurnalistin borcudur. O, saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-lərinin daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Kipr Xəbərlər Agentliyinin direktoru George Penintaeks qeyd edib ki, bu gün sərbəst, idarə olunmayan informasiyanın yayılması sürətlə artmaqdadır. Saxta xəbərlər tez bir zamanda ictimaiyyətə çatdırılır, bəzən həqiqətən də lazımlı, düzgün informasiyanı kölgədə qoyur. Nəticədə insanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Bununla səmərəli mübarizə yolları araşdırılmalıdır.
Anadolu Agentliyinin baş redaktoru Ogün Duru yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunduğunu, bunun ağır nəticələrə gətirib çıxardığını söyləyib. O, əvvəllərdə yalan xəbərlərin yayıldığını, sadəcə, hazırda texnologiyaların dəyişdiyini bildirib. Əlavə edib ki, agentliklərin yaydığı xəbərlər daha dəqiq olmalıdır. Mənbədən uzaqlaşdıqca xəbərin dürüstlük dərəcəsi də azalır.
Makedoniya Xəbər Agentliyinin İdarə Heyətinin üzvü Marian Tanuşevski feyk xəbərlərin bəzi bədxah qüvvələrin əlində alətə çevrilməsinin ciddi təhdidlər yaratdığını söyləyib. Marian Tanuşevski sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə bununla mübarizə aparmağın çətin olduğunu, səylərin birləşdirilməsini tələb etdiyini vurğulayıb.
Konfransda çıxış edən AZƏRTAC-ın baş redaktoru Cavid Bədəlov yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən danışıb. Baş redaktor diqqəti bu ilin oktyabrında Azərbaycanın paytaxtında keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunan “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya cəlb edib, həmin tədbirdə feyk xəbərlərlə mübarizə istiqamətində səmərəli müzakirələrin aparıldığını, faydalı təkliflərin irəli sürüldüyünü diqqətə çatdırıb.
Sonra konfransda yanlış məlumatlandırmaya qarşı mübarizə yolları, ənənəvi medianın, xüsusilə informasiya agentliklərinin bu mübarizədə rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı oktyabr ayında AZƏRTAC-ın, bu gün isə ATA agentliyinin ciddi narahatlıq doğuran bu mövzu ilə əlaqədar tədbirlər təşkil etmələrinin təqdirəlayiq olduğu vurğulanıb, belə sessiya və konfransların digər ölkələrdə də keçirilməsinin önəmi qeyd olunub.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA