Ana səhifə »  Siyasət »  Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir
A+   Yenilə  A-
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

Prezident İlham Əliyev: Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik
Milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.
Azərbaycanın xarici siyasət kursunda Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri isə iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.
İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır
Digər tərəfdən, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarusa 5 dəfə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Bu kontekstdə noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər münasibətlərin uğurla inkişaf etdiyini göstərir.
Sadalananların fonunda bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib. Bu isə iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz ifadəsidir. Ümumiyyətlə, Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
İkitərəfli münasibətlərin xarakteri və əhəmiyyətindən bəhs edərkən bir məqamı da vurğulamaq lazımdır. Bəhs olunan səfər öncəsi Azərbaycan Respublikasının Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilib.
Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirilib və iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, yekun protokol imzalanıb. Həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev Minskdə açılmış Azərbaycan Ticarət Evinə baş çəkib.
Prezidentlərin Birgə Bəyanatında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub
Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Bəyanatın 1-ci bəndində diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər.
Sözügedən bəyanatda, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub. Bəyanatın 6-cı bəndində qeyd edilib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər. 7-ci bənddə isə diqqətə çatdırılıb ki, tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər.
Əlbəttə, bütün bunlar Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu, bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.
Tərəflər beynəlxalq təşkilatlarda bütün məsələlərdə bir-birini dəstəkləyirlər
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı olaraq fəal və səmərəli münasibətlərini uğurla davam etdirir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər. Bəhs olunan səfər çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”nın 11-ci bəndində qeyd edilib ki, tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər. Dövlətimizin başçısı bu məqamlara toxunaraq vurğulayıb: “Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.
Şübhəsiz ki, bu reallıqlar Azərbaycan-Belarus münasibətlərinin yüksək etimada əsaslandığını, hər iki tərəfin milli maraqlarına xidmət etdiyini göstərir. Bütövlükdə isə, səfər çərçivəsində əldə olunan razılıqlar ikitərəfli münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”nın 22-ci bəndində də diqqətə çatdırılıb ki, tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin effektiv təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə etdilər.
2019-cu ildə ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək Belarus ilə Azərbaycan idman sahəsində də faydalı əməkdaşlığa malikdir
Məlumdur ki, Bakıdan estafeti qəbul edən Belarus gələn il ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Şübhəsiz ki, bu ölkədə yaradılmış güclü idman infrastrukturu Minskdə keçiriləcək Oyunların ən yüksək səviyyədə baş tutmasına imkan verəcək. Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”nın 21-ci bəndində də qeyd olunub ki, tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının faydalı xarakter daşıdığını, olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Yeri gəlmişkən, noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxışları zamanı da bu məsələ diqqət mərkəzində olub. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, 2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir: “Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm”.
Əlbəttə, Azərbaycanın 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirməsi, Oyunlara uğurla ev sahibliyi etməsi beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilir.
Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq mövcuddur
Səfər zamanı diqqət mərkəzində olan mühüm məsələlərdən biri Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq olub. Bəllidir ki, tərəflər arasında bu sahədə də uğurlu əməkdaşlıq mövcuddur. Qeyd edək ki, sözügedən səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulub. Bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri alıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.
Bütövlükdə, Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlıq səmərəli və faydalı xarakterə malikdir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  7860  |  
  • Tarix:  21-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA