Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur
14.11.2018 [09:50]
Gələn ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 918 milyon manat, xərcləri isə 24 milyard 780 milyon manat təşkil edəcək
Noyabrın 13-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Azərbaycanın Baş naziri Novruz Məmmədovun və digər hökumət üzvlərinin iştirak etdiyi iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlik haqqında məlumat verib. İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb: “2018-ci ilin doqquz ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilmişdir. Mən yalnız bir neçə rəqəmi qeyd etmək istərdim. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatmışdır. Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələmişdir ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir”. O.Əsədov bildirib ki, Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfinin sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi və ya 10 milyard manatdan çoxu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat çoxdur.
“2019-cu ilin dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayacaqdır. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edəcək. Diqqəti çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə yönəldiləcək xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat və ya 42 faiz çox olacaq. İcbari tibbi sığorta üçün əlavə olaraq 223 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir”, - deyə spiker vurğulayıb. O.Əsədov söyləyib ki, ölkə üçün strateji sahə olan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq.
Ölkə iqtisadiyyatında müsbət dinamikanın qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin rolunu qeyd edən spikerin fikrincə, dövlət büdcəsi zərfinin sənədləri mükəmməl tərtib edilib: “Bizə təqdim olunan büdcə sənədlərindən görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ÜDM-in gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. Bu rəqəm bir çoxlarına riskli görünə bilər. Lakin İqtisadiyyat Nazirliyinin dəqiq hesablamaları və aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən tədbirlər sayəsində nəzərdə tutulan artım real ola bilər. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətən 2,2 faiz çox olması da bizim iqtisadiyyatın inkişafından xəbər verir. Bu, bir daha göstərir ki, 2019-cu il və sonrakı 3 il üzrə makroiqtisadi proqnozlar İqtisadiyyat Nazirliyi tərəfindən yüksək səviyyədə hazırlanıb”.
O.Əsədov onu da bildirib ki, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur: “Bununla əlaqədar cənab Prezidentin təqdimatları Milli Məclisə daxil olmuşdur, növbəti iclaslarda müzakirə edəcəyik. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarında prinsipial dəyişikliklər gözlənilir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də özəl qeyri-neft sektorunda çalışanların gəlir vergisindən azad olunması bütün qalan məsələlərlə yanaşı, uzunmüddətli perspektivdə dövlət büdcəsi gəlirlərinin artmasına gətirib çıxaracaqdır. Bu islahatlar paketinin hazırlanmasında Vergilər Nazirliyinin rolunu yüksək qiymətləndirirəm. İnanıram ki, nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”.
Daha sonra iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda uğurlu islahatların davam etdirildiyini söyləyib. O bildirib ki, Azərbaycanda iqtisadi fəaliyyətin son 15 ildəki nəticələri kifayət qədər möhtəşəm rəqəmlərlə xarakterizə olunur. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir. Z.Səmədzadə qeyd edib ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Azərbaycan iqtisadiyyatı davamlılığını nümayiş etdirir: “Heç şübhəsiz, bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev tərəfindən aparılan düşünülmüş iqtisadi siyasət, ölkənin milli maraqlarına cavab verən iqtisadi inkişaf strategiyası dayanır. Dövlət büdcəsi bütün bu nailiyyətlərin əldə olunmasında mühüm bir vasitədir. Büdcənin hazırlanmasında iştirak edən strukturlar bu məsələyə kifayət qədər məsuliyyətlə yanaşırlar. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycanın dövlət büdcəsinin parametrləri, göstəriciləri ildən-ilə təkmilləşir, yaxşılaşır”.
Çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il icmal və dövlət büdcələrinin layihələri “Büdcə sistemi haqqında” qanundan irəli gələn tələbləri, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin strateji inkişaf prioritetləri və sosial iqtisadi siyasət hədəfləri, qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla tərtib olunub. 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyinin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək.
Samir Şərifov bildirib ki, 2019-cu il dövlət büdcəsinin xərclərinin tərtibi zamanı ölkəmizin uzunmüddətli sosial iqtisadi inkişafının prioritet istiqamətlərindən olan əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, kənd təsərrüfatının, qeyri-neft sektorunun stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39,9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək. 2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. Belə ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Bu sahələr üzrə Dövlət proqramlarının və məqsədli tədbirlərinin maliyyə təminatı üçün 888 milyon manat vəsait sərf ediləcək. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 2019-cu il üçün müəyyən etdiyi Dövlət İnvestisiya Proqramının layihəsində ilkin olaraq sosialyönümlü layihələrə investisiya qoyuluşu xərclərinin 14,1 faiz həcmində və yaxud 1 milyard manata yaxın vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Nazir diqqətə çatdırıb ki, əhalinin mənzilə tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzillər əldə etməsi, hərbi qulluqçuların mənzillə təmin olunması, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı xərclər 212 milyon manat məbləğində proqnozlaşdırılır. Ümumdövlət əhəmiyyətinə malik olmaqla ölkə əhalisinin böyük hissəsinin iştirakını əhatə edəcək bir sıra tədbirlərin maliyyələşdirilməsi, o cümlədən icbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 224 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Gələn il bələdiyyə seçkilərinin keçirilməsi üçün isə dövlət büdcəsindən 54 milyon manat vəsait ayrılıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 384 milyon manat məbləğində proqnozlaşdırılır. Xərclərin 84 milyon manatının muxtar respublikanın öz gəlirləri, 300 milyon manatının isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Dövlət büdcəsindən maliyyə yardımı şəklində cəm olaraq 40 milyon manatın ayrılacağını bildirən nazir deyib: “Qeyri-hökumət təşkilatlarına və bir sıra yaradıcılıq birliklərinə 9 milyon manat, siyasi partiyalara 3 milyon manat, xarici ölkələrdə olan mədəniyyət mərkəzlərinin saxlanılmasına 4 milyon manat, olimpiya idman komplekslərinin və digər idman qurğularının fəaliyyətinin tənzimlənməsinə 7 milyon manat, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon manat, Gənclər Fonduna 6 milyon manat, Elmin İnkişafı Fonduna 4 milyon manat, Azərbaycan Nəşriyyatına, Bilik Fonduna cəm olaraq 2,7 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur”.
Sonra çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının 2019-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası, proqnoz göstəriciləri büdcə sistemi haqqında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dünya iqtisadiyyatının inkişaf meyilləri, ölkənin sosial-iqtisadi inkişafı üzrə mövcud çağırışlar, strateji yol xəritələri, inkişaf konsepsiyaları və Dövlət proqramları ilə müəyyən edilmiş tədbirlər nəzərə alınmaqla hazırlanıb. Ş.Mustafayev söyləyib ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2019-cu ildə ÜDM-in 3,6 faiz, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulur. Dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Gələn il “Şahdəniz” yatağında neft və qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə isə orta hesabla 3,2 faizə yaxın artımın olması gözlənilir. Növbəti illərdə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili investisiyaların isə 10,4 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda orta hesabla 2,5 faiz artımın olması gözlənilir.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ilin dövlət büdcəsi qanunvericiliyə tam uyğun şəkildə hazırlanıb. 2019-cu il dövlət büdcəsi kəsirinin yuxarı həddinin 1862,6 milyon manat məbləğində müəyyən edildiyini deyən V.Gülməmmədov bildirib ki, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri qanun layihəsində əvvəlki illərə uyğun olaraq müəyyən edilib. Bununla belə, əvvəlki illərdə xarici kreditlər dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi nəzərdə tutulmur, kreditlərin məqsədli xarakter daşıdığı nəzərə alınmaqla icmal büdcənin xərcində ayrı komponent olaraq göstərilir və icmal büdcənin kəsirinin maliyyələşmə mənbəyi kimi qəbul olunurdu. 2019-cu ildə xarici kreditlər üzrə nəzərdə tutulan 1695,7 milyon manat əvvəlki illərdən fərqli olaraq icmal büdcə xərclərinin tərkibində ayrıca komponent kimi deyil, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkibinə daxil edilərək proqnozlaşdırılıb. Palata sədri deyib ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi müstəqillik dövrünün manat ifadəsində ən böyük büdcəsi olaraq tərtib olunub və ilk dəfə olaraq, büdcə qaydaları nəzərə alınıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 2019-cu il dövlət büdcəsində əvvəlki illərdən fərqli olaraq kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb. Onun sözlərinə görə, hazırda ölkəmizdə çoxlu sayda idxal məhsullarını əvəz edəcək məhsul istehsalı üzrə iri təsərrüfatlar və aqroparklar yaradılır: “Bu təsərrüfatların və xırda fermer təsərrüfatlarının səmərəli fəaliyyətini təmin etmək üçün hər il büdcədən kənd təsərrüfatına ayrılan vəsait artırılır. Gələn ilin büdcəsindən kənd təsərrüfatına 797 milyon manat və ya bu ilin gözlənilən icrasına nisbətən 14 faiz çox vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümumi büdcə xərclərinin 3,2 faizi deməkdir. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitinin artımı havayı getmir, yüksək səmərə verərək məhsul istehsalının artımına təkan verir. Keçən il ölkəmizdə 6 milyard 580 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib və respublika üzrə ümumi daxili məhsulun 5,4 faizi həcmində əlavə dəyər yaradılıb. Bu, 2017-ci ilin göstəricilərindən xeyli çoxdur. Fərəhli haldır ki, gələn ilin büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitin 420 milyon manatı və ya 53 faizi ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin stimullaşdırılmasına yönələcək və fermerlərin daha çox məhsul istehsalına əlverişli şərait yaradacaq. Son illər kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə etmək, yeni su kanalları və dəryaçaların inşa edilməsi, torpaqların münbitliyinin artırılması və eroziyasının qarşısının alınması üçün genişmiqyaslı işlər görülür. Bunun nəticəsidir ki, son iki ildə 200 min hektara yaxın əvvəllər istifadə olunmayan torpaqlar suvarılan əkin torpaqları dövriyyəsinə daxil edilib. Bu işləri davam etdirmək üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə gələn il 294 milyon manat və ya cari ilə nisbətən 50 milyon manat artıq vəsait ayrılması nəzərdə tutulur. Bu da ölkəmizdə büdcə vəsaitlərindən səmərəli istifadə olunduğunu sübut edir. Bütün bunlarla yanaşı, hesab edirəm ki, pambıqçılığı, baramaçılığı, çayçılığı, sitrus və zeytun bitkiçiliyini, fındıqçılığı daha da sürətlə inkişaf etdirmək üçün onların hər birinin stimullaşdırılmasına dair büdcədən vəsait ayrılması öz müsbət təsirini göstərərdi. Digər bir məsələ kənd təsərrüfatı kooperasiyası ilə bağlıdır. Bu barədə müvafiq qanun və təsdiq edilmiş Dövlət Proqramı vardır. Proqramın 9.0.1.-ci bəndində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulsa da, bu məsələ 2019-cu ilin dövlət büdcəsində əks olunmayıb. Yaxşı olar ki, büdcədən bu məsələnin həlli üçün vəsait ayrılması nəzərdə tutulsun”.
E.İbrahimov həmçinin Naxçıvan şəhərindən seçilən millət vəkili kimi, muxtar respublikanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşılmasını yüksək dəyərləndirib.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da çıxışında 2019-cu ilin dövlət büdcəsi layihəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələri dövlət büdcəsində öz əksini geniş şəkildə tapır. Gələn ilin büdcə gəlirlərinin artımı da bu faktı təsdiqləyir.
S.Novruzov həmçinin bəzi təkliflər irəli sürüb. O qeyd edib ki, Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır. S.Novruzov bildirib ki, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa, onun 50 faizi həmin təşkilatların hesabına keçir: “Hesab edirəm ki, əgər rayon öz büdcəsini yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu, çox vacib bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özünü təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.
Millət vəkili həmçinin təklif edib ki, rayonlarda yeni tikilən obyektlər, müəssisələr, o cümlədən idman kompleksləri istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir. Bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər. Bu addım həmin rayonlara sərmayələrin artmasına gətirib çıxara bilər. S.Novruzov, eyni zamanda, gələn ilin dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılmasını da təklif edib.
Müzakirələrdə həmçinin parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Qənirə Paşayeva, Tahir Mirkişili, Azay Quliyev, Musa Quliyev, Əflatun Amaşov və digərləri çıxış edərək gələn ilin dövlət büdcəsi ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələr bu gün davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27