Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq

Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq

16.10.2018 [08:45]

Prezident İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi biri-birini tam şəkildə bağlayan mühüm siyasi hadisələrdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini şərh edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.
Azərbaycan Xalq Cümhuriyyətinin məqsədinin müstəqillik, inkişaf və tərəqqi olduğunu diqqətə çatdıran Akkan Suver qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyev qısa zaman kəsiyində Cümhuriyyət hökumətinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində böyük nailiyyətlər qazanıb. Bu uğurların əsasında dərin zəka, yüksək intellekt, polad siyasi iradə, ən əsası isə, hakimiyyətlə xalqın birliyi dayanır. Bütün bu məqamlar barədə Əli Həsənovun məqaləsində ətraflı bəhs olunur.
“On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqalədə Azərbaycanın son 15 ildə qazandığı bütün uğurlar əsaslı şəkildə təhlil olunub. Bu elmi yanaşma Azərbaycanın uğurları ilə ətraflı tanış olmayan şəxslərdə belə ölkənin həqiqətləri barədə əyani fikir formalaşdırır. “Əminliklə deyə bilərəm ki, gələcəkdə bu məqalədən Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin araşdırılması üçün dəyərli mənbə kimi istifadə olunacaq”, - deyə professor Akkan Suver fikirlərini tamamlayıb.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31