Ana səhifə »  Siyasət »  Siyavuş Novruzov: Prezidentin nitqi qarşıya qoyulan böyük bir proqramdır
A+   Yenilə  A-
Siyavuş Novruzov: Prezidentin nitqi qarşıya qoyulan böyük bir proqramdır

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, 1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edib, Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdi. Siz həmin hadisələri necə xatırlayırsınız?
- Ümumiyyətlə, o dövr çox çətin bir dövr idi. Yəni Sovet İttifaqı dağılmışdı, bir quruluşdan başqa bir quruluşa keçid idi, ictimai-siyasi münasibətlər tamamilə dəyişmişdi və iqtisadi münasibətlər yeni sferaya keçmişdi. Lakin bununla yanaşı, müstəqillik əldə edən ölkələr içərisində ən acınacaqlı müstəqillik Azərbaycana nəsib olmuşdu. Bununla əlaqədar iki səbəb var idi, biri torpaqlarımızın ermənilər tərəfindən işğal olunması, müharibənin başlaması, ikinci məsələ isə ölkədə rəhbərliyin yerində olmaması idi. İstər müstəqillik əldə olunan ilk dövrdə Azərbaycana rəhbərlik edənlərin, istərsə də sonrakı dövrdəki rəhbərliyin səriştəsiz siyasəti nəticəsində Azərbaycan çox çətin bir vəziyyətə düşmüşdü. Bu baxımdan da insanlar fikirləşirdilər ki, bu vəziyyətdən bizi ancaq Ümummilli lider Heydər Əliyev xilas edə bilər. Nəticədə bir çox ziyalılar Ulu öndərə müraciət etdilər.
1992-ci ilin aprel-may aylarında “yaş senzi” ilə bağlı mitinqlər keçirildi. Heydər Əliyevin prezidentliyə namizədliyini 300-dən artıq müəssisə, təşkilat irəli sürmüşdü. Təzyiqlərə, təqiblərə baxmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, yerlərindən insanlar bu namizədliyi irəli sürməkdən çəkinmirdilər. Bu vəziyyəti görən həmin dövrdəki iqtidar 121-ci maddənin 2-ci bəndini tətbiq etdi. Həmin maddədə bildirilirdi ki, 65 yaşından yuxarı şəxslər prezident seçilə bilməzlər. Beləcə, Heydər Əliyevi sevən, Onu Azərbaycanın xilaskarı hesab edən insanlar “yaş senzi” ilə bağlı Ali Sovetin qarşısında 21 gün mitinq keçirdilər. Həmin mitinqdə tələb edilirdi ki, antidemokratik maddə çıxarılsın və Ümummilli liderin namizədliyi qeydə alınsın. O dövrdə biz sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdik. Mən özüm də həmin prosesdə iştirak edirdim. Lakin Mərkəzi Seçki Komissiyası parlamentin qəbul etdiyi Konstitusiyaya düzəlişi əsas gətirərək Ulu öndərin namizədliyini qeydə almadı. Belə olan halda oradakı insanlar, ziyalılar düşündülər ki, bu mübarizə burada bitməməlidir. Çünki bu cür idarəçilik Azərbaycanı tam uçuruma aparır və Azərbaycanı ancaq Heydər Əliyev xilas edə bilər. Beləcə, Ümummilli lider Heydər Əliyevlə bir neçə dəfə görüşlər keçirildi.
Sonra isə məşhur “91-lər”in Ulu öndərə müraciəti oldu. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 ziyalının Ulu öndər Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” adlı müraciətində də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. Buna cavab olaraq da Ümummilli lider “91-lər”in müraciətinə fikirlərini bildirdi və Azərbaycanın düşdüyü vəziyyəti geniş şərh etdi. Həmin çıxış “Səs” qəzetində dərc edildi. Ulu öndər Heydər Əliyev müraciətə cavabında Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi. O, Azərbaycan xalqının taleyində, Azərbaycan dövlətçiliyinin taleyində bir dönüş nöqtəsi oldu. Beləcə, noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. YAP-ın tarixi Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, yaşıddır. YAP yaradıldıqdan, Ümummilli lider bu partiyaya Sədr seçildikdən sonra insanlarda gələcəyə ümid artdı və nəticə etibarilə cəmi 8-9 aydan sonra YAP iqtidara gəldi”.
- Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edilib. Bu tarix hər il Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. Bu önəmli tarix haqqında nə deyərdiniz?
- Müstəqilliyin bərpası vacib şərtlərdən biridir. Əgər ölkəmiz 1918-ci ildən bu günə qədər müstəqil olsa idi, Azərbaycanın nailiyyətləri, uğurları daha çox ola bilərdi. Hətta mən deyərdim, Azərbaycan Avropa ölkələri ilə də müqayisə olunmazdı. Lakin bu illər ərzində ölkəmizin istər kənd təsərrüfatında, sənayedə, istərsə də neft məhsullarındakı və s. bütün sərvətləri başqa-başqa ümumittifaq qurumları tərəfindən mənimsənilirdi. O zamanlar qeyd olunurdu ki, iki ölkə özünü müstəqil yaşada bilər. Bu ölkələrdən biri Azərbaycan idi. Azərbaycanın hesabına isə digər ölkələr datasiya alırdılar və bizdən də yaxşı yaşayırdılar. Bizim qazancımız, sərvətlərimiz onların hesabına keçirdi. Hətta Böyük Vətən müharibəsi illərində qələbə əldə olunmasında Azərbaycan neftinin çox böyük rolu olub. Lakin bunun nəticəsi olaraq Bakıya qəhrəman şəhər adı verilməyib. Təbii ki, o zamanlar da qısqanclıq var idi və ikili standartlar mövcud idi. Azərbaycandan olan Sovet İttifaqı qəhrəmanlarının sayı digərlərindən daha az oldu. Çünki böyük erməni lobbisi o vaxt da SSRİ-nin Mərkəzi Komitəsində Mikoyanın və digərlərinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Əgər bu hadisələr olmasa idi, Azərbaycan görün nə qədər inkişaf etmiş bir dövlət olardı. Müstəqilliyin bərpasının özü də çox ciddi bir məsələdir.
Bildiyiniz kimi, dünyada 3 mindən artıq xalq var. Amma onların cəmi 200-nün dövləti var. Azərbaycan da o 200 dövlətin birincilərindəndir. Ölkəmiz 50-liyə düşən dövlətlər sırasındadır. Azərbaycan həm özünün iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi, beynəlxalq əlaqələri ilə, həm də özünün mədəniyyəti, tarixi ilə öndə gedən ölkələrdən biridir. Baxmayaraq ki, müstəqilliyin bərpası bizdə çox acınacaqlı oldu, amma Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu müstəqillik inkişaf etdi. Artıq bu müstəqilliyin bəhrəsini Azərbaycan xalqı görür.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq”...
- Ümumiyyətlə, 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı çox geniş iclas keçirildi. Cənab Prezident İlham Əliyev iclasdakı çıxışında istər kənd təsərrüfatı, sənaye, iqtisadiyyat, sosial sahə, istərsə də qaçqın və məcburi köçkünlərlə, şəhərsalma, ekologiya ilə bağlı və s. sahələrdə görülən işlərə toxundu və qarşıda duran vəzifələri müəyyənləşdirdi. İclasda korrupsiya, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa yardımın daha da artırılması, özəl sektorun inkişafı və buna mane olan amillərin aradan qaldırılması məsələlərinə də toxunuldu. O cümlədən şəhid ailələrinə veriləcək müavinətlər, qaçqın və məcburi köçkünlər üçün tikilən evlər, onların köçürülməsi və bu prosesdə olan neqativ hallar, onların aradan qaldırılması, həmçinin ayrı-ayrı sahələrdə - istehsal müəssisələri, ixrac, energetika, ölkənin qazlaşdırılması və işıqlandırılması ilə bağlı çox tutarlı şəkildə fikirlər söylənildi. Bunlar qarşıya qoyulan böyük bir proqramdır. Təbii ki, hər bir nazirlik, struktur da bu proqramdan irəli gələn vəzifələrlə bağlı öz iş planını tətbiq etməlidir və ona uyğun fəaliyyət istiqamətləri qurulmalıdır.
O cümlədən də Dağlıq Qarabağ məsələsi, Ermənistandakı yeni hakimiyyətin buna münasibəti və bununla bağlı aparılan danışıqlar məsələsi iclasda bir daha qeyd olundu. Bildiyiniz kimi, Paşinyan hakimiyyətə gələndə iddialar irəli sürürdü, sonra isə həyat yoldaşı başının dəstəsi ilə Dağlıq Qarabağa səfər etdi. Yəni o, Dağlıq Qarabağ siyasəti ilə bağlı tam qarışıq, qeyri-mücərrəd fikirlər ortaya qoydu. Cənab Prezident İlham Əliyev isə buna aydınlıq gətirdi ki, münaqişə tərəfi burada Ermənistandır. Qarabağ heç zaman tərəf ola bilməz. Təbii ki, bu, belədir. Bu danışıqlar Ermənistanın Xarici İşlər Nazirliyi və işğalçı ölkənin yeni seçilmiş rəhbərliyi ilə davam etdirilir. O baxımdan da həmin rəhbərlik bilməlidir ki, Azərbaycanın ərazisi danışıqların predmeti ola bilməz. Yəni burada məsələ sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn normalarına uyğun şəkildə həllindən gedir.
- Ölkə başçısı həmçinin çıxışında dedi ki, “Korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır və aparılacaqdır”. Bu haqda fikirlərinizi almaq istərdik.
- Biz şahidi olurduq ki, müxtəlif tikinti, şəhərsalma sahəsində bir mənzilin bir neçə vətəndaşa satılması prosesi mövcuddur. Burada vətəndaş aldadılırdı. Bütün görülən işlərin əsas məğzində vətəndaşın rahatçılığı dayanır. Hər bir şey vətəndaş üçün olunur. O cümlədən tikinti, abadlıq işlərində olan yeyintilər, vergidən yayınma halları ilə bağlı cənab Prezident qeyd etdi ki, vergidən yayınmaya son qoyulmalıdır: “Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
Əgər məmur sahibkarı müdafiə edirsə, o zaman qarşılıqlı rəqabət prinsipi pozulur. Təbii ki, bu rəqabət prinsipi pozulduğu təqdirdə də inkişaf ola bilmir. Bu bir növ inkişafa maneçilik törədir. Çünki biri müəyyən vəziyyətdən istifadə edir, digəri isə qanuni yolla öz fəaliyyətini göstərdikdə ciddi şəkildə fərq yaranır. Bu fərq yarananda isə qeyri-qanuni yolla qazanc əldə edənlər irəli çıxır, digəri isə tamamilə müflisləşir və nəticədə banklara borclu vəziyyətdə qalır. O baxımdan bu məsələ çox ciddidir, kiçik və orta sahibkarlığın inkişafında bunun xüsusi rolu var. Digəri qaçqın və məcburi köçkünlərə verilən mənzillərlə bağlıdır. Məsələn, eşidirlər ki, haradasa bina tikiləcək və ya söküləcək, dərhal danışıqlara başlayırlar, müəyyən məmurlarla əlaqəyə girərək orada siyahıya düşürlər. Halbuki haqqı çatan insan kənarda qalır. Bu cür hallar ayrı-ayrı sahələrdə də çoxdur. Bununla əlaqədar olaraq da cənab Prezident Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılması, Korrupsiya Komissiyasının özünün işinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verdi. Məsələn, ağacların kəsilib yerində bina tikilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Təbii ki, ölkə başçısı bunların da aradan qaldırılması məsələsini ciddi şəkildə ortaya qoydu.
- Cənab Prezident bildirdi ki, “2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib”...
- Prezidentlərin qarşılıqlı səfərləri, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlardakı mövqeyi, o cümlədən ölkəmizin həyata keçirdiyi layihələr (Avropa İttifaqı və digər dövlətlərlə) və bütün beynəlxalq təşkilatların ölkəmizlə həm iqtisadi yönümlü, ticari yönümlü, həm də siyasi yönümlü əlaqələr qurmaq istəyi, ölkəmizdə olan ictimai-siyasi sabitlik və iqtidar-xalq birliyi Azərbaycanın inkişafından, tərəqqisindən xəbər verir. Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Hər bir mötəbər məclisdə, təşkilatda və yaxud da hansısa keçiriləcək toplantıda Azərbaycan ev sahibliyi etmək istəyirsə, dərhal qərar ölkəmizin xeyrinə qəbul olunur. Çünki onların hər biri Azərbaycanın ən yüksək səviyyədə təşkilatçılığının şahididir. Azərbaycanda idman sahəsində dünya çempionatları, beynəlxalq yarışlar, Qran-Pri yarışları keçirilir və s. Eləcə də Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi, musiqi festivallarının keçirilməsi xalqlar arasında olan münasibətlərdir. Bu gün artıq Azərbaycanda hotellər azlıq təşkil edir. Azərbaycana gələn turistlərin sayına görə artıq vətəndaşlar regionlarda öz mənzillərini hotel kimi istifadə edirlər. Təbii ki, bununla da qazanc əldə edirlər. Bu, çox təqdirəlayiq haldır və yaxşı bir biznesdir. Bunu daha da genişləndirmək lazımdır. Turistlər o ölkəyə ayaq basırlar ki, orada yaşayış üçün şərait yaxşı olsun, infrastruktur olsun, rahatçılıq, sabitlik olsun. Bu baxımdan Azərbaycanın hərtərəfli nüfuzu artır və artmaqda da davam edir.
- Son olaraq, bildiyiniz kimi, bir qrup ictimai-siyasi təşkilat tərəfindən “Qarabağ mitinqi” keçirildi və növbəti mitinqin planlaşdırılması nəzərdə tutulub. Sizcə, buna ehtiyac varmı?
- Cənab Prezident Nazirlər Kabinetinin iclasında da bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti ola bilməz. Bu hər bir insana bir mesajdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı dövlətinin, Prezidentinin, xalqının mövqeyi bəllidir. İkinci bir tərəfdən, cənab Prezident bütün danışıqlarla bağlı ictimaiyyətə həmişə məlumatlar verir. Burada mitinq keçirməklə və yaxud da 5-10 adamı yığmaqla nəyə nail olmaq olar? Təbii ki, heç nəyə. Necə ki, vaxtilə “Şuşa getsə, başıma güllə vuracağam”, “bir maşın erməni başı gətirəcəyəm” deyənlər bugünkü mitinqlərdə öndə dayanıblar. Bunlar siyasi oyunbazlıq edirlər. Azərbaycan xalqı bunları görür və məhz onları boykot edirlər. O oyunbazlar başa düşsünlər, gedib öz işləri ilə məşğul olsunlar, Dağlıq Qarabağ adı altında öz oyunlarını oynamasınlar. Bir növ ölmüşlər özlərini yenidən diriltmək üçün Qarabağ adından, insanların həssas münasibət bəslədiyi məsələdən istifadə etmək istəyirlər. Eləcə də bir qrup Avropada oturub çağırış edir. Öz təminatını xarici kəşfiyyat idarələri, erməni lobbisi tərəfindən təmin edir. Bu cür düşüncəli insanların orada toplaşıb Qarabağ adı çəkməsinin özü, hesab edirəm ki, prosesə ziyan gətirir.

 
  • Oxunub:  6360  |  
  • Tarix:  11-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi

21:45
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
14:56
16 Oktyabr
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
14:47
16 Oktyabr
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib
14:44
16 Oktyabr
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir
14:41
16 Oktyabr
On beş ilin salnaməsi faktlar və rəqəmlərlə
14:22
16 Oktyabr
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
14:21
16 Oktyabr
Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin toplantısında təmsil olunur
13:58
16 Oktyabr
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
13:56
16 Oktyabr
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
13:52
16 Oktyabr
Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
13:50
16 Oktyabr
Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir
13:44
16 Oktyabr
Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib
13:41
16 Oktyabr
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
13:39
16 Oktyabr
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
13:31
16 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
13:22
16 Oktyabr
Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq
13:20
16 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:19
16 Oktyabr
Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir
13:00
16 Oktyabr
The Washington Times: Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
12:59
16 Oktyabr
Zakir Həsənov Çexiyaya səfər edəcək
12:29
16 Oktyabr
Üç rübdə külək elektrik stansiyalarında 32 milyon kilovat/saatadək elektrik enerjisi istehsal edilib
12:26
16 Oktyabr
Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir
11:51
16 Oktyabr
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:49
16 Oktyabr
Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:36
16 Oktyabr
Gənc müəllim: Tez-tez atəş səslərinin gəlməsinə baxmayaraq, şagirdlərin qorxmaması, dərsə həvəsi məni daha da ruhlandırır
11:33
16 Oktyabr
Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb
11:32
16 Oktyabr
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
11:31
16 Oktyabr
“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib
11:15
16 Oktyabr
Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
11:02
16 Oktyabr
"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
10:42
16 Oktyabr
Statistika Komitəsi əmək statistiklərinin XX beynəlxalq konfransında təmsil olunur
10:40
16 Oktyabr
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək
10:36
16 Oktyabr
Neft Fondunun 9 aydakı gəlir və xərcləri açıqlanıb
10:34
16 Oktyabr
Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb
10:27
16 Oktyabr
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
10:17
16 Oktyabr
Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər
10:16
16 Oktyabr
Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
09:46
16 Oktyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
09:09
16 Oktyabr
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA