Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə tərəfi indidən Ermənistandan enerji almaq niyyətindədirsə...

Türkiyə tərəfi indidən Ermənistandan enerji almaq niyyətindədirsə...

22.10.2009 [10:30]

Araz Əzimov: ...Türkiyənin maliyyə vəsaiti və bu ölkədə həyata keçirəcəyi sərmayə yatırımları Ermənistanın təcavüzkar siyasətini təşviq edəcək
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov KİV-də Türkiyənin Ermənistanla elektrik enerjisi təchizatı müqaviləsi imzalamaq niyyətləri ilə bağlı məlumatın əks olunması barədə sualı cavablandırıb. APA-nın xəbərinə görə, nazir müavini bildirib ki, KİV-də əks olunmuş bu kimi məlumatlar ifadə olunan narahatlığı bir daha təsdiq edir: “Belə ki, bundan öncə də verdiyimiz açıqlamalarda deyildiyi kimi, Türkiyə-Ermənistan sərhədinin açılması və onun ardınca iki ölkə arasında başlanacaq iqtisadi əməkdaşlıq nəticəsində Türkiyədən Ermənistana yönəldiləcək maliyyə vəsaiti Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə və bu ölkənin münaqişə ilə bağlı tərəflər arasında aparılan müzakirələrdə daha sərt mövqe tutmasına yardım edəcək. Mətbuatda yayılan bu məlumatlar həqiqətə uyğundursa və Türkiyə tərəfi artıq indidən Ermənistandan enerji almaq niyyətindədirsə, Türkiyənin maliyyə vəsaiti və bu ölkədə həyata keçirəcəyi sərmayə yatırımları Ermənistanın təcavüzkar siyasətini təşviq edəcək. Türkiyə ictimaiyyətinin bunu bilməsi vacibdir”.


Paylaş:
Baxılıb: 902 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30