Ana səhifə »  Siyasət »  Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib
A+   Yenilə  A-
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

Uğurlu enerji siyasəti ölkəmizin milli maraqlarına xidmət edir
Azərbaycanda neftçıxarmanın tarixi uzun bir dövrü əhatə edir. Quruda və dənizdə zəngin karbohidrogen ehtiyatlarına malik olan respublikamız bütün dünyada neftçıxarmada bir sıra yeni ənənələrin əsasını qoyub. Bununla belə, xalqımız malik olduğu təbii sərvətinin - zəngin karbohidrogen ehtiyatlarının bəhrəsini yalnız müstəqillik illərində görməyə başlayıb. Son 24 ildə ölkəmizdə Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyası uğurla reallaşdırılır. Ulu öndər yeni neft strategiyasında ölkəmizin reallıqlarını və imkanlarını əsas götürüb, ilk növbədə milli maraqlara istinad edib, müasir qlobal trendlərə əsasən respublikanın strateji inkişaf hədəflərini müəyyənləşdirib. Bu prinsiplər əsas götürülməklə reallaşdırılan yeni neft strategiyası müstəqillik illərində Azərbaycana regional və qlobal miqyasda böyük dividendlər qazandırıb, ölkəmizin iqtisadi gücünü, siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyev cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində xüsusi olaraq vurğulayıb ki, respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatları yalnız müstəqillik illərində ölkəmizin inkişafına, milli maraqlara xidmət edib. “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”, - deyə dövlət başçısı bildirib.
“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində Azərbaycan öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkəmiz bütün sahələrdə çox ciddi problemlərlə üzləşmişdi. İqtisadi tənəzzül, getdikcə artan inflyasiya, kəskin maliyyə çatışmazlığı, insanlarda sabaha inamsızlıq, xaos, Ermənistanın havadarlarının köməyi ilə apardığı işğalçılıq siyasəti - o dövrdə respublikanın mənzərəsini səciyyələndirən bu kimi mənfi amillər hələ kövrək olan müstəqilliyimiz üçün ciddi təhdidlər yaradırdı. Ən acınacaqlı cəhət o idi ki, ölkədə inkişaf üçün heç bir perspektiv görünmürdü. Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafının təməlini qoyan “Əsrin müqaviləsi” məhz belə bir şəraitdə - 1994-cü il sentyabrın 20-də imzalandı. Mürəkkəb tarixi şəraitdə iri neft şirkətlərinin Xəzərin Azərbaycan sektorunda əməkdaşlığa cəlb olunması Ümummilli lider Heydər Əliyevin müstəsna xidməti idi. Ulu öndər Öz nüfuzu və ciddi əsaslandırmaları sayəsində xarici neft şirkətlərini Azərbaycanın zəngin neft yataqlarının işlənməsinə sərmayə qoyuluşunun perspektivlərinə inandıra bildi.
Beləliklə, Xəzərin Azərbaycan sektorunda yataqların işlənməsi istiqamətində geniş fəaliyyətə start verildi. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1” özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu. 1997-ci ildə isə “Çıraq” yatağından neft hasilatına başlandı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə böyükhəcmli vəsaitlər daxil olub. Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamıza gələn neft gəlirlərindən səmərəli istifadə olunur. Belə ki, vəsaitlərin bir hissəsi ölkənin perspektiv inkişafı baxımdan zəruri olan iri infrastruktur layihələrinin icrasına, qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına və digər belə məqsədlərə yönəldilir, digər qismi isə Dövlət Neft Fondunda toplanır. Hazırda Azərbaycan təxminən 44 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin önəmini belə səciyyələndirib: “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ötən il Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu konsorsiumun payına düşür.
Azərbaycan transmilli şirkətlərlə əməkdaşlığı perspektivdə də davam etdirəcək. 2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb. Bundan başqa, yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.
Xatırladaq ki, Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə böyük həcmlərdə sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini Avropanın nəhəng infrastruktur layihəsi kimi səciyyələndirərək deyib: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri, əminəm ki, bunu təsdiqləyəcək”.
Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq.
Enerji layihələrinin icrası çərçivəsində nümunəvi regional və qlobal əməkdaşlıq formatı yaranıb
Beynəlxalq əməkdaşlıq bəhs olunan enerji layihələrinin uğurla icra edilməsində əsas amillərdən biri qismində çıxış edib. Burada, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq lazım gəlir. Enerji layihələrinin icrası çərçivəsində Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Enerji layihələrinin ərsəyə gəlməsində Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. Ümumiyyətlə, ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib.
Böyük Britaniyanı təmsil edən BP şirkəti indiyədək Azərbaycanda reallaşdırılan enerji layihələrinin əsas investorlarından biri qismində çıxış edib. Eyni zamanda, irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya hökuməti həmişə Azərbaycanın yanında olub. Bu əməkdaşlıq davam edir. Cari ildə Londonda Baş nazir xanım Meyin və Prezident İlham Əliyevin iştirakı ilə BP və SOCAR arasında növbəti enerji müqaviləsi imzalanıb. Bu, iki ölkə arasında strateji əlaqələrin yüksək səviyyədə olduğunu əks etdirir. Böyük Britaniya hökuməti Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə də öz dəstəyini göstərib.
Bu layihələrin həyata keçirilməsində maliyyə institutlarının böyük dəstəyini xüsusi qeyd etmək lazımdır. Onlar Azərbaycana inanır və öz maliyyə resurslarını ayırırlar.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur.
Xatırladaq ki, “Əsrin müqaviləsi”nə altı ölkəni təmsil edən 11 transmilli şirkət cəlb edilmişdi. Cənub Qaz Dəhlizinin icrasında isə yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3120  |  
  • Tarix:  21-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik

17:46
23 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
17:43
23 Oktyabr
“Caspian European Club”un enerji üzrə komitəsinin iclası təşkil edilib
17:42
23 Oktyabr
"Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı çapdan çıxıb
17:40
23 Oktyabr
Milli-mənəvi dəyərlərimizin qorunması dövlət-din siyasətinin tərkib hissəsidir
17:35
23 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
17:27
23 Oktyabr
Bakının Nərimanov rayonunda 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub
17:12
23 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
17:03
23 Oktyabr
Ərəb dövlətlərinin aparıcı media nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
16:53
23 Oktyabr
Azərbaycan ilə Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
16:32
23 Oktyabr
YAP-ın Sədr müavini Əli Əhmədov Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb
16:30
23 Oktyabr
Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub
16:21
23 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16:17
23 Oktyabr
SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
16:13
23 Oktyabr
Operativ məlumat: oktyabrın 23-dək qəbul məntəqələrinə 158 min tondan çox pambıq təhvil verilib
15:23
23 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
15:17
23 Oktyabr
Həştərxanda Xəzəryanı ölkələrin işgüzar qadınlarının forumu keçiriləcək
15:14
23 Oktyabr
İntiqam Babayev: Dövlət gənclər siyasəti çox uğurlu nəticələr verməkdədir
14:51
23 Oktyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsrailə səfərə yola düşüb
14:39
23 Oktyabr
Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
14:37
23 Oktyabr
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
14:25
23 Oktyabr
“Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Muzeyi ilə Moldova muzeyi arasında memorandum imzalanıb
14:00
23 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumu il bağlı mətbuat konfransı keçirilib
13:54
23 Oktyabr
Vüqar Hüseynov: Bakıda keçirilən yarmarkada bal məhsullarının böyük hissəsi satılıb
13:51
23 Oktyabr
Cavid Osmanov: Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir
13:48
23 Oktyabr
Dmitri Savelyevin Xocalı soyqırımı ilə bağlı bəyanatı Azərbaycanın haqq-ədalət çağırışlarının başlıca nəticələrindəndir
12:48
23 Oktyabr
Bakıda istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı keçirilir
12:35
23 Oktyabr
2006-cı ildən bu vaxtadək “Şərqi Azəri” platformasından 452 milyon barrel neft çıxarılıb
11:46
23 Oktyabr
Komitə sədri: Son 15 ildə Azərbaycanda 4 mindən çox sahibkar qadına güzəştli kreditlər ayrılıb
11:40
23 Oktyabr
Bakıda XXIV Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan” sərgisi açılıb
11:34
23 Oktyabr
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması multikulturalizm siyasətinin mühüm təzahürlərindəndir
11:17
23 Oktyabr
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olunub
10:31
23 Oktyabr
Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb
10:24
23 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:14
23 Oktyabr
Türkiyənin nəqliyyat və infrastruktur naziri: Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir
10:10
23 Oktyabr
Azərbaycan ilə Fransa arasında elmi tədqiqatların aparılmasına dair razılıq əldə olunub
10:04
23 Oktyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb
10:02
23 Oktyabr
Parisdə Azərbaycan şərablarının dequstasiyası keçirilib
20:38
22 Oktyabr
"Azexport" və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb
20:36
22 Oktyabr
VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkəni və 24 mötəbər beynəlxalq təşkilatı təmsil edən qonaqlar iştirak edəcək
20:34
22 Oktyabr
“Foreign Policy News”: Kayseride Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb
20:30
22 Oktyabr
Babək rayonunun 40 illik yubileyi qeyd olunub
20:21
22 Oktyabr
“Star” neft emalı zavodu Türkiyə və Azərbaycan iqtisadiyyatlarının perspektivləri baxımından çox böyük dividendlər vəd edir
18:00
22 Oktyabr
Prezident İlham Əliyev: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir
17:59
22 Oktyabr
Rauf Vəliyev: Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək
17:58
22 Oktyabr
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda içtirak edir
17:57
22 Oktyabr
MM-in deputatı: Bu sənaye kompleksi ölkəmizə mühüm iqtisadi divident qazandıracaq
17:55
22 Oktyabr
Eldəniz Səlimov: “Star” zavodunun iqtisadi inkişafımızda vacib rol oynayacaq
17:51
22 Oktyabr
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir
17:46
22 Oktyabr
Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir
17:44
22 Oktyabr
Bilik Fondu ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası arasında niyyət protokolu imzalanıb
17:43
22 Oktyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
17:25
22 Oktyabr
XİN: Sent-Etyen şəhərinin merinin Azərbaycanın işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik
17:11
22 Oktyabr
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib
17:08
22 Oktyabr
Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış xarici siyasət xəttini uğurla həyata keçirir
17:06
22 Oktyabr
Statistika Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
17:02
22 Oktyabr
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub
16:54
22 Oktyabr
Kamal Abdulla: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir
16:52
22 Oktyabr
Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir
16:49
22 Oktyabr
Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub
16:37
22 Oktyabr
ADPU-da “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib
16:35
22 Oktyabr
Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar üç rayonda maarifləndirmə tədbirləri keçirilib
16:02
22 Oktyabr
Vüqar Rəhimzadə: “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir
15:52
22 Oktyabr
Vüqar Bayramov: "Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır
15:46
22 Oktyabr
Flora Qasımova: Münaqişənin həllinə münasibətdə Azərbaycana beynəlxalq dəctək artıb
15:35
22 Oktyabr
AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək
15:31
22 Oktyabr
Latviyanın turizm portalı Azərbaycan mətbəxindən yazıb
14:47
22 Oktyabr
Ankarada Türkdilli Dövlətlərin Həmrəylik Günü qeyd olunacaq
14:44
22 Oktyabr
Ağcabədinin Qayğı qəsəbəsinə təbii qaz verilib
14:38
22 Oktyabr
Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair prioritet istiqamətlər mövcuddur
14:23
22 Oktyabr
Qırğızıstanlı qonalar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +24
gecə+13 +17