Ana səhifə »  Siyasət »  Türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələr verir
A+   Yenilə  A-
Türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələr verir

Prezident İlham Əliyev: Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Beynəlxalq müstəvidə işbirliyi, rəqabət, ziddiyyət, inteqrasiya və konfrontasiya-qarşıdurma meyillərinin müşahidə edildiyi bir şəraitdə regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri xüsusi əhəmiyyətə malikdir. Ortaq tarixə və mədəniyyətə malik olan dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq və inteqrasiya məsələləri də diqqət mərkəzindədir.
Şübhəsiz, uzun əsrlər boyu dünya tarixində öz ədəbiyyatı, mədəniyyəti və bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türkdilli xalqlar məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Ümumiyyətlə, tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin əsas məkanı qismində çıxış edən Avrasiya materikində türkdilli xalqlar millətlərarası münasibətlərin formalaşmasında, müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar.
Dünyanın mövcud geosiyasi şərtləri fonunda türkdilli dövlətlər arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türkdilli dövlətlər arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşünün keçirilməsi bu baxımdan xüsusi önəm kəsb edir.
Ölkəmiz türkdilli dövlətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinə malikdir
Qeyd etmək lazımdır ki, hazırda türkdilli dövlətlər arasında intensiv təmaslar həm tərəflər arasında çoxşaxəli münasibətlərin inkişafı, həm də regional və beynəlxalq əməkdaşlıq kontekstində mühüm əhəmiyyətə malikdir. O da vurğulanmalıdır ki, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan türkdilli dövlətlərlə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr, əsas etibarilə, siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir və bütün istiqamətlərdə əhəmiyyətli nəticələr əldə olunub. Bəhs olunan Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: “Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”.
Türkdilli dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı ilə yanaşı, humanitar məsələlərlə bağlı əməkdaşlıq kontekstində TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin də yüksək səviyyədə olduğunu qeyd etmək lazımdır. Bu təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, humanitar sahələrdə işbirliyinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı sözügedən çıxışında bununla bağlı qeyd edib: “Humanitar məsələlərə gəldikdə, xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan hər iki təşkilatda fəal iştirak edir”.
Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir
Hazırkı şəraitdə türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və inkişafı da xüsusi aktuallıq kəsb edir. Özəlliklə də, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya qoyuluşunun təşviqi üçun yeni mexanizmlərin işlənməsi xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev sözügedən çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir”.
Şübhəsiz ki, çox əlverişli sərmayə mühitinə malik olan Azərbaycan həm də qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar qoyur. Bu həm çoxşaxəli münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik”.
Əlbəttə, Azərbaycan qardaş ölkələrə investisiyalar qoymaqla həm özünün iqtisadi maraqlarını təmin edir, həm də sərmayə yatırdığı ölkələrdə yeni imkanlar yaratmış olur. Buna paralel olaraq qarşılıqlı investisiya qoyuluşunun təşviqi türkdilli dövlətlər arasında birliyin möhkəmləndirilməsinə və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən çox mühüm strateji faktordur. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.
Nəticə etibarilə, müasir beynəlxalq şəraitdə türkdilli dövlətlərin sıx iqtisadi-ticari əlaqələrinin inkişafı və mövcud potensialdan səmərəli istifadə olunması müstəsna əhəmiyyətə malikdir. Bu həm də Avrasiyada yeni tərəfdaşlıq platformalarının formalaşdırılmasına etibarlı zəmin yaradan, qlobal inteqrasiyaya və əməkdaşlığa töhfələr verən strateji amildir.
Regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri diqqət mərkəzindədir
Türkdilli dövlətlər öz praqmatik xarici siyasət kursları, o cümlədən çoxşaxəli münasibətləri ilə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfə verirlər. Mövcud geosiyasi reallıqlar kontekstində türkdilli dövlətlər arasında əlaqələrin sıx - intensiv xarakter daşıması və münasibətlərin inkişafı həm də regionda sülh və sabitliyin, beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
Regional təhlükəsizlikdən bəhs edərkən, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu xüsusi olaraq qeyd etmək lazımdır. Bu məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə diqqət mərkəzində olub. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti bütün beynəlxalq tribunalardan istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq deyib: “Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşmüşdür”.
Dövlətimizin başçısı xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparıldığını, hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini diqqətə çatdıraraq qeyd edib ki, bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır: “Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır”.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib: “Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”.
Bütövlükdə, bəhs olunan Zirvə görüşü türkdilli dövlətlər arasında müxtəlif sahələri əhatə edən əlaqələrin daha da gücləndirilməsi və münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  8130  |  
  • Tarix:  06-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
13 Noyabr 09:46
Məzahir Pənahov: Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımlar atılır
13 Noyabr 09:43
Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin müzakirəsinə başlanılıb
13 Noyabr 09:40
Azərbaycan Konstitusiyası və insan hüquqları
13 Noyabr 09:36
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupunun üzvlərinə müsahibə verib
13 Noyabr 09:31
Nəsiminin 650 illiyi münasibətilə salınacaq yaşıllıqlar ekoloji mühiti daha da sağlamlaşdıracaq
13 Noyabr 09:28
Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
13 Noyabr 09:25
Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13