Ana səhifə »  Siyasət »  AKP hakimiyyəti Türkiyəni rəzil etdi...
A+   Yenilə  A-
AKP hakimiyyəti Türkiyəni rəzil etdi...
Bir zamanlar Ermənistana qarşı radikal mövqe tutan Abdullah Gül və “onun komandası” bu gün erməniləri gül-çiçəklə qarşılayır, daş-qaşlı kresloda əyləşdirir
ötən gün Azərbaycan xalqı Türkiyə millisinin, türk xalqının ermənilərin üzərində qazandığı qələbəni bayraqlarla bəzədilmiş şəkildə maşınlarda, evlərdə səhərədək qeyd etdi. Amma Türkiyənin tarixi keçmişini, mədəniyyətini, soykökünü lazımsız məqamlar kimi kənara atan AKP hökuməti Azərbaycan xalqının minlərlə vətəndaşının qanı-canı bahasına qoruyub saxladığı milli rəmzini təhqir etdi...
Əlbəttə, Azərbaycan bayrağının azarkeşlərin əlindən alınaraq zibil qutularına atılması hər bir azərbaycanlının qəlbində dərin və çox məyus edici bir iz qoydu...
Bu məsələnin təfsilatına keçmək həqiqətən ağırdır. çünki, Azərbaycan xalqı özünə qarşı qardaşı tərəfindən belə bir addımın atılacağını heç zaman gözləməzdi. Lakin bu oldu...
Atatürk stadionunda düşmənlə əl-ələ...
AKP hökuməti tarixboyu əli türk qanına bulaşmış düşmən erməniləri Türkiyəni qanı, canı bahasına qurub-yaratmış Atatürkün adına olan stadionda elə qarşıladı ki, bu tarixi fakt heç zaman yaddaşlardan silinməyəcək. Erməni liderin daş-qaşla bəzədilmiş kresloda əyləşdirilməsi, xüsusi nəzarət altında bişirilmiş yeməklərlə qidalandırılması AKP hakimiyyətinin iç üzünü açıb ortaya qoydu. 1990-cı illərin əvvəllərində Abdullah Gül ermənilərlə heç bir zaman barışığın olmayacağını söyləyirdi. Amma bu gün o, Ərdoğanla birlikdə erməniləri Türkiyənin fəxri qonağı, ən nəhayət, qardaşları kimi əzizlədilər. Əlbəttə, bu faktlar əsla Azərbaycan xalqında hər hansısa qısqanclıq hissi yaratmır. Əksinə, xalqımız AKP hakimiyyətinin atdığı addımları görür və tarixi bir daha yadlarına salmağı özlərinə borc bilir...
1920-ci illərin əvvəllərində Türkiyə düşmən ölkələr tərəfindən işğal olunmaqda idi. Amma Yunanıstan, Fransa, İngiltərə və digər ölkələrin təcavüzünü dayandıran və bu gün AKP hökumətinin ruhunu təhqir etdiyi Atatürk Türkiyə Respublikasını yaratdı, dirçəltdi. Bu işdə isə azərbaycanlılar Atatürkə böyük yardımlar etmişdilər. Azərbaycanlı qadınlar zinət əşyalarını göndərməklə, kişilər isə tüfəng götürərək türk xalqının istiqlal savaşında qələbə qazanmasına köməklik göstərmişdilər...
Amma bu gün AKP hökuməti bütün bunları görməzdən gələrək, tarixi-mənəvi dəyərləri ayaq altına ataraq Azərbaycana və xalqımıza böyük zərbə vurdu...
Əslində, Ermənistanla futbol matçının Bursa Atatürk stadionunda keçirilməsi həm də türk xalqına bir mesaj idi. Təkcə protokolların imzalanmasından sonra Avropa İttifaqının yenidən Atatürklə bağlı maddənin Ana Yasadan götürülməsi tələbilə çıxış etməsi AKP hakimiyyətinin əsil simasını, kimlərə xidmət etdiyini və mesajın mahiyyətini açıb ortaya qoyur...
Bir sözlə, 2009-cu il oktyabrın 15-də Bursa Atatürk stadionunda Türkiyə-Ermənistan matçı və bu oyundan əvvəl baş vermiş hadisələr AKP hakimiyyətinin Türkiyəni rəzil etdiyini, Azərbaycanın maraqlarını ayaq altına atdığını açıq şəkildə göstərdi və bu, türkçülüyə, türk birliyinə təhqir oldu...
Türk xalqı AKP hökumətini heç zaman bağışlamayacaq
Türkiyə Prezidenti Abdullah Gül Ermənistan Prezidenti Serj Sərkisyanla görüşündən sonra mətbuata açıqlamasında bildirmişdi: “Tarih yazmıyoruz, tarihi yapıyoruz”.
Məhz “Türkiyə hakimiyyəti necə “tarih yapdı?” sualı bu gün böyük maraq doğurur... Əslində isə, Ermənistanla Türkiyə arasında sənədlərin imzalanmasından başlayan və futbol diplomatiyasının davamı ilə hələ də bitməyən bu tarix Türkiyənin Ermənistan qarşısında rəzilliyinin, alçalmasının tarixi olacaq...
Xatırladaq ki, Əhməd Davudoğlu sənədlərin imzalanması zamanı məğrur Edvard Nalbandyanın yanında iki qatlandı. Davudoğludan sonra isə baş nazir Ərdoğan “milliliyini” nümayiş etdirərək “Sarı gəlin” mahnısının hansı xalqa məxsus olmasının əhəmiyyət daşımadığını dilə gətirmişdi:  “Azərilərə, türklərə, ermənilərə aid olub-olmadığının heç bir əhəmiyyəti yoxdur - “Sarı gəlin”i dinlədikdə hamımız kövrəlirik. Sözləri fərqli olsa da, musiqisi ilə eyni mənanı anlayırıq. Ortaq gələcəyimizi də sülhpərvər siyasətlə birlikdə qurmalıyıq. Biz Ermənistanla bərabər gələcəyə birlikdə baxaraq dostluq quracağımıza inanırıq”.
Ermənistan Prezidentinə göstərilən hörmət, onun təmtəraqlı qəbulu da hələ uzun illər müzakirə mövzusu olacaq. Türkiyə və Ermənistan prezidentləri futbol matçını xüsusi hazırlanmış, Svarovski daşları ilə bəzədilmiş və hər birinin dəyəri 14 min dollar olan kürsülərdə əyləşərək izləyiblər...
Edvard Nalbandyan isə bildirib ki, Türkiyənin birinci xanımı, Abdullah Gülün həyat yoldaşı Serj Sərkisyanın səfəri şərəfinə özü şəxsən təamlar hazırlayıb: “Türkiyə prezidentinin həyat yoldaşının hazırladığı və Ankaradan gətirilmiş xüsusi yeməklər oldu. Bu jestlə Abdullah Gül Ermənistan prezidentinin qəbuluna xüsusi istilik gətirmək istədi”.
Bütün bunlar  - Abdullah Güllə Ərdoğanın Sərkisyanla davranışları, ona göstərilən hörmət, təmtəraq, sadəcə, qonağa hörmət təəssüratından daha çox, Türkiyənin Ermənistan qarşısında arzuolunmayan vəziyyətə düşdüyünü göstərdi.
Bunların müqabilində Ermənistan mətbuatı Ermənistan himninin fitə basıldığını, Ermənistan jurnalistlərinə daş atıldığını yazmaqla açıq şəkildə etiraf edir ki, Gülün və Ərdoğanın reveranslarına baxmayaraq, Türkiyə ictimaiyyəti Ermənistanı qəbul etmək fikrindən uzaqdır.
Göründüyü kimi, “Ermənistan açılımı” çərçivəsində baş verən hadisələr, proseslərin gedişi AKP hakimiyyətinin Türkiyəni Ermənistan qarşısında və bütün dünyanın gözündə alçaltdığını, Azərbaycana və türk birliyinə həqarət etdiyini sübut edir. Bundan sonra Ərdoğanın pafoslu bəyanatlarına, AKP nümayəndələrinin açıqlamalarına  inanmaq olarmı?
Ramil VƏLİBƏYOV

 
  • Oxunub:  16050  |  
  • Tarix:  16-10-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 21:57
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
23 Oktyabr 21:55
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 Oktyabr 21:53
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23 Oktyabr 21:38
Mübariz Qurbanlı: Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib
23 Oktyabr 21:32
Prezident İlham Əliyev: Bir imtiyaz var - vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək
23 Oktyabr 21:30
Azərbaycan-CAR əlaqələri müzakirə olunub
23 Oktyabr 21:19
Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
23 Oktyabr 21:12
Prezident İlham Əliyev: Kadr islahatları labüddür, qaçılmazdır
23 Oktyabr 21:02
Azərbaycan Prezidenti: Elə bir şərait yaradılmalıdır ki, hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun
23 Oktyabr 20:58
Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir
23 Oktyabr 20:55
Mərkəzi Seçki Komissiyası sədrinin yeni müavini seçilib
23 Oktyabr 20:48
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:45
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:38
Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
23 Oktyabr 20:35
Azərbaycan-İraq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
23 Oktyabr 20:28
Azərbaycan Prezidenti: Biz elə etməliyik ki, iqtisadi inkişaf dayanıqlı olsun
23 Oktyabr 20:25
Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb
23 Oktyabr 20:22
BƏƏ-nin Xarici İşlər üzrə Dövlət nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
23 Oktyabr 20:20
Prezident İlham Əliyev: Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq
23 Oktyabr 20:16
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib
23 Oktyabr 20:16
YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib
23 Oktyabr 20:00
Azərbaycan Prezidenti: İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir
23 Oktyabr 19:58
Qoşulmama Hərəkatının gənc nümayəndələri Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıblar
23 Oktyabr 19:53
Prezident İlham Əliyev: Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz
23 Oktyabr 19:51
Hulusi Kılıç: Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir
23 Oktyabr 19:47
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
23 Oktyabr 19:45
Prezident İlham Əliyev: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
23 Oktyabr 19:42
Azərbaycan-Keniya münasibətlərin perspektivlərinə dair müzakirələr aparılıb
23 Oktyabr 19:40
Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayında ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər müzakirə edilib
23 Oktyabr 19:38
Azərbaycan Prezidenti: Ölkə iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir
23 Oktyabr 18:00
Azərbaycan və İran Xarici İşlər nazirlərinin görüşü olub
23 Oktyabr 17:55
Xorxe Arreaza Monserrat: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qlobal sülh və əmin-amanlığa xidmət edəcək
23 Oktyabr 17:48
Azərbaycan-Serbiya əlaqələri müzakirə olunub
23 Oktyabr 17:45
Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib
23 Oktyabr 17:43
Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri davam etdirilir
23 Oktyabr 17:41
Avropanın mərkəzində tədbir: Bakıdan kimlər gedir?
23 Oktyabr 17:37
Bakı Dövlət Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
23 Oktyabr 17:30
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib
23 Oktyabr 17:03
Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
23 Oktyabr 17:00
Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib
23 Oktyabr 16:24
Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
23 Oktyabr 15:58
Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib
23 Oktyabr 15:46
YAP Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib
23 Oktyabr 15:42
YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
23 Oktyabr 15:37
UNICEF-in Azərbaycandakı nümayəndəsi dövlətimizin qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasəti barədə məlumatlandırılıb
23 Oktyabr 15:34
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
23 Oktyabr 15:17
Zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görürlər
23 Oktyabr 14:47
Azərbaycanla Banqladeşin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib
23 Oktyabr 14:31
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23 Oktyabr 14:27
"İslahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır"
23 Oktyabr 14:23
Tahir Süleymanov: Bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir
23 Oktyabr 13:59
İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub
23 Oktyabr 13:56
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
23 Oktyabr 13:55
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Goranboyda vətəndaş qəbulu keçirib
23 Oktyabr 13:50
Eldəniz Səlimov: Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir
23 Oktyabr 13:11
Naqif Həmzəyev: Prezident İlham Əliyevin kadr islahatları ölkənin, cəmiyyətin xeyrinədir
23 Oktyabr 13:05
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23 Oktyabr 12:59
Bakıda alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı təşkil olunacaq
23 Oktyabr 12:55
Nazir müavini: Azərbaycanda innovasiya strategiyası layihəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir
23 Oktyabr 12:49
Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 12:47
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb
23 Oktyabr 12:35
Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
23 Oktyabr 12:23
Bu il Azərbaycandan 2780 çeşiddə məhsul göndərilib
23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA