Ana səhifə »  Siyasət »  Televiziya xalqın dünyadakı ictimai təmsilçisidir
A+   Yenilə  A-
Televiziya xalqın dünyadakı ictimai təmsilçisidir
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında efir məkanında mövcud duruma həsr olunmuş növbəti Dəyirmi masa keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2 oktyabr tarixli sayında dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi cəmiyyətimizin bütün kəsimləri tərəfindən müzakirə predmetinə çevrilib. Akademikin ölkənin efir məkanındakı problemlərlə bağlı iradları, səsləndirdiyi fikirlər həqiqətən də ziyalı mövqeyidir. Gələcək nəslin tərbiyəsində, millətin vətənpərvərlik ruhunun yüksəldilməsində, o cümlədən, milli-mənəvi dəyərlərin qorunmasında televiziyaların rolu olduqca böyükdür. Buna görə də, akademik Ramiz Mehdiyevin qələmə aldığı məqalə cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir və müzakirə edilir. “Yeni Azərbaycan” qəzetinin bu mövzu ilə əlaqədar keçirdiyi növbəti Dəyirmi masanın qonaqları Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və Yeni Azərbaycan Partiyası Əzizbəyov rayon təşkilatının sədri Namiq Əhmədovdur.
- Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi günümüzün ən aktual problemlərindən birinə həsr olunub. Televiziyalar bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. İstər informasiya mübadiləsi baxımından, istərsə də mənəvi dəyərlərin formalaşdırılmasında televiziyaların rolu danılmazdır. Ona görə də, istərdik ki, Azərbaycan siyasi palitrasının ən aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatlarının sədrləri də bu məsələyə öz münasibətlərini bildirsinlər.
Namiq Əhmədov: Həqiqətən də, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın efir məkanında olan problemlərlə bağlı qaldırdığı məsələ olduqca aktualdır. Təbii ki, demokratik Azərbaycanda bütün sferalarda inkişaf getdiyi kimi, yazılı mətbuatda, elektron KİV-də də inkişaf tendensiyası hiss edilir. İnformasiya əsri sayılan XXI əsrdə televiziyaların cəmiyyətin inkişafında, ictimai münasibətlərin formalaşmasında rolu böyükdür. ümummilli liderimiz Heydər Əliyevin KİV-in inkişafına və azadlığına verdiyi töhfələrdən biri də Azərbaycanda özəl televiziyaların yaranması prosesidir. Bu gün özəl teleşirkətlər müstəqil qurum olaraq öz fəaliyyətlərini istədikləri şəkildə tənzimləyə bilirlər. Amma bu müstəqillikdən sui-istifadə etmək olmaz. Təəssüf ki, “şou-biznes” adlandırılan millətimizin mənəvi dəyərlərinə uyğun olmayan, milli mentalitetimizə əks verilişlər bu gün efir məkanında çoxluq təşkil edir. Bəzi özəl telekanallar öz biznes maraqları xatirinə milli-mənəvi dəyərlərimizin pozulmasına, o cümlədən, xalqı SMS oyunları vasitəsilə aldatmağa belə gedirlər. Bu, yolverilməzdir. Hamı dərk edir ki, istər elektron, istərsə də yazılı KİV öz varlığını reklam bazarı vasitəsilə qoruyur. Amma nəzərə almaq lazımdır ki, reklam bazarında həm qanunun tələbləri, həm də xalqın milli-mənəvi dəyərləri nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən hörmətli akademikimiz Ramiz Mehdiyevin qaldırdığı problemlər xalqın, millətin dəyərlərinin qorunmasına xidmət edir. Həqiqətən də, dəyərli ziyalımızın irəli sürdüyü fikirlər xalqımızı narahat edən problemlərin həllinə yönəlib. Fikrimcə, həmin məqalədə göstərilən arqumentlər, istiqamətlər Azərbaycanın efir məkanında yayımlanan televiziyaların hər biri üçün yüksək dərəcəli konsepsiya rolunu oynaya bilər. çünki hörmətli akademikimizin də qeyd etdiyi kimi, bu gün efir məkanımızda olan problemlər həddindən artıq çoxdur. Bu, mənim şəxsi fikrimdir ki, özəl kanallar arasında daha çox ATV fəaliyyətinə diqqət etməlidir. Bir neçə gündür bu kanal bəzi verilişlərində korrektələr etməyə cəhd göstərsə də, çatışmazlıqlar tam aradan qaldırılmayıb. Mən bunu bir tamaşaçı kimi görürəm. Amma sevindirici haldır ki, Azərbaycanın efir məkanında dövlət televiziyası, İTV kimi milli-mənəvi dəyərlərin keşiyində dayanan telekanallar da mövcuddur. Təbii ki, bu kanallarda da müasir musiqi, o cümlədən, dünya və yerli şou-biznes nümayəndələri göstərilir, amma ifrata varılmır. Bu kanallar öz verilişlərini hazırlayarkən milli mentalitetə söykənən əxlaq prinsiplərini, o cümlədən, demokratiya ilə yanaşı, milli özünəməxsusluğu qoruya bilir. Təəssüf ki, özəl kanallar haqqında bu fikirləri deyə bilməyəcəm. Ən pis hal isə odur ki, özəl telekanallar televiziyaya günün ən çox baxılan hissəsində, yəni, axşam saatlarında yalnız şou ab-havalı, ucuz, bayağı musiqi üzərində köklənən, milli əxlaqa uyğun olmayan verilişlərə üstünlük verirlər. Ən biabırçı hal isə bu verilişləri aparan şəxslərdir. Təsəvvür edin ki, bəzi hallarda buna biliyi, səviyyəsi, istedadı imkan verməyən insanlar efirdən xalqa əxlaq dərsi keçmək istəyir. Bu, yolverilməzdir. Hətta həmin insanların adi efir mədəniyyəti belə yoxdur. Bu cür cılız hisslərə malik, heç bir intellekti olmayanlar necə yüksək materiyadan danışa bilərlər? Bu məsələlərlə bağlı hər zaman narazılıqlar olub. Amma hörmətli akademik Ramiz Mehdiyevin münasibəti problemin daha böyük masştabda müzakirəsinə zəmin yaratdı. Bu gün həm mətbuat, həm ictimaiyyət məsələ ilə bağlı polemikalar təşkil edir, müzakirələr aparır. İnanıram ki, bu müzakirələr müsbət istiqamətdə nəticələrlə yadda qalacaq.
Asif İmaməliyev: Həqiqətən də, bu mövzu ictimaiyyətimizi narahat edən bir məqamdır. ümumiyyətlə, hər hansı bir dəyərləndirmə üçün mütləq müqayisə aparmaq lazımdır. Mən istərdim Azərbaycan mətbuatının bugünkü vəziyyəti ilə ümummilli lider Heydər Əliyev siyasi kursunun başlanğıcı və ona qədərki dövr arasında bir müqayisə aparım. ötən əsrin son onilliyinin əvvəlində Azərbaycanın efir məkanı çox dar idi. Sadəcə, bir dövlət televiziyası fəaliyyət göstərirdi. Həmin zamanda da hakimiyyətdə olan bir qrup şəxs bu televiziyada ictimai fikrin təhrifinə, yalnız şəxsi qrup mənafeyinə uyğun təbliğatın aparılmasına maraq göstərirdi. Bölgələrlə bağlı fərqli, həqiqətə uyğun olmayan informasiyalar səsləndirilir, hazırlanan tele-şou və ya debatlar da siyasi məqsədlərə yönəldilirdi. 20 Yanvar faciəsindən ötən ilk iki il ərzində televiziyada bu qətliamla bağlı siyasi dəyərləndirmə aparılmırdı. ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, mətbuata da plüralizmin, azadlığın verilməsi ilə müşayiət olundu. Ulu öndər hər zaman mətbuatın müstəqil fəaliyyətinə xüsusi önəm verirdi. Bunun nəticəsi idi ki, uzun illərdən bəri mətbuatın üzərində Domokl qılıncı kimi asılan senzura ləğv olundu. Ulu öndərin şəxsi diqqəti sayəsində Azərbaycanın efir məkanında rəngarənglik yarandı, özəl televiziyalar fəaliyyətə başladı. Bu addım, özəl televiziyaların yaranması Azərbaycanda fikir azadlığına yol açdı. Bu ümummilli lider Heydər Əliyevin xidməti idi. Bu mənada Azərbaycanda televiziyaçılıq, yayımçılıq olduqca yüksək inkişaf yolu keçdi, onların həyatında yeni bir səhifə açıldı. Bu gün artıq televiziyalar qeyd etdiyimiz siyasi təzyiq vasitəsi rolunu oynamır, onlar xalqın informasiya mənbəyi statusunu alıb. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları mətbuatın inkişafına, onun müstəqil fəaliyyətinə hər zaman xüsusi diqqət göstərir. Televiziyaların inkişafı dövlətin diqqətindədir, baxmayaraq ki, onlar müstəqil qurumlardır. Bu diqqətin nəticəsində ölkəmizdə 10-a yaxın müstəqil teleşirkət, o cümlədən, regionlarda televiziyalar fəaliyyət göstərir. Dünya inkişaf edir. Azərbaycan son dövrlərdə istər iqtisadi, istərsə də siyasi cəhətdən olduqca yüksək inkişaf yolu keçib. Məhz bu inkişafın nəticəsidir ki, xalqımız yeni texnologiyaları mənimsəyir, keyfiyyətli informasiya tələbini artırır, peşəkarlıq səviyyəsi ortaya çıxır. Belə bir dövrdə hörmətli akademikimiz Ramiz Mehdiyevin yazdığı məqalə teleməkanda olan problemləri olduqca şəffaf şəkildə ortaya qoyur. Bu məqalədə televiziyanın inkişaf yolu olduqca gözəl əks olunub. Bununla yanaşı, mövcud çatışmazlıqlar çox incə bir şəkildə qeyd edilib. Məqalədə qeyd olunan iradlar ziyalı fikirləridir və mənim fikrimcə, televiziyalarımız bu fikirlərdən istifadə etməli, öz fəaliyyətlərində korrektələr aparmalıdır. Təbii ki, hər şeylə yanaşı, iqtisadi marağı da nəzərə almaq lazımdır. Bu faktdır ki, özəl televiziyalar reklam gəlirləri vasitəsilə mövcudluğunu qoruyur. Amma nəzərə almaq lazımdır ki, hər bir məqamdan öncə milli dəyərlərimiz qorunmalıdır. Bu gün efir məkanında Ramiz müəllimin də qeyd etdiyi kimi, vətənpərvərlik mövzusunda verilişlərin sayı və keyfiyyəti artırılmalıdır. Eyni zamanda, cəmiyyətimizin intellektual səviyyəsini əks etdirmək üçün fərqli intellektual layihələrin həyata keçirilməsinə ehtiyac var. Bir sözlə, görüləsi işlər çoxdur. Fikrimcə, hörmətli akademikimizin bu məqaləsi həm cəmiyyətimizə, həm teleməkanda işləyən insanlara gözəl, dəyərli tövsiyələrdir. İnanıram ki, bu fikirlər televiziya rəhbərləri tərəfindən dəyərləndiriləcək və efir məkanımızın gələcək inkişafında mühüm rol oynayacaq.
Nəbi Xəlilov: Hörmətli həmfikirlərimin qeyd etdikləri kimi, akademik Ramiz Mehdiyevin Azərbaycan teleməkanının problemlərini və bu problemlərdən çıxış yollarını özündə əks etdirən məqaləsi yerində və vaxtında səsləndirilən dəyərli fikirlərdir. Sevindirici haldır ki, akademikimizin bu fikirləri cəmiyyətdə geniş diskussiyaya səbəb olub. Məqalə milli-mənəvi dəyərlərin qorunması istiqamətində böyük narahatlığı özündə əks etdirir. Mövzu ətrafında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı geniş müzakirə təşkil edib. Gənclərlin də iştirakı ilə bu mövzu ilə əlaqədar Dəyirmi masa təşkil olunub və onların fikirləri dinlənilib. Bu gün teleməkanda milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün ilk növbədə veriliş aparıcıları, diktorlarımız hazırlanmalıdır. Sovet dövründə efirə buraxılan hər bir veriliş və ya radioda səsləndirilən fikirlər senzuradan keçməli idi. Bu isə söz azadlığını, fikir plüralizmini inkişaf etməyə qoymurdu. Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu senzura ləğv olundu və mətbuatımız öz müstəqilliyini əldə etdi. Diqqətə çatdırmaq istəyirəm ki, sovet dövründə tətbiq olunan senzura həm də aparıcıların efir mədəniyyətini, diksiyasını, dil üslubunu tənzimləyirdi. Hətta ən xırdalıqlara belə diqqət yetirilirdi. Amma son dövrlərdə nəyin şahidi oluruq? Dövlətimizin televiziyalara verdiyi müstəqillik onunla nəticələnir ki, yayımçılar ucuz reklam xatirinə, hətta ən aşağı səviyyədə savada malik olmayan, dilçilik anlayışı olmayan insanları belə efirə çıxarır. Bu, olduqca ağır fəsadlar törədə bilər. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan televiziyaları peyk vasitəsilə dünyanın bir çox dövlətlərinə yayımlanır. Bu nöqteyi-nəzərdən xarici ölkələrdə Azərbaycan televiziyaları bir növ dövlətimizin ictimai təmsilçisidir. Biz öz xalqımızın mədəniyyətini, tarixini təbliğ etməliyik.
Hörmətli akademik Ramiz Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, bu gün dünya efir məkanı fərqli fəaliyyət istiqamətlərindən bəhrələnir. Məsələn, dünyanın əksər tanınmış televiziyaları müstəqil prodakşn şirkətləri ilə işləyir. Bunun nəticəsidir ki, ortaya qoyulan veriliş həm keyfiyyət etibarilə, həm də maraq kəsbetmə baxımından yüksək səviyyəyə malikdir. Azərbaycanda da yeni texnologiyalardan istifadə olunmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, efirə gedən verilişlər həmin millətin milli xüsusiyyətlərini özündə daşısın. Qoy, bütün dünya Azərbaycanın əvəzsiz milli əxlaqını, mentalitetini, adət-ənənəsini görüb onunla tanış olsunlar. İstər keçmişimizdə, istər bu günümüzdə Azərbaycan xalqı əvəzedilməz və özünəməxsus milli dəyərləri ilə seçilib. Sevindiricidir ki, hörmətli Ramiz müəllimin bu məqaləsindən sonra cəmiyyət bu problemlərin ortadan qaldırılması üçün səfərbər olub. Yəqin ki, çox qısa bir müddətdə hörmətli akademikimizin tövsiyələri nəticəsində teleməkanımızda müsbətə doğru inkişafın şahidi olacağıq.
Pərviz SADAYOÄžLU,
Ramil VƏLİBƏYOV
 
  • Oxunub:  16500  |  
  • Tarix:  16-10-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18