Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Binəli Yıldırım: Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir

Binəli Yıldırım: Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir

30.08.2018 [09:23]

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.
Türkiyə Böyük Millət Məclisinin sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, səmərəli müzakirələr apardığını qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan parlament sədri ölkələrimiz arasında ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşunun genişləndiyini, strateji layihələrin davamlı olaraq həyata keçirildiyini, bütün istiqamətlərdə əlaqələrimizin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30