Ana səhifə »  Siyasət »  Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir
A+   Yenilə  A-
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir

Prezident İlham Əliyev: Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır
Bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı yüksək səviyyədə qeyd olunur. Əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan Qurban bayramı müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzinə çevrilib. Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.
Tarixin bütün dönəmlərində özünün zəngin milli-mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı bu dəfə də müqəddəs Qurban bayramını böyük coşqu ilə qeyd edir. Ölkəmizin bütün şəhər və kəndlərində yüksək bayram ovqatı yaşanır, qurbanlar kəsilir. İnsanlar sevinc hissi ilə bayramlaşır, bir-birlərinə ən xoş arzularını, diləklərini çatdırır, mərhəmət və lütf göstərərək imkansızlara öz yardımlarını təklif edir, dünyadan köçən yaxınlarını, əziz şəhidlərimizi anırlar. “Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər”, - deyə Prezident İlham Əliyev sözügedən təbrikində vurğulayıb.
Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərə qayğı siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
Vurğulamaq yerinə düşər ki, müqəddəs Qurban bayramının ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi Azərbaycan dövlətinin və cəmiyyətinin milli-mənəvi dəyərlərə böyük həssaslıqla və sayğı ilə yanaşmasını təsdiqləyir. Prezident İlham Əliyev cari il iyunun 6-da müqəddəs Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan iftar mərasimindəki nitqində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək deyib: “Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır”.
Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası isə xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı respublikada vətəndaş qarşıdurmasına son qoydu, etnik separatçılıq və dini zəmində parçalanma təhlükəsini aradan qaldırdı, cəmiyyəti azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi və beləliklə də müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi. Hazırda müstəqil Azərbaycan bütün istiqamətlər üzrə Ulu öndərin müəyyənləşdirdiyi tərəqqi yolu ilə inamla irəliləyir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Ulu öndərin 21 iyun 2001-ci il tarixindən imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması qurumun əsas vəzifələridir. Prezident İlham Əliyev Ulu öndərin müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında mühüm xidmətlər göstərdiyini nəzərə çatdıraraq deyib: “Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı Ulu öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, Ulu öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən O, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı”.
Ölkəmizdə dövlət-din münasibətləri Prezident İlham Əliyevin qayğısı sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev ötən il dekabrın 21-də Bakıda keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransdakı nitqində bütün müsəlman aləminin ən qədim məscidlərindən birinin-Şamaxı Cümə məscidinin ölkəmizin ərazisində olmasını qürur hissi ilə vurğulayaraq deyib: “Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız özünün tarixdən gələn milli-dini dəyərlərinə tam sahiblik hüququ qazanıb. Son 15 ildə respublikamızda milli-mənəvi dəyərlərin qorunması siyasəti və dövlət-din münasibətləri Prezident İlham Əliyevin qayğısı sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Ötən il Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası başa çatdırılıb. Hazırda Bakıda yerləşən Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Onu da vurğulayaq ki, Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib və Ulu öndər Heydər Əliyevin adını daşıyır.
Bu məqamda qeyd edək ki, Azərbaycanın yüzlərlə tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində düşmən əlinə keçib. Erməni vandalları zor gücünə zəbt etdikləri ərazilərdəki abidələrimizi vəhşicəsinə dağıdıblar. Ancaq Azərbaycan xalqı heç vaxt ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışmayacaq. Cocuq Mərcanlı kəndinin bərpa olunması və orada dağıdılmış Şuşa məscidinin oxşarının tikilərək istifadəyə verilməsi Azərbaycan xalqının öz tarixinə, mənəvi dəyərlərinə necə möhkəm tellərlə bağlı olduğunu təsdiqləyir. “Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”, - deyə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür
Beləliklə, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə işlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Prezident İlham Əliyev son 15 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir. Prezident İlham Əliyev əlamətdar tarixi günlərdə, milli və dini bayramlarda bir qayda olaraq ictimaiyyət nümayəndələri ilə görüşür. Belə səmimi görüşlər izsiz ötüşmür. Prezidentin insanlarla sıx ünsiyyət qurması, daim onların yanında olması vətəndaşlarda dövətə böyük inam yaradır.
Bu məqamda yaxın keçmişə aid bir nümunə gətirmək yerinə düşərdi. Ölkəmizdə cari il aprelin 11-də keçirilən prezident seçkilərinin ertəsi günü dövlət başçısı İlham Əliyev Bakının Yasamal rayonunda Onun tapşırığı ilə inşa olunan Hacı Cavad məscidinin açılışına qatıldı. Prezident İlham Əliyev Özünün də qeyd etdiyi kimi bura başqa tarixdə də gələ bilərdi. Ancaq dövlət başçısının seçkilərdən dərhal sonra Hacı Cavad məscidinin açılışına qatılması, burada din xadimləri ilə görüşməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev Hacı Cavad məscidi dini icmasının üzvləri ilə görüşdəki çıxışında ölkəmizdə tarixi-dini abidələrin yüksək səviyyədə bərpa olunmasından məmnunluğunu ifadə edib. “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması isə bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirirlər. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir. Fond fəaliyyət göstərdiyi qısa müddətdə paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirib. Fondun fəaliyyət planına milli-mənəvi dəyərlərin təbliğinin təşviqi məqsədilə respublikanın bölgələrini də əhatə edəcək maarifləndirmə işinin aparılması, məqsədli proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər məsələlər daxildir.
Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır
Əlamətdar haldır ki, Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Bundan başqa, fondun reallaşdırdığı “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində milli mədəniyyətimiz geniş şəkildə təbliğ edilib. Fond həmçinin indiyədək bir sıra Avropa ölkələrində qeyri-İslam dininə aid tarixi abidələrin bərpasına da öz töhfəsini verib.
Azərbaycan, eyni zamanda öz nümunəsində İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır və bu məqsədlə daim yeni təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini ifadə edir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili” çərçivəsində 2016-cı il yanvarın 15-də Bakıda Heydər məscidində qılınan vəhdət namazı da ölkəmizin İslam həmrəyliyinin daha da güclənməsinə verdiyi mühüm töhfələrdən biri kimi dəyərləndirilir. Xatırladaq ki, həmin mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Azərbaycan 2017-ci ildə Bakıda 3 min idmançının iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə müsəlman aləmində həmrəyliyin güclənməsinə növbəti töhfəsini verdi.
Eyni zamanda, respublikamızda yaşayan digər xalqların da milli-mənəvi dəyərlərinin qorunmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Azərbaycan ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində vurğuladığı kimi, biz ölkəmizin belə zəngin müxtəlifliyi ilə fəxr edirik: “Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Beləliklə, dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5790  |  
  • Tarix:  22-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5