Ana səhifə »  Siyasət »  Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır
A+   Yenilə  A-
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

Prezident İlham Əliyev: Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir
Avropa ilə Asiyanı birləşdirən Xəzər hövzəsi regionunun geoiqtisadi və geosiyasi önəmi yalnız enerji amili ilə məhdudlaşmır. Regionun həmçinin müasir qlobal çağırışlar baxımından böyük önəm daşıyan geniş nəqliyyat-logistika imkanları mövcuddur. Sahilyanı dövlətlərin nəqliyyat sahəsində fəaliyyətini uzlaşdırmaqla, xüsusilə də zəruri infrastruktur yaratmaqla və rentabelli vahid daşıma tarifləri müəyyənləşdirməklə mövcud imkanlardan daha səmərəli istifadə etmək mümkündür. Təsadüfi deyil ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Rusiya Prezidenti Vladimir Putinin, İran Prezidenti Həsən Ruhaninin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəqliyyat və daşımalarla bağlı məsələlər də öz əksini tapıb. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edən bu fundamental sənəd sahilyanı dövlətlər arasında münasibətlərin geniş spektrini əhatə etməklə yanaşı, iqtisadi və nəqliyyat məsələlərinin həlli üçün də yeni perspektivlər açır.
Xəzər hövzəsi regionunun nəqliyyat sahəsində imkanlarına həmçinin sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata verdikləri bəyanatlarda da diqqət çəkilib. Eyni zamanda, Zirvə toplantısı çərçivəsində dövlət başçılarının keçirdikləri görüşlərdə regionun tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsinin zəruriliyi ilə bağlı müzakirələr aparılıb. Sammitin gedişində Qazaxıstan, Türkmənistan və Rusiya sahilyanı limanların inkişaf etdiriləcəyini bildiriblər. Azərbaycan Xəzərdə Ələt limanını istifadəyə verməklə bu sahədə də qonşu ölkələrə nümunə olmuşdur.
Azərbaycan özünü dünyaya geniş imkanlara malik tranzit ölkə kimi təqdim edir
Xəzər hövzəsi regionunda Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır.
Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, müasir infrastrukturlar qurulur, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir. Son 15 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 12 min 300 kilometrdən çox avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır.
Azərbaycan qədim İpək Yolunun bərpasında, Avropa, Qafqaz və Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında moderator rolunda çıxış edir. Bu dəhliz istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür. İndiyədək dəhlizin Azərbaycandan keçən hissəsində böyük iş həcmi görülüb və çoxlu sayda layihələr reallaşdırılıb. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə yönələn platformalardan çıxış etməsi mühüm rol oynayır. Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük səy göstərir. Bu baxımdan Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılmasına və onun funksionallığının artırılmasına verdiyi mühüm töhfələr tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında həyata keçirilən layihələr sayəsində Azərbaycanın Xəzəryanı ölkələr üçün mühüm tranzit məkana çevrilməsindən məmnunluğunu ifadə edərək deyib: “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır”.
Son illərdə Şərq-Qərb dəhlizi üzərində Azərbaycanın həlledici rolu - davamlı siyasi və maddi dəstəyi ilə yaradılan qlobal əhəmiyyətli müasir nəqliyyat infrastrukturundan biri də Bakı-Tbilisi-Qars dəmir yoludur. BTQ-nin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Ölkəmiz yeni nəqliyyat arteriyası vasitəsi ilə uzaq Çindən Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul etmək və onlara yük göndərmək imkanı əldə edib. Eyni zamanda, yeni dəmir yol bağlantısı ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərəcək. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, deyə bilərik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi yalnız 3 ölkənin maraqlarını təmin etməklə məhdudlaşmır və daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır.
Qeyd edək ki, fəaliyyətdə olduğu qısa müddətdə Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq yaranıb. Ayrı-ayrı ölkələr və şirkətlər bu yolun üstünlüklərindən bəhrələnməyə çalışırlar. Bunu yükdaşımaların həcminin artmasından da görmək mümkündür. Prezident İlham Əliyev qarşıdakı illərdə BTQ ilə daşımaların daha da artacağına əminliyini ifadə edib. “2017-ci ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Bu layihə Asiya ilə Avropanın dəmir yollarını birləşdirir. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. İlin sonunadək 4 minə yaxın konteynerin daşınması planlaşdırılır. Biz qarşıdakı illərdə bu marşrutla yükdaşımaların dəfələrlə artmasını gözləyirik”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib
Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Qeyd edək ki, Xəzərdə ən böyük və ən müasir ticarət limanı olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin baş planı və layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən həyata keçirilib. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşasını Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına növbəti töhfə kimi dəyərləndirib: “Bu ilin may ayında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşası başa çatıb. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti töhfələrdən biridir”.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Cari il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir. Hazırda limana çəkisi 7-8 min tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.
Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir.
Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında müzakirə edilən məsələlərdən biri də dənizin ekologiyası ilə bağlı olub. Xəzərin ekologiyasının qorunması ilə bağlı çağırışlar həmçinin bəhs olunan Konvensiyada və prezidentlərin bəyanatlarında da öz əksini tapıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizin ekologiyası ilə bağlı məsələlərə çox həssaslıqla yanaşmaları təsadüfi deyil. Son illərdə ekologiyaya yaranan təhdidlərin çoxalması ilə əlaqədar adekvat qaydada dünyada ekoloji çağırışların aktuallığı da artıb. Deyilənlər baxımından Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Yaşıl liman” konsepsiyasına uyğun tikilməsi diqqətəlayiq haldır. Kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.
Son 6 ayda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb
Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC öz fəaliyyətini uğurla davam etdirməkdədir. QSC-dən verilən məlumata görə, 2018-ci ilin birinci yarımilində liman vasitəsilə yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb.
Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir.
Sərnişin daşımasında isə 37 faiz artım olub. Belə ki, cari ilin arxada qalan 6 ayında 19 965 sərnişin limanın imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82,8%) Türkmənistan, 3 439 sərnişin (17,2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1 faizə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9 409-u (42,8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0,8%) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56,4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən irihəcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56,3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42,5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1,2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.
Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.
Yükdaşıma həcmlərinin artmasından da göründüyü kimi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin inşası Azərbaycanın Xəzər dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək niyyətinin parlaq ifadəsidir. Xəzəryanı ölkələr öz yüklərini bu liman vasitəsilə digər bir qlobal əhəmiyyətli nəqliyyat dəhlizinə - yuxarıda bəhs olunan Bakı-Tbilisi-Qars dəmir yoluna, oradan isə Avropa məkanına çatdırmaq imkanı qazanıblar. Beləliklə də, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Xəzəryanı ölkələrin əməkdaşlığında yeni səhifə açacağını söyləmək mümkündür.
Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşımaların həcminin dəfələrlə artması çox yaxşı göstəricidir
Tranzit məkan kimi ölkəmizin mövqeyini gücləndirən həm də o cəhətdir ki, buradan Şərq-Qərb marşrutuna paralel Şimal-Cənub dəhlizi keçir. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün işləri yüksək səviyyədə yerinə yetirir. İndiyədək ölkənin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Eyni zamanda, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Layihə çərçivəsində yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb. Hazırda Yalama-Astara dəmir yolu sahəsində Şimal-Cənub dəmir yolu nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisində yaxından iştirak edir. Qeyd edək ki, İran ərazisində 35 hektarlıq ərazi 1,4 kilometr yol və terminallar tikilməsi üçün Azərbaycana uzunmüddətli icarəyə verilib. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycanın mühüm rol oynadığına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır. Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb.
Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir”.
Mütəxəssislər Şimal-Cənub marşrutunun yüksək səmərə ilə işləyəcəyini bildirirlər. “Rəşt-Astara dəmir yolunun yekunlaşması və istismara verilməsi regionda ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək”. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Gilan vilayətində dövlət və özəl sektor nümayəndələrinin birgə görüşü zamanı deyib.
Şimal-Cənub nəqliyyat dəhlizinin önəmi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüşdə də müzakirə mövzusu olub. Tərəfdaş dövlətlərin birlikdə reallaşdırdığı Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Vladimir Mantusov bu layihənin beynəlxalq yükdaşımalar zamanı xərclərin azalmasına və vaxta qənaət olunmasına, ölkələrin gəlirlərinin artmasına şərait yaradacağını bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8490  |  
  • Tarix:  18-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

11:13
19 Noyabr
Xızıda təhsil işçiləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb
11:04
19 Noyabr
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
10:28
19 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:23
19 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:19
19 Noyabr
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
10:11
19 Noyabr
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
10:04
19 Noyabr
Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar
08:08
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
08:04
19 Noyabr
Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək
07:58
19 Noyabr
On rayonun məktəbliləri Nizami yurdu ilə tanışlığa Heydər Əliyev Park Kompleksindən başlayıblar
07:55
19 Noyabr
Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
07:51
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
07:49
19 Noyabr
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA