Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT-in Bakı ofisi Azərbaycanın Seçki Məcəlləsi və "Siyasi partiyalar haqqında" qanunla bağlı dəyirmi masa təşkil edəcək

ATƏT-in Bakı ofisi Azərbaycanın Seçki Məcəlləsi və "Siyasi partiyalar haqqında" qanunla bağlı dəyirmi masa təşkil edəcək

14.10.2009 [09:46]

ATƏT-in Bakı ofisi Seçki Məcəlləsi və “Siyasi partiyalar haqqında” qanunla bağlı bələdiyyə seçkiləri öncəsi dəyirmi masa təşkil edəcək. APA-nın məlumatına görə, bu barədə səfir Bilgə Cankorel məlumat verib. Onun sözlərinə görə, keçiriləcək dəyirmi masada mütəxəssislər, siyasi partiyaların nümayəndələri iştirak edəcəklər. Qurum, həmçinin bələdiyyə xidmətlərinin cəmiyyətdəki rolu barədə də tədbirlər təşkil edəcək. Səfir bələdiyyə seçkiləri ilə bağlı ATƏT-in telekanallarda verilişlər hazırlayacağını, müzakirələrin təşkil olunacağını da bildirib. ölkədəki seçkiöncəsi vəziyyəti dəyərləndirən Bilgə Cankorel demokratiyanın ideal olduğunu deyib: “Seçkilər də bu idealın bir hissəsidir. Dünyanın heç bir ölkəsində bu ideala nail olunmayıb. Amma hər gün irəliləyişin olması gözlənilir və bizim də çalışmalarımız bu istiqamətdədir. Bu seçkilərdə də daha da irəliyə doğru addım atılacağını gözləyirik”. Səfir, həmçinin mövcud Seçki Məcəlləsinin demokratik seçkilər keçirməyə imkan verdiyini bildirib: “Amma bəzi məsələlər var. Bu problemləri də aradan qaldırmaq mümkündür”.

Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30