Ana səhifə »  Siyasət »  Hikmət Hacıyev: Başqa ölkənin torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq əsl terrordur
A+   Yenilə  A-
Hikmət Hacıyev: Başqa ölkənin torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq əsl terrordur

Avqustun 6-da “Euroasianet.org” portalında jurnalist Coşua Küçeranın müəllifi olduğu “Ermənilər üçün buralar işğal olunan ərazilər deyil, vətəndir” adlı məqalə dərc edilib. Sözügedən məqalə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Euroasianet.org” portalının redaktoruna mətbuat azadlığı və qarşı tərəfin də mövqeyinə hörmət prinsiplərini əsas tutaraq, cavab yazısı göndərsə də, redaksiya tərəfindən bunu dərc etməkdən imtina olunub.
AZƏRTAC Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin sözügedən məqaləsini və Kəlbəcərin işğalı ilə əlaqədar cavab yazısını təqdim edir:
- Mən sizə 6 avqust tarixində “Euroasianet.org”un jurnalisti Coşua Küçeranın müəllifi olduğu “Ermənilər üçün o işğal edilmiş deyil, vətəndir” adlı məqaləsi ilə əlaqədar yazıram. Məqalə Azərbaycanın Kəlbəcər rayonunun işğalından bəhs etsə də, orada yalnız bir tərəfin fikirləri əks olunub və Kəlbəcərin işğalının real mənzərəsini təqdim etmir.
Başqasının əmlakını zor yolu ilə oğurlamaq və sonradan onu özününkü adlandırmaq soyğunçuluqdur. Bunun başqa adı yoxdur. Bu kimi soyğunçuluq əməlinə bəraət qazandırmaq isə utancverici və ifrat qeyri-mənəvi addımdır.
Azərbaycanın Kəlbəcər rayonu Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tərkib hissəsi olaraq 1993-cü ilin aprelində işğal edilib. Bu il Kəlbəcərin faciəvi işğalının 25 illiyidir. Kəlbəcər Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşir. Kəlbəcərin işğalı məqsədilə hücum əməliyyatı ağır silahlar, Mi-24 helikopterləri və döyüş təyyarələri istifadə edilməklə əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfərdən artıq sakini etnik təmizləməyə məruz qalıb. Kəlbəcərin işğalı nəticə etibarilə Ermənistanın işğalçı tərəf kimi müharibədə öz rolunu inkar etməsinə əsaslı şəkildə son qoydu.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır.
BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiq edib və ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. BMT TŞ-nin qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanı işğal etdi. Bunlar açıq şəkildə göstərir ki, Ermənistanın əsl xisləti güc vasitəsilə ərazilərin işğalı olub və bu şəkildə qalmaqda davam edir.
Ermənistan beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyalarını və Əlavə Protokolları kobud şəkildə pozaraq, işğal edilmiş Kəlbəcər və digər ərazilərin demoqrafik və etnik-mədəni xüsusiyyətlərini dəyişdirmək üçün erməni əsilli şəxsləri bu torpaqlarda yerləşdirməyə çalışır. Ermənistanın, həmçinin şübhəli ofşor şirkətləri cəlb edərək aqressiv formada Kəlbəcərin mineral və qızıl resurslarını talan edir. Bu qəbildən olan qeyri-qanuni əməllər Cenevrə Konvensiyaları və Əlavə Protokollara görə hərbi cinayətlər hesab olunur.
Arxeologiya və etnoqrafiya elminin ən adi qaydalarına zidd olaraq, əldəqayırma erməni tarixçilər tarixi, o cümlədən Kəlbəcərdə yerləşən Qafqaz Albaniyasının xristian irsini saxtalaşdıraraq Kəlbəcəri erməni torpağı kimi təqdim etməyə çalışırlar. İstehza doğuran hal odur ki, bəzi fərdi hallar istisna olmaqla, ermənilər heç vaxt icma kimi Kəlbəcərdə yaşamayıblar. Ermənistan və erməni diaspora dairələrinin bütün cidd-cəhdlərinə baxmayaraq, Kəlbəcər şəhərində yalnız bir neçə yüz adam yaşayır və ya yaşamağa səy göstərir. Səbəb çox sadədir. Çünki Kəlbəcər işğal olunmuş ərazidir, onların torpağı deyildir.
Məqalədə iqtibas olunan və 2000-ci ildə Kəlbəcərə gələn Aleksandr Kananyandan fərqli olaraq soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə anadan olub və 2014-cü ildə ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. Hazırda 70 mindən çox Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayırlar. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş 16 yaşlı Turanə Həsənlinin ailəsi kimi minlərlə kəlbəcərli doğma Kəlbəcərə qayıtmağı və öz əmlaklarına sahib durmaq anını gözləyir.
Məqalədə iqtibas olunan və qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Yelena Mxtaryanın isə bütün müsəlmanları təhqir edən və müsəlman qadınlarını terrorçu kimi təqdim edən açıqlaması qəbuledilməzdir və rasist bir yanaşmadır. Ermənistan-Azərbaycan münaqişəsində dini elementlər yoxdur. Azərbaycan zəngin multikulturalizm ənənələrinə malik dünyəvi ölkədir. Bu, sırf ərazi münaqişəsidir. Ermənistan güc yolu ilə Azərbaycan ərazilərini işğal edib. Bütün siyasi, hüquqi və mənəvi arqumentlərdən məhrum olan Ermənistan tərəfi indi din amilini ortaya ataraq bu yolla öz işğalçı siyasətinə bəzi qərb dairələri tərəfindən bəraət qazandırmaq istəyir. Yelena Mxtaryana xatırlatmaq istərdim ki, Kəlbəcərdə olduğu kimi, başqa ölkənin torpağını işğal etmək, mülki insanları etnik təmizləməyə məruz qoymaq və əmlakını talamaq əsl terrordur.
Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan rejimi bu reallığı anlamadı. Ermənistanın yeni hakimiyyəti nəhayət başa düşməlidir ki, münaqişənin davamlı və uzunmüddətli siyasi həllinə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Bunu etməklə Ermənistanın yeni hakimiyyəti yalnız sözdə deyil, əməldə sülhə və Ermənistanın beynəlxalq öhdəliklərinə sadiq olduğunu sübut etmək imkanı qazana bilər. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Hər bir dövlət kimi, Azərbaycan Respublikası da beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək üçün BMT nizamnaməsində təsbit olunmuş ayrılmaz özünü müdafiə hüququndan istifadə etmək haqqını özündə saxlayır.

 
  • Oxunub:  4260  |  
  • Tarix:  09-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 20:48
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19 Fevral 20:46
Əli Asayev: Respublikalarımız üçün ən ağır və faciəli vaxtlarda biz həmişə bir-birimizi dəstəkləmişik
19 Fevral 20:44
Henrik Hololey: Azərbaycan-Aİ Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasının nəticələri təqdirəlayiqdir
19 Fevral 20:32
Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb
19 Fevral 20:31
Küveytdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib
19 Fevral 20:29
Avstriya Federal Dəmir Yolları Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
19 Fevral 20:28
Vüqar Rəhimzadə: Əli Kərimli öz liderinə xəyanətlə qazandığı “təcrübəni” indi də Azərbaycan dövlətinə qarşı istifadə edir
19 Fevral 20:22
Musa Quliyev: Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
19 Fevral 20:20
Lvovda Xocalı soyqırımına həsr olunmuş beynəlxalq seminar keçirilib
19 Fevral 20:17
Hikmət Babaoğlu: Azərbaycanda müxalifətçilik milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir
19 Fevral 20:13
Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü 2019-cu ilin yazında olacaq
19 Fevral 20:08
Rufiz Qonaqov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xəyanətkarlar ölkədə çaxnaşma yaratmağa çalışırlar
19 Fevral 20:04
Bəhruz Quliyev: Milli xəyanətkarlar toplumu bundan sonrakı cəhdlərində də fiaskoya uğramaqda davam edəcəklər
19 Fevral 18:24
Əli Əhmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
19 Fevral 17:48
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair HESABATI
19 Fevral 17:41
Rusiya XİN-in rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər
19 Fevral 17:37
Sevinc Hüseynova: Atılan addımlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir
19 Fevral 16:56
“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin komitə sədrləri ilə görüşü olub
19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA