Ana səhifə »  Siyasət »  Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Avqustun 4-də Naxçıvan Muxtar Respublikasında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru Bəxtiyar İsmayılov və Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, payız-qış mövsümü heç bir problem olmadan başa vurulur. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün ərazisinin qazlaşdırılması, yeni elektrik stansiyalarının istifadəyə verilməsi hesabına fasiləsiz enerji təchizatı təmin edilib ki, bu da payız-qış mövsümündə meydana çıxan çətinlikləri aradan qaldırıb. Muxtar respublikanın sosial-iqtisadi inkişafı artan templə davam edir. Hər il enerji tutumlu yeni istehsal müəssisələri işə düşür, yaşayış binaları və xidmət sahələri istifadəyə verilir. Bütün bunlar isə öz növbəsində elektrik enerjisinə və qaza olan tələbatı da artırır. Bu tələbatı ödəmək üçün isə mövcud elektrik və qaz təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə, əhalinin içməli suya olan tələbatının ildən-ilə yaxşılaşması istiqamətində də müəyyən işlər görülür. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Şahbuz və Culfa rayon mərkəzləri və ətraf kəndlər fasiləsiz içməli su ilə təmin edilib. Digər rayon mərkəzlərində də bu işlər davam etdirilir”.
Ali Məclisin Sədri deyib: “Görülmüş işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunmasına, normal şəraitin yaradılmasına xidmət edir. Bu rahatlığın qış aylarında da qorunub saxlanılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə indidən başlamalı, lazımi mal-material ehtiyatı yaratmalıyıq”.
Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini təmin etməli, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsini başa çatdırmalıdır. Xidmət tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını diqqət mərkəzində saxlamalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsini noyabr ayınadək yekunlaşdırmalı, işçiləri qış mövsümünə uyğun xüsusi geyimlə təmin etməli, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün başlanan tədbirləri davam etdirməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirlərini gücləndirməlidir. Naxçıvan şəhərində əhali istehlakçıları üzrə smart-kart tipli sayğacların quraşdırılması başa çatdıqdan sonra digər rayon mərkəzlərində də bu sayğacların quraşdırılmasını həyata keçirməlidir. “Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işlərini ilin sonunadək yekunlaşdırmalıdır. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqəti artırmalı, qış mövsümü başlayanadək işçilər müvafiq geyim və avadanlıqlarla təmin olunmalıdır.
Ali Məclisin Sədri deyib ki, şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidirlər. Elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud nöqsanlar aradan qaldırılmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik xətlərinin istismar üçün yararlılığı yoxlanıb, müvafiq tədbirlər görülməlidir. Qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanmasına diqqət artırılmalıdır. Naxçıvan şəhərində şəhər icra hakimiyyəti, rayonlarda isə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı nöqsanları aradan qaldırmalı, əhali fasiləsiz içməli su ilə təmin edilməlidir.
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz edilib. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, tələb olunan yanacaq ehtiyatının yaradılması üçün tədbirlər görməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalı, yaradılan müasir təhsil infrastrukturu qorunmalı və onlardan səmərəli istifadə olunmalıdır. Ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığı diqqətdə saxlanılmalıdır.
Ali Məclisin Sədri deyib: “Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə səhiyyə müəssisələrinin elektrik generatorlarının işlək vəziyyətdə olması və fövqəladə hallara hazırlığın səviyyəsi yoxlanılmalı, maarifləndirmə işləri aparılmalıdır. Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün maliyyə vəsaitinin ayrılmasını təmin etməli, dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmaması üçün tədbirlər görməlidir. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verməməli, istehlak olunan qazın və enerjinin dəyəri vaxtında ödənilməlidir. Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir”.
Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatı yaratmalı, hava limanının uçuş və enmə zolağının təmiri vaxtında başa çatdırılmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar. İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü təşkil etməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərini gücləndirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.
Ali Məclisin Sədri deyib: “Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün duz və yem ehtiyatı yaradaraq müəyyən olunmuş ərazilərə səpilməsini təmin etməlidir. Daxili İşlər Nazirliyi yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlarla birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxilə, sayğacdankənar istifadə hallarına qarşı müvafiq tədbirlərin görülməsini davam etdirməlidir. Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etməli, yol verilmiş nöqsanları araşdıraraq noyabr ayının 1-dək aradan qaldırmalıdırlar”.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın, digər mal-materialın bölgüsünü təsdiq etsin, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

 
  • Oxunub:  3390  |  
  • Tarix:  07-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

20:55
10 Dekabr
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir
20:52
10 Dekabr
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
20:50
10 Dekabr
Azərbaycanla Türkiyə arasında ekologiya sahəsində əməkdaşlıq müzakirə olunub
20:47
10 Dekabr
Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub
20:45
10 Dekabr
Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində keçirilən tədbirlərdə iştirak edib və konqresmenlərlə görüşüb
20:41
10 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
20:29
10 Dekabr
ADU-da ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
20:27
10 Dekabr
Ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığının inkişafı üçün möhkəm bünövrə yaradıb
20:24
10 Dekabr
Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib
20:23
10 Dekabr
Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib
20:21
10 Dekabr
Ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir
20:18
10 Dekabr
Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz
19:03
10 Dekabr
Azərbaycanlı gənclər Moskvada Sergey Lavrovla görüşüb
18:55
10 Dekabr
Ulu Öndər hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaq!
18:05
10 Dekabr
Vüqar Rəhimzadə: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir
17:57
10 Dekabr
Hesablama Palatası ilə Dünya Bankı arasında qarşılıqlı anlaşma sazişi imzalanıb
17:55
10 Dekabr
“Komsomolskaya pravda” Ermənistanda hökm sürən yoxsulluqdan yazır
17:52
10 Dekabr
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
17:49
10 Dekabr
“Uşaq hüquqları uşaqların gözündə” mövzusunda tədbir keçirilib
17:48
10 Dekabr
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşkıq protokolu imzalanıb
17:46
10 Dekabr
Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərlə bağlı müzakirələr aparılıb
17:45
10 Dekabr
Akif Əlizadə: Ümummilli lider Heydər Əliyev elmə böyük etimad göstərib
17:42
10 Dekabr
Heydər Əliyev – Azərbaycanın müstəqillik məfkurəsi
17:40
10 Dekabr
Yevda Abramov: Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur
17:37
10 Dekabr
Azərbaycan beynəlxalq antikorrupsiya hərəkatının fəal üzvüdür
17:35
10 Dekabr
Elmira Süleymanova: Ölkəmizdə insan hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub
17:26
10 Dekabr
Eldar İbrahimov: Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir
17:00
10 Dekabr
Ulu öndər Heydər Əliyev elm və təhsil sahəsində köklü dəyişikliklərin həyata keçirilməsini təmin edib
16:58
10 Dekabr
Dmitri Savelyev: Azərbaycan öz regionunda təhlükəsizliyin qarantıdır
16:53
10 Dekabr
Diasporla İş üzrə Dövlət Komitəsi və Xaricdəki Rumınlarla İş üzrə Nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb
16:50
10 Dekabr
İnam Kərimov: İnnovasiyaların tətbiqi məhsulun maya dəyərini 50 faizədək ucuzlaşdıra bilər
16:27
10 Dekabr
Ulu öndər Heydər Əliyev xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən vətənpərvər şəxsiyyət idi
16:23
10 Dekabr
Jurnalistlər hər zaman ulu öndər Heydər Əliyevdən atalıq qayğısı, doğmalıq hiss ediblər
16:16
10 Dekabr
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı olub
15:58
10 Dekabr
Rusiyalı şagirdlər ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadayaya dəvət olunublar
15:50
10 Dekabr
2019-cu ildə tikinti sektoruna dövlət investisiyalarının artması iqtisadi və sosial sahələrə yeni nəfəs verəcək
15:49
10 Dekabr
Ulu Öndərin hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan qadınları müxtəlif sahələrdə böyük uğurlara imza atıblar
15:33
10 Dekabr
Sergey Markov: Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir
15:25
10 Dekabr
Fuad Nağıyev: Turizm ölkəmizin əsas prioritet sahələrindən biridir
15:03
10 Dekabr
Dövlət Dəniz Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri ilə görüşüb
14:53
10 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Varşavada anılıb
14:49
10 Dekabr
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi
14:38
10 Dekabr
Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir
14:36
10 Dekabr
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda sərgi açılıb
14:26
10 Dekabr
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb
14:15
10 Dekabr
YAP Sumqayıt şəhər təşkilatının Heydər Əliyev Məktəbi növbəti məşğələsini Ümummilli Liderin anım gününə həsr edib
14:09
10 Dekabr
Sarayevoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans təşkil edilib
14:04
10 Dekabr
“Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
13:52
10 Dekabr
Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə seminar keçirilir
13:50
10 Dekabr
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
13:04
10 Dekabr
Bahar Muradova: Ermənistanda "seçki oyunu" oynanıldı
12:52
10 Dekabr
YAP Ağstafa rayon təşkilatında “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda anım tədbiri keçirildi
12:48
10 Dekabr
Türkiyəli nazir: Türkiyə kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır
12:46
10 Dekabr
Səbail rayonunda payız-qış mövsümünə hazırlığın yekunu ilə bağlı iclas keçirilib
12:33
10 Dekabr
Şamil Ayrım: Heydər Əliyev şəxsiyyətinin ucalığı hər zaman xalqlarımız tərəfindən ehtiramla xatırlanacaq
12:26
10 Dekabr
Pərviz Şahbazov: 25 meqavatlıq külək, günəş və bioenerji mənbələri üzrə stansiyaların istifadəyə verilməsi planlaşdırılır
12:24
10 Dekabr
Ölkəmiz Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub
12:18
10 Dekabr
Misir və Livan mətbuatı ulu öndər Heydər Əliyev haqqında silsilə məqalələr yayıb
12:16
10 Dekabr
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
12:04
10 Dekabr
AMEA-da “Heydər Əliyev: Zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda elmi konfrans keçirilib
11:51
10 Dekabr
BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
10:54
10 Dekabr
Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb
10:51
10 Dekabr
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:49
10 Dekabr
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10:47
10 Dekabr
Hafiz Paşayev: ADA Universitetinin kampusu yaşıl enerji və smart texnologiyası əsasında qurulub
10:46
10 Dekabr
Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya müxtəlif sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək
10:43
10 Dekabr
Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:35
10 Dekabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunub
10:30
10 Dekabr
Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər
10:14
10 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8