Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

10.10.2009 [09:55]

Dünən XX əsrin tanınmış şərqşünas alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi simpozium iştirakçıları, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri və unudulmaz elm fədaisinin ailə üzvləri İkinci Fəxri xiyabana gələrək professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. Aida İmanquliyevanın qızı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva alimin məzarı üzərinə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Akademik Vasim Məmmədəliyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan Aida İmanquliyevanın həyatı, elmi irsi və yaradıcılıq fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida xanım İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açıb, yeni bir məktəbin əsasını qoyub.
Aida İmanquliyevanın elmi araşdırmalarının zirvəsi olan “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyası keçmiş ittifaq, o cümlədən Azərbaycan şərqşünaslığında mühüm hadisə olub.
Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub gedib, fundamental tədqiqatları ilə təkcə Azərbaycan və əski sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirmiş, inkişaf etdirib.
Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Sonra A.İmanquliyevanın və onunla yanaşı uyuyan valideynlərinin ruhuna dualar oxunub.
Paylaş:
Baxılıb: 989 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30