Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da acınacaqlıdır

Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da acınacaqlıdır

08.10.2009 [09:44]

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası Azərbaycan radiolarındakı vəziyyətə həsr olunacaq.
APA-nın məlumatına görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsinə həsr olunmuş iclasda çıxışı zamanı bildirib. O deyib ki, Azərbaycan radiolarında vəziyyət telekanallardan da acınacaqlıdır: “Xüsusən axşam saat 10-dan sonra verilən tok-şoularla bağlı vəziyyət pisdir. İctimai nəqliyyatdan istifadə edənlər daha yaxşı bilirlər ki, radiolar nə qədər mənfi yüklü verilişlər verirlər. Buna görə də Şuranın müvafiq şöbəsinə radioların bu istiqamətdə monitorinqinin aparılması barədə göstəriş verilib və növbəti iclasda bu məsələnin müzakirəyə çıxarılması qərara alınıb”.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı yaranmış problemlərin həlli üçün təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcək.
Onun sözlərinə görə, hazırda telekanallarda 5 min nəfərdən artıq işçi çalışsa da, onların böyük əksəriyyəti ixtisasca jurnalist deyil və peşəkarlıq tələblərinə cavab vermirlər. Buna görə də Şura Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində telejurnalistika ixtisası üzrə plan yerlərinin artırılması üçün Təhsil Nazirliyinə müraciət edəcək. Şuranın digər təklifi Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanacaq. N. Məhərrəmlinin sözlərinə görə, Azərbaycan dilində filmlərin azlığı efirə yerli məhsullar verilməsi baxımından ciddi problemlər yaradır: “Hər il dövlət xətti ilə səkkiz film çəkilir, lakin bu filmlərin heç biri telekanallarda nümayiş etdirilmir. Əgər bu filmlər dövlət büdcəsi hesabına çəkilirsə, nəyə görə ictimaiyyət bunu görməməlidir? Digər tərəfdən, sovet dövründə çəkilmiş filmlər telekanallara simvolik qiymətlərlə satılmalıdır. çünki bu filmlər üçün vaxtilə dövlət pul ödəyib. Ona görə də “Azərbaycanfilm” kinostudiyasının və Kinorejissorlar Gildiyasının “Arşın mal alan” filminin bir dəfə göstərilməsi üçün 150 manat alması düzgün deyil”.
Şura sədri deyib ki, MTRŞ-nın təklifləri arasında vahid televiziya arxivinin yaradılması ideyası da var: “Azərbaycan tarixi ilə bağlı elə hadisələr olur ki, onlar mütləq vahid televiziya arxivində saxlanılmalıdır. çünki 50 ildən sonra yaranan televiziyalar bu materiallardan istifadə etməlidir”.
MTRŞ İnzibati Xətalar Məcəlləsinin (İXM) “Televiziya proqramlarına qoyulan tələblər” bölümündə müəyyən dəyişikliklərin edilməsini də istəyir: “Əgər proqramda eyni yüklü verilişlərin, tutaq ki, əyləndirmənin çəkisi 35 faizi keçirsə, bu, artıq qanun pozuntusudur. Bununla bağlı ölçü götürülməsi üçün bizə səlahiyyətlər verilməsini istəyirik. Təklifimizin biri də milli-mənəvi dəyərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni bəndin əlavə edilməsidir”.

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30